Məhəmməd – sallallahu aleyhi və səlləm – Peyğəmbərlərin (nəbilərin) və Rəsulların sonuncusudur. Bütün insanlara göndərilmiş rəsuldur. O, Allahın bir quludur, ona ibadət edilməz, o bütün yaradılmışların ən xeyirlisi, ən fəzilətlisidir.
Allah dərgahında ən dəyərlidir, dərəcəsi ən yüksək və Allaha ən yaxın olandır. O, haqqla, hidayətlə insanlara və cinlərə göndərilmiş bir peyğəmbərdir. Ona kitabını endirmiş, dininin əmini etmiş, risalətini təbliğ etməkdə onu seçmişdi. Bu risaləti təbliğ etməkdə onu səhf etməkdən və xəta etməkdən qorumuşdur. Onun risalətinə iman gətirib, nübuvətinə şəhadət gətirməyincə heç bir qulun imanı səhih olmaz. Ona itaət edən Cənnətə, ona qarşı çıxan isə Cəhənnəmə girər.
Peyğəmbərimiz – sallallahu aleyhi və səlləm – i bilmək özündə bir neçə xüsusiyyətləri əhatə edir.
1. Peyğəmbərin nəsəbini bilmək.
Onun nəsəbi yer üzünün ən üstünüdür. Şərəf baxımından nəsəbi zirvədədir. Nəsəbi: Məhəməd b. Abdullah b. AbdulMuttalib b. Haşim b. AbdiMənaf b. Kusay b. Kilab b. Murrə b. Kəb b. Luey b. Ğalib b. Fihr b. Məlik b. Nadr b. Kinanə b. Huzeymə b. Mudrikə b. İlyas b. Mudar b. Nizar b. Məad b. Adnan. Adnan Allahın Peyğəmbəri İbrahim – əleyhissəlam – ın oğlu İsmail – əleyhissəlam – ın nəslindəndir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, Allah İsmail oğullarını seçmişdir. İsmail oğullarından da Kinanəni , Kinanədən də Qureyşi, Qureyşdən də Haşim oğullarını, Haşim oğullarından da Məni seçmişdir».
2. Yaşını, doğulduğu yeri, hicrət etdiyi yeri bilmək.
Doğulduğu yer Məkkədir. Məkkədə hişam oğulları məhəlləsində Rəbiul-Əvvəl ayının 9-zu və ya 12-da birinci günü səhər, 571-ci ildə (Fil ilində) dünyaya gəlmişdir (Miladi tarixi ilə 22 Aprel). Məkkədə əlli üç il yaşadıqdan sonra Mədinəyə hicrət etmiş, orada da on il yaşamışdır. Hicrətin on birinci ilində, Rəbiul-Əvvəl ayının 12-i, birinci günü, əsr vaxtına yaxın altmış üç yaşında dünyasını dəyişmişdir. Ənəs b. Məlik – radıyallahu anhu – deyir: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – altmış üç yaşında ikən dünyasını dəyişdi». İbn Abbas – radıyallahu anhu – deyir: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – Məkkədə on üç il, Mədinədə isə on il qaldıqdan sonra altmış üç yaşında dünyasını dəyişdi».
Rəsulullahın atası AbdulMuttalib oğlu Abdullahdır. Məhəmmədin atası o, doğulmamışdan əvvəl, yoxsa sonra öldüyü haqqında bəzi rəylər vardır. Bu rəylərdən ən doğrusu: Peyğəmbər – sallallahu aleyhi və səlləm – in anasının bətnində ikən atasının öldüyüdür. İkinci rəyə görə, Rəsulullah – sallallahu aleyhi və səlləm – doğulduqdan yeddi ay sonra ölmüşdür. Abdullah ticarət məqsədi ilə Şama gedib qayıtdıqda Mədinədə vəfat edir. Darul-Nəbiyyatuz Zəhra deyilən yerdə dəfn edilir. Anası Kitabın oğlu Zuhrənin oğlu Abdimənafin oğlu Vəhbin qızı Əminədir. Mədinədəki qardaşlarını ziyarət etməkdən qayıdarkən Məkkə ilə Mədinə arasında olan «ƏBVA» adlanan yerdə dünyasını dəyişmişdir. Anası dünyasını dəyişəndə Rəsulullah yeddi yaşında idi. Anasının ölümündən sonra onu öz himayəsinə babası AbdulMuttalib götürür. Ölənə qədər ona baxır. Öldükdə o, səkkiz yaşında idi. On yaşında olduğu da söylənilir. Babasından sonra əmisi Əbu Talibin yanında yaşamaqa başlayır. On iki yaşında əmisi ilə birlikdə Şama ticarət məqsədi ilə gedir. Doqquz yaşında olduğu da söylənilir. Bu səfərində rahib Bahira ilə qarşılaşır. Rahib, Yəhudilərdən ona bir zərər gələ bilməsindən qorxduğu üçün əmisinə onu Şama gətirməməsini söyləyir. Əmisi onu uşaqları ilə birlikdə Məkkəyə geri göndərir.
İyirmi beş yaşında ticarət məqsədi ilə Şama səfər edir. Qayıtdıqdan sonra Xuveylidin qızı Xədicə – radıyallahu anhu – ilə evlənir. Daha sonra Allah ona tək qalmağı və Rəbbinə ibadət etməyi sevdirir.
3. Onun iyirmi üç illik Peyğəmbərlik həyatını bilmək.
Hira mağarasına çəkilib orada bir neçə vaxt ibadət etdikdən sonra 610 – cu ildə qırx yaşında ikən ona Peyğəmbərlik verilir. Peyğəmbərlik ona birinci gün verilir. Əbu Qatadə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən birinci gün oruc tutmaq haqqında soruşurlar. O, buyurur: «O, gün mən doğulmuşam, o gün mən insanlara göndərilmişəm və o, gün mənə ilk vəhy gəlib». Allah onu bütün yaratdıqlarına göndərdi. Quran Ramazan ayında Qədr gecəsində dünya səmasına nazil olmuş, oradan da iyirmi üç il ərzində hissə-hissə endirilmişdir. «….Haqqı batildən ayıran Quran Ramazan ayında nazil edilmişdir». (əl-Bəqərə 185). Həmçinin Yəhya Sərracı «Nuniyə» adlı qəsidəsində deyir: «Peyğəmbərlik ona qırx yaşında gəldi, Elçilik günəşi Ramazan ayında parladı».
4. Peyğəmbərliyin necə verildiyini və hansı buyuruqla ona risalətin verilməsini bilmək. «Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir. O Rəbbin ki, insana qələmlə (yazmağı) öyrətdi. O rəbbin ki, insana bilmədiklərini öyrətdi». (əl-Ələq 1-5). Bu buyurduqdan sonra ona Peyğəmbərlik verildi.
Vəhy Peyğəmbərimiz – sallallahu aleyhi və səlləm – bir neçə şəkildə gəlirdi.
1). Həqiqi (doğru) yuxu – Ruyai Sadiqa – Bu rəsullara vəhyin ilk gəlməyə başladığı vaxdır. Bütün gördüyü yuxular sabah aydınlığı kimi həqiqət idi.
2). Mələyin vəhyi qəlbinə salması, üfləməsi ilə.
3). Mələk Rəsulullah – sallallahu aleyhi və səlləm – ə insan şəklində gəlirdi.
4). Vəhy zınqırov (zil) səsinə bənzər bir səslə gəlirdi. Bu vəhyin ən ağır şəkli idi. Mələk vəhyi o, qədər qarışıq, başadüşülməsi ağır bir şəkildə endirirdi ki, ən soyuq havada belə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in alnından tər damla – damla axırdı. Hətta səfər ərəfəsində miniyin üzərində olduqda belə bir vəhy gəlsəydi vəhyin ağırlığından heyvan yerə çökərdi. Bir dəfə vəhy gələn vaxt Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dizi Zeyd b. Sabitin dizi üzərində idi. Zeydin ayağına o, qədər ağırlıq yüklənmişdir ki, az qala ayağı qırılacaqdır.
5). Mələk yaradıldığı şəkildə Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə görünürdü. Vəhy iki dəfə bu şəkildə endirilib. Maraqlananlar Nəcm surəsinin 7-13-cü ayələrinə baxa bilərlər.
6). Heç bir vasitə olmadan doğrudan-doğruya Allahın bildirdiyi vəhy. Merac gecəsində Allah namaz vaxtlarını bu şəkildə fərz qıldı.
7). Üç Peyğəmbər var ki, Allah onunla vasitəsiz danışmışdır. Adəm – əleyhissəlam – ilə Cənnətdə, Musa – əleyhissəlam – ilə yer üzündə və Məhəmməd – sallallahu aleyhi və səlləm – ilə Meracda. Bəziləri səkkizinci vəhy şəkilini də deyirlər. Bu heç bir pərdə olmadan Allah ilə üz-üzə danışmasıdır. Bu merac gecəsində Rəbbini gördü deyənlərin rəyidir. Sələf və sonradan gələn islam alimləri bu fikirdədirlər ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – öz Rəbbini görməyib. Çünki səhabələr ondan soruşduqda ki, Allahı gördün o, buyurdu: «Bir nur gördüm».
5. Onunla nələrin göndərildiyini və nə üçün göndərildiyini bilmək.
Allahı tövhid etmək və əmr olunanları edib, qadağan olunanları tərk etməyi əmr edən şəriətlə göndərmişdir. Allah onu aləmlərə rəhmət olaraq, onları şirkin, küfrün və cəhalətin qaranlıqlarından elm, iman və tövhidin aydınlığına çıxarmaq üçün göndərmişdir. Bu yolla Allahın məğfirət və rizasına nail ola bilsinlər, onun əzab və qəzəbindən qurtara bilsinlər. Allah insanları şirkdən qorxudub əzabı vasitəsilə ayıltmaq, rububiyyət, uluhiyyət, isim və sifətlərində də tövhidə dəvət etmək üçün göndərmişdir. Bunlara dəlil: «Ey (libasına) örtünüb bürünmüş Peyğəmbər! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut. Libasını təmizlə. Əzaba səbəb olacaq pis şeylərdən uzaqlaş. (Etdiyin yaxşılığı) çox bilib başa qaxma. Rabbinin rizasını qazanmaq üçün səbr et». (əl-Muddəssir 1-7). Allahın «Qalx və qorxut» buyurduğunun mənası, şirkdən qorxudub çəkindirmək və tövhidə dəvət etmək deməkdir. «Öz Rəbbini uca tut» tövhid ilə onu təzim et. «Libasını təmizlə» yəni əməllərini şirkdən təmizlə. «Pis şeylərdən uzaqlaş» yəni bütlərdən uzaq dur. Onlardan uzaq durmaq isə bütləri və bütpərəstləri tərk edib, onlardan uzaq durmaq deməkdir. Bütün bu buyuruqlardan sonra ona risalət verilmiş oldu. O daqalxıb dəvət etdi və Allahın əmrini yerinə yetirdi.
6. Peyğəmbərimizin vəfatı.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu şəkildə hicrətdən sonra on il dəvət etdi. Allah onunla dini və möminlər üzərinə nemətini tamamladıqdan sonra öz yanına və peyğəmbərlərin, siddiqlərin, şəhidlərin, salehlərin yaşadığı ən uca dostlar arasına qatılmaq üçün seçdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Səfər ayının sonları ilə Rəbiul-Əvvəl ayının əvvəlləri xəstələndi. Başını bağlamış halda müsəlmanların yanına, minbərə çıxdı. Şəhadət gətirdikdən sonra Uhudda öldürülən şəhidlərə məğfirət dilədi və buyurdu: «Allah qullarından bir qulunu dünya ilə nəznində olanlar arasında sərbəst buraxdı, o da Allahın nəzdində olanları seçdi. Əbu Bəkr – radıyallahu anhu – bu sözlərin nə məna ifadə etdiyini başa düşdüyündən ağlamağa başladı və: «Anam, atam sənə fəda olsun». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yavaş ol, ey Əbu Bəkr! Şübhəsiz ki, dostluq və mal baxımından insanlar arasında mənə ən yaxın olanı sənsən. Rəbbimdən başqasını dost seçməli olsaydım, şübhəsiz ki, səni seçərdim, lakin İslamın dostluğu və sevgisi (bizi bir-birimizə) bağlamışdır. Əbu Bəkr – radıyallahu anhu – nu insanlara namaz qıldırmasını əmr etdi. Hicri on birinci ilin Rəbiul əvvəl ayının on iki ya da on üçüncü günündə ölüm halları onda görünməyə başladıqda, əlini suya salır, üzünə sürtür və buyururdu: «Lə iləhə illəllah». Şübhəsiz ki, ölümün istirabları çox ağırdır». Daha sonra gözləri səmaya doğru dikildi və: «Allahım o, (ər-Rafiqul –Ələ) ən uca dostlar arasında olmaq istəyirəm» dedi. O, gün vəfat etdi.
Tarix: 27.04.2013 / 17:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 319 Bölmə: Peyğəmbərlərin Həyatı