Həyatı
Həsən Mirzəyev 1927-ci il noyabr ayının 26-da Qərbi Azərbaycanda, Dərələyəzin Qovuşuq kəndində anadan olmuşdur. O, 1948-ci ildə orta məktəbi, 1950-ci ildə Naxçıvan Dövlət Müəllimlər İnstitutunu bitirmiş, 1965-1987-ci illərdə namizədlik və doktorluq dissertasiyasını müdafiə etmişdir.
Uzun illər ADPU-nun "Müasir Azərbaycan dili" kafedrasına rəhbərlik edən H.Mirzəyev 200-dən artıq elmi əsərin, 12 cildlik monoqrafiya da daxil olmaqla 21 kitab və 8 tədris proqramının müəllifidir. Alimin rəhbərliyi ilə bir çox elmlər namizədi və doktoru yetişdirilmişdir. Azərbaycan filologiya elminin inkişafında müstəsna xidmətləri olan H.Mirzəyev Azərbaycan dilçiliyində fel bəhsi üzrə məktəb yaratmış, 150 il müddətində türkologiyada, tədrisdə mübahisə doğuran bir çox mövzuları tədqiq edərək bu mübahisələrə son qoymuşdur.
Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilmişdir. Həsən Mirzəyev 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeninə, 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
Əsərləri
"Azərbaycan dilində sadə feillər". Bakı, 1984, 126 səh. (K. A. Məmmədova ilə birlikdə).
"Hanı o səndəki el, Dərələyəz" Bakı. Elm 2007. 800 səh. şəkilli
Tarix: 05.02.2015 / 16:17 Müəllif: Feriska Baxılıb: 83 Bölmə: Qərbi Azərbaycan