Duanın Fəziləti
Hz. Peyğəmbərin (s.a.v.) Allahı zikr etmək mövzusu yaradılmışların ən üstünü idi. Günün hər anında və hansı işlə məşgul olarsa olsun Allahı anmaqdan və dua etməkdən geri qalmazdı. Quranda "De ki: "Sizin duanız olmasaydı Rəbbim sizə dəyər verərdimi?..."(Furqan Surəsi, 77) buyurulur. Rəsulullah Əfəndimiz bunu layiqiylə qavradığı üçün hansı vəziyyətdə olarsa olsun dua etməkdən və Allahı anmaqdan geri qalmazdı.
Rəsulullahın duaya verdiyi əhəmiyyəti aşağıdakı sözlərdən daha yaxşı anlaya bilərik:
"Allah qatında duadan məqbul və qiymətli heç bir şey yoxdur." (Tirmizi)
"Qul duasında üç şeydən birini alar: Ya dua sayəsində günahı bağışlanar və yaxud əvvəlcədən bir mükafat alar və ya axirətdə qarşılığını alar." (Deyləmi)
"Allahdan artıqlaması ilə istəyin. Allah özündən istəməyi sevər. İbadətlərin məqbulu, genişliyi gözləməkdir." (Tirmizi)
"Qulun Allaha ən çox yaxın olduğu vaxt səcdə halıdır. Səcdədə Allaha çox dua edin." (Müslim)
"Şübhəsiz sizin Rəbbiniz həya və kərəm sahibidir. Qulları əllərini qaldırıb özündən bir şey istədikləri zaman, onları boşa çevirməz." (Tirmizi-Əbu Davud)
"Dua etdiyiniz zaman, qəbul olunacağına inanaraq dua edin. Bilmiş olun ki, qəflətdə edilən duaları Allah qəbul etməz." (Tirmizi)
"Allahu Təala dualarınızı qəbul edər. Ta ki, dua etdim hələ də qəbul olmadı deyib tələsmədikcə. Allahdan çox istəyin. Çünki siz kərəm sahibindən istəyirsiniz." (Buxari-Müslim)
Rəsulullahın gün içində tez-tez təkrarladığı bir dua: "Üzümü, inanc dolu bir müsəlman olaraq yeri və göyü yaradana çevirdim. Mən Ona ortaq qoşanlardan deyiləm. Qıldığım namaz, etdiyim ibadətlər, həyatım və ölümüm ortağı tapılmayan aləmlərin Rəbbi olan Allaha aiddir.
Allahım hökmran sənsən. Səndən başqa Tanrı yoxdur. Sən Rəbbimsən. Mən sənin qulunam. Rəbbim, günahlarımı ancaq sən bağışlayarsan. Məni ən gözəl xasiyyətlərə çatdır. Ən gözəllərinə ancaq sən çatdırırsan. Pis xasiyyətləri məndən uzaqlaşdır. Onları Səndən başqası məndən uzaqlaşdıra bilməz. Mən səninləyəm. Sən ucalar ucasısan. Əfvinə sığınır, sənə yönəlirəm.
Göylərin və yerin yaradıcısı, gizli olanı, aşkar olanı bilən Allahım! Ayrılığa düşdükləri yerdə qullarının arasında sən hökm edərsən. İzninlə, haqda ayrılığa düşdükləri yerdə məni haqqa çatdır. Şübhəsiz sən dilədiyini doğru yola yönəldərsən."(Tirmizi-Müslim)
Peyğəmbərimizin oyananda etdiyi dua: "Bizi ölümdən sonra dirildən Allaha həmd olsun. Onun huzurunda toplanacayıq. Tək Allahdan başqa ilah yoxdur. Onun ortağı yoxdur. Mülk Onundur. Həmd Onadır. O hər şeyə qadirdir. Allaha həmd olsun. Allahı bütün əksikliklərdən tənzih edirəm. Allahdan başqa ilah yoxdur. Allah ən ucadır."(Buxari-Tirmizi)
Evindən çıxanda etdiyi dua: "Allahın adıyla. Allaha təvəkkül etdim. Allahım sapqınlığa düşməkdən və düşürdülməkdən, ayağımın sürüşməsindən və sürüşdürülməsindən, zülm etməkdən və zülmə uğramaqdan, cəhalətə düşməkdən və cahil görünməkdən sənə sığınıram."(Tirmizi)
Məscidə daxil olanda etdiyi dua: "Allahım günahlarımı bağışla və mənə rəhmət qapılarını aç."(İbn Macə)
Evinə daxil olanda etdiyi dua: "Məni qoruyan və sığındıran Allaha həmd olsun. Məni yedirdən və içirdən Allaha həmd olsun. Mənə yaxşılıq edən və yaxşılığı artıran Allaha həmd olsun. Ya Rəbb! Səndən məni cəhənnəmdən qorumağı diləyirəm."(Əbu Davud)
Ayaqyoluna girərkən etdiyi dua: "Allahım! Görünən, görünməyən, maddi, mənəvi bütün pisliklərdən, qovulmuş şeytandan Sənə sığınıram."(Təbərani)
Azan oxunanda etdiyi dua: "Bu əskiksiz, hacət olunan dəvətin və özündən ötrü dualara hacət olunan haqq dəvətin və təqva kəlməsinin Rəbbi olan Allahım. Məni bu inancla öldür, ona bağlı yaşat, qiyamət günü əməlcə bu inanca sahib salehlərdən eylə."(Bəyhaqi)
Yemək duası: "Allahım! Yedirtdin, içirtdin, möhtac etmədin, məmnun etdin. Hidayət etdin və diriltdin. Verdiyin nemətlər əvəzində sənə həmd olsun."(Əhməd)
Hz. Muhammədin (s.a.v.) hədislərində duanın ədəbi:
1) Şərəfli vaxtları axtarmaq:
İl ərzində ərəfə günləri,Ramazan ayı, səhər vaxtları, Peyğəmbərimizin ən çox dua etdiyi zamanlardır.
2) Allah qatında vacib olan anlarda dua etmək:
Peyğəmbər Əfəndimiz "göy qapıları, İslam orduları ilə küfr ordusunun qarşılaşdığı, yağışın yağdığı və fərz namazlarının qılındığı əsnada açılar. Bu vaxtlarda qənimət bilərək dua edin“ deyə buyurmuşdur.
Başqa bir hədisdə isə, "oruclunun duası rədd olunmaz"(Tirmizi) buyurulmuşdur. Belə anlarda dua etməyə çalışmaq , həm duanın qəbulu yönündən, həm də sünnəti səniyyənin yerinə yetiriləməsi yönünüdən vacibdir.
3) Dua zamanı qibləyə dönmək, əllərini qaldırmaq, ovuclarını birləşdirib ovucun içini üzə doğru çevirmək, gözlərini səmaya çevirmək sünnətdəndir.
Rəsuli Əkrəm dua etdiyi zaman qoltuğunun altı görünəcək qədər əlini qaldırar və dua zamanı barmaqları ilə işarə etməzdi. (Müslim)
4) Duanı gizlicə, xəfif səslə etmək:
"Ey insanlar! siz dua etdiyiniz zaman Allah nə qeybdədir və nə də eşitməzdir. Sizin dua etdiyiniz Allah sizinlə atlarınızın boynu arasındadır." (Müslim)
5) Duada süni sözlərdən qaçmaq:
Dua edən insan təvazökarlıqla və xuşu içində istəməli, süni sözlərdən qaçmalıdır. Peyğəmbərimiz bir hədisində "gələcəkdə duada həddini aşan camaat törəyəcəkdir"buyurmuşdur. Dua edən insan acizliyini ifadə etməli, çətin və mənasız istəklərdən qaçmalıdır.
6) Allahdan (c.c.) qorxaraq, qəbulunu umaraq və israrla dua etmək:
"Dua etdiyiniz zaman, qəbul olunacağına inanaraq dua edin. Bilmiş olun ki, qəflətdə edilən duanı Allah qəbul etməz." (Tirmizi)
"Allah dualarınızı qəbul edər. Ta ki, dua etdim deyib hələ qəbul olmadı deyib tələsmədikcə. Allahdan çox istəyin. Çünki siz kərəm sahibindən istəyirsiniz." (Müslim)
Tarix: 27.04.2013 / 17:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 240 Bölmə: Peyğəmbərlərin Həyatı