Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alməmməd

Həyatı
Alməmməd Aşıq Ələsgərin atasıdır. O, Göyçə mahalının Ağkilsə kəndində yaşamış, yoxsul həyat keçirmiş, kəndin sayılan adamlarından biri olmuşdur. Dülgərliklə məşğul olmuş, 4 oğul, 2 qız atası olduğu üçün həmişə zəhmətə qatlaşmış, Kəlbəcər ərazisindəki meşələrdən gətirdiyi ağaclardan şana, kürək, dırmıq düzəldərək satar, ailəsini dolandırarmış.

Alməmməd aşıqlıq eləməsə də, ustad aşıqların şerlərini əzbərdən söyləyər, özü də həvəsi gələndə şeirlər qoşarmış. Onun şeirləri tez-tez aşıq məclislərində eşidilərmiş. Bu nəslin şeir yazanları çox olsa da, onların yaradıcılığına aid nümunələr bəzən qarışıq düşmüşdür.

Yaradıcılığı
Alməmmədin qoşduğu, çox incə mətləblərə toxunan düşündürücü şeirləri olmuşdur. "Görmədim" divanisini M.P.Vaqif üslubunda söyləmişdir:

Dünya, sənin gərdişinlə başa vuran görmədim,
Qəhr oldu aləm, qəhr işindən, can qurtaran görmədim.
Bilmirəm ki səbəb nədi, şadı qəmgin eylədin?
Abadanı viran qoydun, artdı haran görmədim.

Kəsilməz mürdə karvanı, qəflə işlər, köçər gedər,
Nə İmranlar nakam qoydun, didəsindən yaş gedər.
Yetmiş iki millət var, əli səndən boş gedər!
Yanısınca malı-dövlət, pul aparan görmədim.

Alməmmədəm, bu dünyada bir nişanam qalmadı,
Getdi əldən qohum-qardaş, atam, anam qalmadı.
Süleyman tutdu dünyanı, dedi: mənəm, qalmadı.
Bir kəs ilə heç düz ola sənin aran görmədim.

El şairi Alməmmədin "Görmədim"lə yanaşı, "İnsan", "Şirinşirin" rədifli daha iki qoşması da oxuculara tanışdır

Şəcərəsi
Heydər
Əbdüləzim
Təhməz
Talıbxan
Allahverdi
Alməmməd
Ailəsi
Alməmmədin Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlu, Fatma və Qızxanım adlı iki qızı varmış.


Tarix: 05.02.2015 / 16:34 Müəllif: Feriska Baxılıb: 288 Bölmə: Qərbi Azərbaycan
loading...