ÖNSÖZ
XUTBƏTUL-HACƏ
Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd onun qulu və elçisidir.
«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün».
(Ali-İmran 102).
«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadmlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71) (XUTBƏTUL-HACƏ adı ilə məşhur olan bu duanı, cümə və s. xütbələrdə Peyğəmbər - səllallahu aleyhi və
səlləm - oxumuşdu. Səhabələrinə də bunu əmr etmiş və özü də onları öyətmişdir. Hədisin ilk hissəini bizə: -
Əhməd 1/392-393,432, Əbu Davud 2188, Tirmizi 1105, Nəsəi 3/104-105, 6/69 və «Əməlul Yəum vəl Leyl»
488, İbn Məcə 1892, Darimi 2202, Tayalisi «əl-Musnəd» 1557, Abdurrazzaq «əl-Musənnəf» 10449, Bəzzar
«əl-Musnəd» - Kəşful Əstar 1/314, Əbu Yəla «əl-Musnəd» 5233-5234,5257, Tahavi «Şərhul Müşkilil Asar» 1-
3, Təbərani «Məcmuul Kəbir» 10/10079-10080, Həkim «əl-Mustədrək» 2744, Beyhəqi «Sünnənul Kubra»
3/214-215, Bəğavi «Şərhus Sunnə» 2268 İbn Məsud - radıyallahu anhu - yolu ilə, Müslim «Şərhu Nəvəvi»
6/156-158, Əhməd 1/302,350, Nəsəi 6/89-90, İbn Məcə 1893 və Tahavi «Şərhul Müşkilil Asar» 4 İbn Abbas -
radıyallahu anhu - yolu ilə, Tahavi «Şərhul Müşkilil Asar» 5, Beyhəqi «Sünnənul Kubra» 3/215 Nubeyt b.
Şərit - radıyallahu anhu - , Əbu Yəla «əl-Musnəd» 7221, Nəsəi «Sünnənul Kubra» bax: «Tuhfetul Əşraf»
6/472 9148 Əbu Musa əl-Əşari -radjyallahuanhu-dən.)
Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yollarm ən xeyirlisi Muhəmməd - səllallahu aleyhi və səlləm - in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır( Hədisin ikinci hissəsini - Müslim «Şərhu Nəvəvi» 6/153-156, Əhməd 3/319,371, Nəsəi 3/188-189, Beyhəqi
«Sünnənul Kubra» 3/214 Cabir b. Abdullah - radıyallahu anhu -yolu ilə. Bu ləfz Nəsainin ləfzidir. Hədisi
Əhməd 3/371 və Müslim: «Sözlərin ən doğrusu» ləfzi yerinə: «Sözlərin ən xeyirlisi» ləfziylə rəvayət
edilmişdir. İmam Əhmədin digər rəvayətlərində isə 3/319: «Sözlərin ən gözəli» şəkilindədir. Müslim:
«Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bidətdir» ləfzi yerinə: «Hər bir bidət bir zəlalətdir
(sapıqlıqdır)» ləfziylə ravayət etmişdir. Hədisin sonunda olan: «Hər bir zəlalət isə oddadır» ləfzini zikr
etməmişdir. Bubeş səhabədən başqa hədsi: Aişə - radıyallahu anhə -, Səhlb. Sad - radjyaJJahuaahu-mərfu
olaraq. Hədis səhihdir. Muhəddis Muhəmməd Nəsrəddin əl-Albani - rahmətuJJahı'aJeyhı'-hədisin bütün
rəvayətlərini bir yerə toplayaraq «Xutbətul Həcə» isimli bir kitab yazmışdır. İstəyənlər bu kitaba baxa
bilərlər. Ayrıca bax: əl-Albani «Muxtəsər Səhih Müslim» 409, «Mişkətul məsabih» 3149,5860.)
«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasmlar». (Ta ha 25-28).
Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabma və Rəsulullah - səllallahu aleyhi və səlləm - in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu - səllallahu aleyhi və səlləm - də öz məktublarmı «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir»(Əbu Davud.)
AbdurRahman əs-Sədi - rahmətullahi aleyhi - deyir ki: «İmam artıran səbəblərdən biri də Peyğəmbər - sallallahu aleyhi və səlləm - i tanımaqdır. Nə kimi uca əxlaq üzərində olduğunu, hansı kamil sifətlərə mənsub olduğunu bilməkdir. Çünkü insan Peyğəmbər - sallallahu aleyhi və səlləm- haqqı ilə tanıyarsa (əxlaqım, sifətlərini) onun doğruluğu barəsində şəkk etməz. Bilər ki, o sadiq insandır. Onun gətirdiyi Quran və Sünnəni təsdiq edər. «Yoxsa öz Peyğəmbərini tanımadılar və buna görə onu inkar etdilər». (əl-Muminun 69). Yəni Peyğəmbər - sallallahu aleyhi və səlləm - i tanımaq bəndədən imana tələsməyi vacib edir və imanını artırır. Allah onlara Peyğəmbər -sallallahu aleyhi və səlləm - in halını tədəbbür etməyə yönəltmişdir. «(Ya Peyğəmbər! Bu müşriklərə) de ki: Allah (həqiqəti dərk etmək xatirinə) iki-iki, bir-bir (mənim məclisimdən) durun, sonra da bir dərindən düşünün (görəcəksiniz ki) sizin yoldaşınızda (Məhəmməd peyğəmbərdə) heç bir divanəlik əsəri yoxdur. O, yalnız qarşıdakı əzabla sizi qorxudan bir Peyğəmbərdir!». (əs-Səba 46). Allah bu Peyğəmbərin kamilliyinə and içmişdir, onun əxlaqının ucalığına və onun yaradılmışların ən kamil olduğuna and içmişdir. «Sən (Ya Məhəmməd!) Rəbbinin neməti sayəsində divanə deyilsən! Və həqiqətən səni minnətsiz, tükənmək bilməyən mükafat gözləyir! Doğurdan da sən böyük bir əxlaq sahibisən!». (Nun 1-3). Peyğəmbər sallallahu aleyhi və səlləm -ən gözəl əxlaqı ilə imana çağıran ən böyük səbəblərdəndir. Doğru və mənfəətli sözlərilə. Peyğəmbər - sallallahu aleyhi və səlləm - ən böyük imam və ən kamil nümunədir. «Həqiqətən Allahın rəsulu Allaha, Qiyamət gününə ümüd bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir». (əl-Əhzab 21). Peyğəmbər - sallallahu aleyhi və səlləm - ə iman gətirmək Allaha yaxmlaşdıran ən əzəmətli əməllərdən olduğuna və həmçinin Allahın sevdiyi ən uca vasitələrdən olduğuna görə onlar (ağıl sahibləri) imanları ilə Allaha təvəssül etdilər ki, Allah onların pisliklərini örtsün və onları dərəcələrə çatdırsm. «Ey Rəbbimiz! Həqiqətən biz: Rəbbinizə inanın! deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib sənə tərəf iman gətirdik. İndi günahlarımızı bizə bağışla, təqsirlərmizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al». (Ali İmran 193). Herakl, Peyğəmbər - sallallahu aleyhi və səlləm - ona vəsf olunduqda o, etiraf etdi ki, o Peyğəmbərlərin ən əzəmətlisidir. Onun vəzifəsi və mülkünün əldən getməsi Peyğəmbər - sallallahu aleyhi və səlləm -tabe olmaqdan onu çəkindirdi. Necə ki, bir çoxlarına da Allah Rəsulu açıq-aydm bilindikdən sonra iman etməsinə mane olmuşdur.
İbn Abbas - radyallahu anhu - deyir ki, Əbu Sufyan(Əbu Sufyan b. Hərb - radyallahu anhu - 630-cu ilə qədər Peyğəmbər - sallallahu aleyhi və səlləm - in qatı
düşmənlərindən olub. Lakin Məkkənin fəthi günü İslamı qəbul edir. Qızı Ramlə b. Əbu Sufyan (həmçinin
Ummu Həbibə də deyirdilər) Peyğəmbər - sallallah u aleyhi və səlləm - in yoldaşı idi.) - radyallahu anhu - mənə dedi: «Mənimlə Peyğəmbər - sallallahu aleyhi və səlləm - in arasında imzalanmış sülh müqaviləsi müddətində (Hudeybiyyə - Qureyş müşrikləri ilə Peyğəmbər - sallallahu aleyhi və səlləm - arasında bağlanmış sülh
müqaviləsidir. Mart 628-ci il Məkkə yaxınlığında.) mən Qureyşin ticarət karvanı ilə birlikdə Şama6 getmişdim.
. Mən Şamda olduğum müddətdə Peyğəmbər - sallallahu aleyhi və səlləm - dən Rumun İmperatoru Herakliyusa (Herakl - Bizans imperatoru 610-641-ci illərdə hökmranlıq edib) bir məktub gətirilmişdi.
Bu məktubu (Rumun imperatoruna) Dihyətul Kəlbi( Səhabələr içərisində gözəlliyi ilə seçilən bir səhabə idi. Cəbrail - əleyhissəlam - əksər vaxtlarda onun
görkəmində gələrdi) gətirmiş və Busranm əmirinə vermişdi. Busranm əmiri də məktubu Herakliyusa göndərmişdi... Herakliyus da: «Burada (yəni Şamda) Peyğəmbər olduğunu iddia edən adamın qövmündən bir kimsə varmı?» deyə soruşdu. Adamlar: «Bəli, vardır!» dedilər. Bundan sonra (Əbu Sufyan - radyallahu anhu - bir qrup yoldaşları ilə) birlikdə imperatorun hüzuruna İliyuya (u - Yerusəlimin qədim adlarmdan biridir. Həmçinin Beytul Məqdis, Qüds). gəldilər. Herakl Rumun tanınmış insanlarının əhatəsində onları və tərcüməçisini öz yanına çağıraraq (tərcüməçisi vasitəsilə): «Peyğəmbər olduğunu iddia edən bu şəxsə nəsəb (qohumluq) etibarı ilə ən yaxın olanınız hansınızdır?» deyə soruşdu. Əbu Sufyan: «Nəsəb etibarı ilə ən yaxın olan mənəm» dedim. Herakl: «Onu mənə yaxın otuzdurun, yoldaşlarını isə onun arxa tərəfində otuzdurun!» dedi. Sonra Herakl tərcüməçisinə: «Onlara de: «Mən Peyğəmbər olduğunu iddia edən o, şəxs haqqında bu adamdan bəzi şeyləri soruşacağam. Əgər o, mənə yalan desə sizlər onun yalanmı təkzib edin!» dedi. Əbu Sufyan: «Allaha and olsun ki, yoldaşlarım tərəfindən yalanımın hər tərəfə yayılmasından qorxmasaydım Peyğəmbər haqqında şübhəsiz ki, yalan uydurardım» dedim. Sonra (Herakl) Peyğəmbər haqqında mənə ilk sualını verdi.
«Sizin içinizdə onun nəsəbi necədir?» deyə soruşdu. Mən: «İçimizdə onun nəsəbi çox böyükdür. O, hörmətli bir ailədəndir» deyə cavab verdim. O: «Sizdən bu sözü ondan əvvəl söyləmiş (yəni ondan əvvəl peyğəmbərlik iddiası etmiş) bir kimsə olubmu?» deyə soruşdu. Mən: «Xeyr!» deyə cavab verdim. O: «Ata-babaları içərisində bir padşah olubmu?» deyə soruşdu. Mən: «Xeyr!» deyə cavab verdim. O: «Ona kimlər tabe olur. İnsanların şərəfliləri (yəni tanınmışlar, varlılar), yoxsa insanların zəifləri (kasıblar, sadələr)?» deyə soruşdu. Mən: «İnsanların zəifləri (kasıbları, sadələri)» deyə cavab verdim. O: «Ona tabe olanlar artır, yoxsa azalırlar?» deyə soruşdu. Mən: «Xeyr, azalmır. Əksinə artırlar!» deyə cavab verdim. O: «İçərilərində onun dininə girdikdən sonra bəyənməməzlikdən onun dinini tərk edən varmı?» deyə soruşdu. Mən: «Xeyr!» deyə cavab verdim. O: «Bu dediklərini deməzdən (yəni Peyğəmbərlikdən) əvvəl heç onu yalan (danışmaqda) ittiham etmisinizmi?» deyə soruşdu. Mən: «Xeyr!» deyə cavab verdim. O: «Heç əhdini pozarmı?» deyə soruşdu. Mən: «Xeyr, əhdə vəfasızlıq etməz. Lakin indi biz onunla bir müddətlik sülh müqaviləsi bağlamışıq. Bu müddət ərzində onun nə edəcəyini bilmirik. Mən bu dediklərimə heç bir söz əlavə edə bilmədim. (Yəni Peyğəmbərə qarşı heç bir söz deyə bilmədim)» deyə cavab verdim. O: «Heç onunla müharibə etdinizmi?» deyə soruşdu. Mən: «Bəli» deyə cavab verdim. O: «Onunla etdiyiniz müharibənin nəticəsi necədir?» deyə soruşdu. Mən: «Onunla bizim aramızda olan müharibə qarşılıqlı olub. O, da bizə qalib gəlib, biz də ona qalib gəlmişik» deyə cavab verdim. O: «O, sizə nəyi etməyi əmr edir?» deyə soruşdu. Mən: «O, bizə tək Allaha ibadət etməyi və Ona heç bir şeyi şərik qoşmamağı bir də ata-babalarımızm dediyi şeylərdən çəkinməyimizi əmr edir. Sonra bizə namaz qılmağı, düz söz damşmağı (yalan danışmamağı), yaxşılıq etməyi və qohumluq əlaqələrini möhkəmləndirməyi (kəsməməyi) əmr edir!» deyə cavab verdim.
Onda (Herakl) öz tərcüməçisinə əmr etdi ki, mənə desin: «Mən səndən onun nəsəbi haqqında soruşdum. Sən də: «İçimizdə onun nəsəbi çox böyükdür. O, hörmətli bir ailədəndir» deyə cavab verdin. Axı bütün (əvvəlki) Peyğəmbərlər də belə qövümlərin yüksək nəsəb sahiblərinin içindən göndərilmişlər. Mən səndən: «Sizdən bu sözü ondan əvvəl söyləmiş (yəni ondan əvvəl peyğəmbərlik iddiası etmiş) bir kimsə olubmu?» deyə soruşdum. Sən də: «Xeyr!» deyə cavab verdin. Mən də düşündüm ki, əgər kimsə belə bir şey (peyğəmbərlik iddiası) haqqında ondan əvvəl söyləmiş olsaydı, onda belə qərara gəlmək olardıki o, da özündən əvvəl kimsə tərəfindən deyilmiş bir sözü təkrar edir. Mən səndən: «Ata-babaları içərisində bir padşah olubmu?» deyə soruşdum. Sən də: «Xeyr!» deyə cavab verdin. Mən də düşündüm ki, əgər ata-babaları içərisində bir padşah olsaydı, onda belə qərara gəlmək olardıki o, (ata-babalarının) mülkünü geri almaq istəyən bir kimsədir. Mən səndən: «Bu dediklərini deməzdən (yəni Peyğəmbərlikdən) əvvəl heç onu yalan (danışmaqda) ittiham etmisinizmi?» deyə soruşdum. Sən də: «Xeyr!» deyə cavab verdin. (Bu sözlərdən) mənə aydın oldu ki, əgər o, insanlara qarşı yalan danışmayıbsa deməli Allaha qarşı da yalan danışmaz (uydurmaz). Mən səndən: «Ona kimlər tabe olur. İnsanların şərəfliləri (yəni tamnmışlar, varlılar), yoxsa insanların zəifləri (kasıblar, sadələr)?» deyə soruşdum. Sən də: «İnsanların zəifləri (kasıbları, sadələri)» deyə cavab verdin. Məhz (Peyğəmbərlərə) tabe olanlar da onlardır. Mən səndən: «Ona tabe olanlar artır, yoxsa azalır?» deyə soruşdum. Sən də: «Xeyr, azalmır. Əksinə artırlar» deyə cavab verdin. Məhz iman da belə olmalıdır. (Qəlbə girdimi) kamillik dərəcəsinə çatana qədər artar. Mən səndən: «İçərilərində onun dininə girdikdən sonra bəyənməməzlikdən onun dinini tərk edən varmı?» deyə soruşdum. Sən də: «Xeyr!» deyə cavab verdin. Məhz həqiqi iman da belədir. Qəlbə girib orada (kök atdıqda). Mən səndən: «Heç əhdini pozarmı?» deyə soruşdum. Sən də: «Xeyr, əhdə vəfasızlıq etməz!» deyə cavab verdin. Peyğəmbərlər də heç vaxt əhdə vəfasızlıq etməzlər. Mən səndən: «Heç onunla müharibə etdinizmi?» deyə soruşdum. Sən də: «Bəli» deyə cavab verdin. Mən: «Onunla etdiyiniz müharibənin nəticəsi necədir?» deyə soruşdum. Sən də: «Onunla bizim aramızda olan müharibə qarşılıqlı olub. O, da bizə qalib gəlib, biz də ona qalib gəlmişik» deyə cavab verdin. Peyğəmbərlər də belədir. Onlar (Allah tərəfindən səbr etdiklərinə görə əcrləri böyük olsun deyə) bəlalara düçar olurlar. Lakin sonra yaxşı aqibət onların lehinə olur. Mən səndən: «O, sizə nəyi etməyi əmr edir?» deyə soruşdum. Sən də: «O, bizə tək Allaha ibadət etməyi və ona heç bir şeyi şərik qoşmamağı, bütlərə ibadətdən çəkinməyimizi əmr edir. Sonra bizə namaz qılmağı, düz söz danışmağı (yalan danışmamağı) və yaxşılıq etməyi əmr edir» deyə cavab verdin. Əgər o, şəxs haqqında dediklərin doğrudursa, yəqinliklə söyləyirəm ki, onun mülkü mənim bu iki ayaqlarımın altında olan yerlərə qədər çatacaqdır. Şübhəsiz ki, mən onun çıxacağını bilirdim. Lakin onun sizdən olacağını düşünmürdüm. Əgər mən əmin olsaydım ki, ona çata biləcəyəm, onunla görüşmək üçün çalışardım. Əgər onunla görüşsəydim mütləq ona (xidmət edərək) ayaqlarını yuyardım» dedi və sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm - in məktubunu istədi. Məktubu gətirən şəxs onu Herakla verdi. Məktubu açaraq oxumağa başladı. Orada bunlar yazılmışdır.
«Rahmən və Rahim olan Allahın adı ilə. Allahın Rəsulu Muhəmməd - sallallahu aleyhi və səlləm - dən Rumun İmperatoru Herakla! Salam olsun doğru yolda olanlara! Sonra: «(Ey Rum imperatoru!) Mən səni İslama dəvət edirəm. İslamı qəbul et və canını qurtar. Allah da sənin əcrini iki qat versin. Əgər bu dəvətimi qəbul etməzsənsə ətrafındakı xristianların da günahı sənin boynunadır. «(Ya Muhəmməd!) Söylə ki, Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! Allahdan başqasma ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək! Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: İndi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq. (Allaha təslim olanlarıq)». (Ali-İmran-64).
Əbu Sufyan deyir ki: «(Herakl) deyəcəklərini dedikdən və məktubu oxuduqdan sonra yanında səslər yüksəldi və gurultu çoxaldı. Bizim çıxarılmağımızı əmr etdi. Biz də onun yanından çıxarıldıq. Çıxarıldığımız zaman mən yoldaşlarıma: «İbn Əbu Kəbşə(İbn Əbu Kəbşə - Əbu Kəbşənin oğlu deməkdir. Əbu Kəbşə Peyğəmbər - sallallahu aleyhi və səlləm -
atası deyildir. Bəzi rəvayətlərə görə - Müşriklər Peyğəmbər -sallallahu aleyhi vəsəlləm -Əbu Kəbşə adında
olan bir kimsəyə nisbət edərək çağırırdılar. Bu kimsə bütlərə ibadət etməkdə Qureyşə müxalif olaraq Şıral
Abur admda olan ulduza ibadət edirdi. Peyğəmbər - sallallahu aleyhi vəsəlləm -də bütlərə ibadət etməkdə
Qureyşə müxalif olduğu üçün ona Əbu Kəbşənin oğlu deyə çağırırdılar. Bir rəvayətə görə də anası tərəfdən babalarmdan idi.) o, qədər mühüm bir insandır ki, hətta ondan Bəni Əsfarın11 məliki də qorxur. Artıq o, vaxtdan (Peyğəmbər - sallallahu aleyhi və səlləm -in) qalib gələcəyinə və Allahın İslamı qəlbimə yerləşdirdiyi günə qədər əmin olmaqda davam etdim».
Herakl Xımsda Rumun böyüklərini hüzuruna dəvət etdi. Dəvət olunanlar saraya daxil olduqdan sonra (sarayın) qapılarının bağlanmasını əmr etdi. Sonra hündür bir yerə çıxaraq: «Ey Rum cəmaatı! Haqq yoluna yönəlmək və mülkünüzün qalmasını istəyirinizsə bu Peyğəmbərə beyət edin!» deyə xitab etdi. (Bu sözləri eşidcək) onlar vəhşi eşşəklər kimi qapılara doğru qaçmağa başladılar. Lakin qapıların bağlı olduqlarmı gördülər. (Herakl) bu dərəcədə nifrətin və onun sözlərinin (onlar üçün) heç bir əhəmiyyət kəsb etmədiyini, onların iman gətirməyəcəklərinə ümüdünü kəsərək: «Onları geri çağırın!» deyə əmr etdi. (Onlar qayıtdıqda) O: «Mən bu sözləri yalnız sizi dininizə bağlılığınızı yoxlamaq üçün söylədim. İndi isə (sizin dininizə bağlılığınıza) gözlərimlə şahid oldum!» deyə cavab verdi. Bu sözlərdən sonra oradakılar (öz məmnuniyyətlərini bildirməkdən ötrü) onun qarşısmda təzim olaraq səcdəyə qapandılar. Bu da Heraklı (İslam ilə bağlayan) son hadisə idi» (Buxari7, Müslim 1773)
Ona görə də Quranla maraqlananlar onu əzbərləyənlər, mənasını başa düşməklə maraqlananlar və həmçinin Peyğəmbər - sallallahu aleyhi və səlləm - in hədisləri ilə maraqlananlar onlara əməl edənlər imanı başqalarından qat-qat çox olur və həmçinin əməlləri də digərlərindən çox olur. Peyğəmbər - sallallahu aleyhi və səlləm - in halını, doğrulu-ğunu, əxlaqım bilərsə bir o, qədər də inadkar insana, şəkk içində olan insana Peyğəmbər - sallallahu aleyhi və səlləm - in doğruluğu, sadiqliyi bəyan olar, onun imanı artar və Peyğəmbər - sallallahu aleyhi və səlləm - ə tabe olduğuna görə izzət duyar. Hər dəfə onun kamilliyini bildikdə, onun sifətlərini bildikdə o, bununla izzət duyar nə üçün? Çünki insanlarm ən əfsəlinə tabe olduğuna görə.
Bu gün baxsaq görərik ki, çağıranlar çoxdur. Hərə öz məzhəbinə, öz təriqətinə çağırır. Bir çox müsəlmanlarda bu kafirlərə, ateistlərə, ulduzlara heyran olublar. Bunun səbəbi odur ki, onlar cəmaatm qarşısmda bəzədilib, cəmaata qəhraman kimi göstəriliblər. Onlara müəyyən ləqəblər verilir ki, bu haqda eşidən ona tabe olmaq (oxşamaq, onun kimi olmaq) istəyir. Elə bir insana ki, o heyvandan da aşağı dərəcədədir. Özündən qürur və heyranlıq duyur. Bu kafirlərin müsəlmanlara qalib gəlmək üçün bir metodudur. Onlar müsəlmanlarla müharibələrdə bacarmadıqları üçün fikir müharibəsinə əl atdılar. Əgər insan Peyğəmbər - sallallahu aleyhi və səlləm - in fəzilətini, əxlaqını insanlar arasında yayarsa, onun əməllərini, nəsəbini, həyatını, onun Peyğəmbərliyinə aid olan əlamətləri, möcüzələrini bilərsə bununla o, batil yayan şəxslərin fikirlərini onların özləri ilə bərabər rədd edər.
Onun (Peyğəmbərin) dinini və dünyavi işlərini bilmək həm sənin üçün, həm də cəmiyyət üçün xeyirli olar. Bilər ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - uca bir dinin əsasını qoyub. Bilər ki, İslam dini sökmək, dağıtmaq deyil, əlksinə insanlara əmin-amanlıq, dünya və axirətdə səadət gətirir. İnsan xeyir əldə edər Peyğəmbər - sallallahu aleyhi və səlləm - in gətirdiklərini yerinə yetirərsə.
İnsanlar Peyğəmbər - sallallahu aleyhi və səlləm - tanıyarlarsa onlarda izzət hasil olar. Bu da onları Peyğəmbər - sallallahu aleyhi və səlləm - ə tabe olmağa, sünnətini ortaya çıxartmağa yönəldər. Bu da imanı gücləndirən ən böyük səbəblərdəndir. Bizim də borcumuzdur ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - in peyğəmbərliyinə dəlalət edən dəlilləri insanlar arasmda yayaq, onun əxlaqmı, fəzilətini yayaq ki, bizim övladlarımız, gələcək nəsilər bununla izzət duysunlar və onunla fəxr edərək ona uysunlar, ona tabe olsunlar. Peyğəmbərliyinə dəlalət edən halları bilsinlər. Kim bunu dərk edərsə o, bilər ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - əzəmətli bir insandır. Heç vaxt yalançı ola bilməz və bilər ki, o insan heç vaxt öz mənfəətini, öz xeyrini güdməyib. Lakin bu dünyavi məşhurlara, ulduzlara, kafirlərə baxdıqda onlarada bir məqsəd güdülür: Dünyanı əldə etmək, hansısa bir vəzifəyə çatmaq, həm özləri, həm də öz yaxmları üçün. Onların əməllərində də, sözlərində də bu şeylər özünü büruzə verir. Peyğəmbər - sallallahu aleyhi və səlləm - in həyatmı oxuduqda isə görürsən ki, özü üçün heç nə istəməyib, ən kasıb insandan da belə kasıb yaşayıb, ən əziyyət çəkən insandan da çox əziyyətlərə məruz qalıb. Subhənəllah! Belə insana necə tabe olmamaq olar! Belə bir insanı buraxaraq necə hansısa bir ulduza, kafirə bənzəmək olar! Miskinlərin yaşadığı bir həyatı yaşayıb, öləndə də heç nəyi yox idi. Təklif olunmuşdu da ona, ən yüksək vəzifə, var-dövlət və s. lakin cavabı nə oldu: «Mənim bir əlimə ayı, digər bir əlimə günəşi də versələr bu yolumdan dönmərəm». Sən o, dəccələrin (yalançıların) yollarını Preyğəmbər -sallallahu aleyhi və səlləm - in yolu ilə müqayisə etsən görərsən ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm -in ən yaxın qohumlarına belə: Əbu Hureyrə -radiyallahu anfiu-rəvayət edir ki: «Və ən yaxın qohumlarını qorxut!» (əş-Şuəra 214)-cü ayəsi nazil olduqda Peyğəmbər -sallallahu aleyhi və səlləm - ayağa qalxıb buyurdu: «Ey Kəb b. Luey oğulları! Özünüzü oddan xilas edin. Ey Abdi Mənaf oğulları! Özünüzü oddan xilas edin. Ey Həşim oğulları! Özünüzü oddan xilas edin. Ey Abdulmuttalib oğulları! Özünüzü oddan xilas edin. Ey Muhəmmədin qızı Fatimə! Özünü oddan xilas et. Çünki mən səni Allahın əzabından qorumağa qadir deyiləm. Yalnız sizinlə qohumluq əlaqələrim olduğu üçün sizə yaxşılıq edirəm (siz əməl edin. Mən sizə Qiyamət günü fayda verə bilmərəm. Öz qızına deyir ki: Sən məndən nə istəyirsənsə mən sənə verərəm. Lakin Allah qatında əməlin olmasa sənə heç bir fayda verə bilmərəm)»13.
Həmçinin bu ümmətin alimlərini insanlara tanıtmalıyıq, başçılarım hansı ki, daima öndə gediblər. Bu dinin yayılmasında böyük rolları olmuşdur. Həyatları bahasma imtahanlara, zülmlərə, smaqlara məruz qalmışlar. Lakin Allahın dinini qoruyaraq olduğu kimi insanlara çatdırmışlar. Acmacaqlı haldır ki, günümüzdəki müsəlmanlar ulduzların, idmançıların, futbol klublarında iştirak edən futbolçuların həyatlarını, tərcümeyi-hallarını əzbərdən bilirlər. Lakin səhabələrin, tabiinlərin, alimlərin, Subhənəllah! Peyğəmbər - səllallahu aleyhi və səlləm -in həyatını isə lazımınca bilmirlər.
Buna görə də çalışdım ki, bu kiçik risalədə Pəyğəmbər - səllallahu aleyhi və səlləm - in həyatına dair, əxlaqı özəlliklərinə qısaca da olsa yer verim. İlk növbədə Allahdan bu çalışmanın dolğun, düzgün şəkildə yazıb başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasım diləyirənı. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüt-nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm.
Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da Odur. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əş-Şuəra 78-85).
Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd - səllallahu aleyhi və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.
Tarix: 27.04.2013 / 17:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 645 Bölmə: Peyğəmbərlərin Həyatı