Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏR (SAV)-İN QOXUSU VƏ TƏRİ

Ənəs - radıyallahu anhu - rəvayət edir ki, mən Peyğəmbər - sallallahu aleyhi və səlləm -in iyindən daha gözəl qoxan nə bir misk, nə bir ənbər, nə də hər hansı bir qoxu qoxulamadım. Mən Peyğəmbər - sallallahu aleyhi və səlləm -in əlindən daha yumşaq olan nə bir dibaca, nə də bir ipəyə toxunmadım1. Ənəs - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - gündüz vaxtı bizim yanımıza gəlib yatdı və tərlədi. Ummu Suleym - radıyallahu anhə - bir bez parça götürərək Peyğəmbər - sallallahu aleyhi və səlləm -in tərini silərək qaba sıxmağa başladı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - yuxudan ayılaraq: «Ya Ummu Suleym! Bu nədir edirsən?» deyə buyurdu. Ummu Suleym: «Bu sənin tərindir. Biz onu ətrimizə qatırıq. Çünki o, ən gözəl qoxudur»2.

PEYĞƏMBƏR (SAV)-İN HAQLARI ÖDƏMƏSİ
Hər bir kəsin haqqını verərdi. İnsanın üzərinə düşən haqlar çoxdur. Allahın haqqı, ailənin haqqı, qulların haqqı, bədəninin haqqı və s. Lakin Peyğəmbər - sallallahu aleyhi və səlləm -hamısını tam şəkildə paylaşdırardı. Ənəs - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər -səllallahu aleyhi və səlləm -in səhabələrindən bir qrup kimsələr gəldilər və Peyğəmbər - səllallahu aleyhi və səlləm -in zövcələrindən onun ailə həyatı, xüsusi həyatı haqqında soruşdular. Onlardan biri: «Mən qadınlarla evlənməyəcəyəm» dedi. Digəri: «Mən daima oruc tutacağam» dedi. Digəri: «Mən gecələri yatmayacağam» dedi. Peyğəmbər - səllallahu aleyhi və səlləm - bu sözləri eşitdikdə buyurdu: «Bir qrup kimsələrə nə olub ki, filan-filan sözləri söyləyirlər (Başqa rəvayətdə: Allaha and olsun ki, aranızda Allahdan ən çox qorxan, aranızda ona qarşı ən təqvalı olan kimsəyəm. Ancaq mən (gecənin bir hissəsini) namaz da qılıram, (bir hissəsini) yatıram da, Oruc tutub, iftar da edirəm və qadınlarla nigahlanıram da. Kim mənim sünnəmdən üz çevirsə məndən deyildir»3.
PEYĞƏMBƏR (SAV)-İN YATMASI
Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Yatağına girdiyin zaman namaz üçün dəstəmaz aldığın şəkildə dəstəmaz al və sağ tərəfi üstə yat»4. Peyğəmbər - sallallahu aleyhi və səlləm - hər gecə yatağına girəcəyi vaxt əllərinin içini açar onlara üfürərək İxlas, Fələq və Nəs surələrini oxuyar. Sonra isə bədəninin bütün hissəsinə sürtərdi. Bu işi üç dəfə təkrar edərdi5. Peyğəmbər - sallallahu aleyhi və səlləm -in gecə ikən üzərində yatdığı yastıq xurma lifi ilə doldurulmuş, üzü dəri bir yastıq idi6. Ənəs - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər -sallallahu aleyhi və səlləm -in gözləri yatsa da, lakin qəlbi yatmazdı (Başqa rəvayətdə: Yatdığı zaman sağ tərəfi üstə yatar və sağ əlini yanağına qoyaraq yatardı)7.


Tarix: 27.04.2013 / 16:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 161 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...