Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərimizin Həyatından Gözəl Örnəklər

Allaha Təvəkkül Etmək
Mömin hər şeyin Allahdan gəldiyini və heç bir şeyin təsadüf olmadığını bildiyi üçün başına gələn her şeyə təvəkkül edər. Çünki, Allahdan qorxan birinin başına gələn hər şeydə bir xeyir vardır.
Böyük İslam alimləri təvəkkülün yerinin qəlb olduğunu söyləyiblər. Qul, ruzinin Allahdan gəldiyinə inandıqdan sonra dünya həyatı üçün bədənlə mübarizə aparmağı qəlbən bəslədiyi təvəkkül inancı ilə ziddiyətlik yaratmaz. Her şeyi yaradan, dilədiyinə dilədiyini verən, dilədiyi şeyi dilədiyindən alan Allahdır (c.c.).

"Kim Allaha təvəkkül edərsə qəlbindəki dağınıqlığa qalib gəlmək üçün Allah yetər." (İbni Macə)
"Allaha tam təvəkkül etsəydiniz, quşların ruzisini verdiyi kimi sizə də göndərərdi. Quşlar səhər tezdən mədələri boş və ac gedər, axşam mədələri doymuş olaraq dönərlər"
"Yaşlaşdığınız zaman ruzinizdən ümidsiz olmayın. Çünki, şübhəsiz insanı qırmızı və lüt-üryan anası doğur, sonra onu Allah ruziləndirir." (İbni Macə)
Kasıblıqdan qorxmaq və uğursuzluğa inanmaq şeytanın oyunlarındandır. Həyatımızın çətin vaxtlarında heç gözləmədiyimiz yerdən gələn köməklə sıxıntıdan qurtulduğumuzun şahidi oluruq. Fəqət burada həqiqi yarım edənin araçıların olmadığını, tək köməkçimizin Allah olduğunu bilməyimiz gərəkdir.
Peyğəmbər Əfəndimiz (s.a.v.), Allaha (c.c.) arxalanmağı və Ona olan sonsuz təvəkkülü sayəsində böyük cəsarət örnəkləri göstərmişdir. Sağlığında bütün müharibələrdə ən ön səflərdən savaşmış və əsla zəiflik və qorxaqlıq göstərməmişdir.
Məkkəlilərin basqınlarının dözülməz vaxtlarında əmisi Əbu Talib belə demişdir: "Bütün bu dediklərin haqqında danışmasan olmaz? Öz-özünə inan, fəqət başqaları ilə məşğul olma. Danışsan insanları qəzəbləndirəcəksən, özünü və hamımızı təhlükəyə atarsan, bu qədər.’ Rəsulullah isə belə cavab vermişdi: ‘Günəşi sağ əlimə, ayı isə sol əlimə qoysalar, yenə də yolumdan dönmərəm.’”
"Allah yolunda bir gün sərhəddə durmaq bu dünya və içərisindəkilərdən daha xeyirlidir." (Buxari)
Hünəyn savaşında, müharibədə düşmənin ox yağmuru vaxtında İslam dininə yeni girənlərin savaş meydanından qaçdıqları rəvayətlərdə bildirilir. Rəsulullah Əfəndimiz (s.a.v.) bu yeni möminlərin yenidən cəhbəyə gəlməklərini əmr etdiyi bu rəvayətlər arasındadır. Çağırışa cavab verən möminlər yenidən hücuma keçərək savaşın qalibi olmuşdular. Hadisəyə şahid olan Bəra b. Əzib belə demişdir: "Bəli qaçmağımız doğrudur. Ancaq Rəsulullahın qətiyyətlə yerini tərk etmədiyinə şahidlik edirəm. Allah üçün savaşın ən qızğın anında Onun yanına sığındıq. Aramızdakı ən cəsurları onunla birlikdə dirənənlərdir.

Müsibətlərə Qarşı Səbr Etmək Haqqında

Peyğəmbər Əfəndimizin (s.a.v.) həyatı bütün insanlıq üçün bir səbr nümunəsidir. Yalnız peyğəmbərlikdən sonra yaşadığı iyirmi dörd il deyil, ondan öncə yaşadığı qırx il də böyük çətinliklərlə keçmişdir. Kiçik yaşda ana və atasını itirməyi və çətin şərtlərlə yetişməyi, Onun cəmiyyətdə hörmətli və inamlı bir insan olmağına mane olmamışdır.
Quranda səbr etməyin vacibliyini vurğulayan saysız ayələr vardır.
"Ey iman edənlər, səbr edin və səbrdə yarışın, (sərhədlərdə) növbələşin. Allahdan qorxun. Umulur ki, qurtularsınız." (Əli İmran, 200)
Rəsulullah Əfəndimiz, özünə peyğəmbərlik gəldikdən sonra, müşriklərin və münafiqlərin etdiyi hücumlara səbrlə sinə gəlmiş, heç bir zaman tələsgənlik etməmişdir. Yenə Quranda Allah (c.c.) Ona səbri bu şəkildə tövsiyə etmişdir:
"Artıq sən səbr et, Rəsullardan əzm sahiblərinin səbr etdikləri kimi, onlar üçün də tələsmə..."
Həmçinin Rəsulullah Əfəndimiz bu mövzuda belə buyurmuşdur: "Bir insan səbr etmək istəyirsə Allah ona səbr verir. Heç kimə səbrdən daha xeyirli və daha geniş bir şey verilməmişdir."(Müslim)
"Möminin işi təqdirə şayandır. Bütün işləri onun üçün xeyirlidir. Bu hal yalnız möminlərə məxsusdur. O sevinərsə şükr edər. Bu isə onun üçün xeyirlidir. Başına bir bəla gələrsə səbr edər. Bu da onun üçün xeyirlidir." (Müslim)
Hər hansı bir qul bir müsibətə uğrayar "innə lilləhi və innə iləyhi raciun"(biz Allahın mülkündəyik və Ona dönəcəyik), ey Allahım, "Baş verən müsibətin əcrini ver və bunun üstündə daha xeyirlisini ehsan buyur"desə buna görə Allahu Təala onu müsibətə görə savablandırar və onun yerinə daha xeyirlisini verər."(Müslim)
Hz. Muhamməd qəbrin başında ağlayan bir qadın gördü və ona "Allahdan qorx və səbr et" dedi. Qadın "keç get, mənim başıma gələn müsibət senin başına gəlməmişdir"dedi. Peyğəmbəri tanımamışdı. Onun peyğəmbər olduğunu söyləyəndə tez qapısına getdi və "mən səni tanımadım"deyərək etiraz etdi. Peyğəmbər "əsl səbr, müsibətin ilk anında olandır"buyurdu. (Buxari)
"Hər hansı bir müsəlman başına yorğunluq, xəstəlik, fikir, kədər,qəm və qayğıdan, tikan batmağına qədər nə gəlirsə, Allah bunları o müsəlmanın xətalarına kəffarət qılar." (Buxari)
Ənəs b. Malik, "səbr ilk anda baş verəndir"demişdir. Möminin, Allaha olan inamı bütövdürsə Ənəsin buyurduğu kimi başına gələn hadisələrə ilk andan etibarən xeyir gözu ilə baxa bilər.


Tarix: 27.04.2013 / 17:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 240 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...