Qızı Fatimə - radıyallahu anhə - yanına daxil olduğu vaxt onun üçün ayağa qalxar, əlini tutar, onu öpər və oturduğu yerə oturdardı. O, da öz növbəsində onun üçün ayağa durar və əlini tutardı1.
Qızları Ruqiyyə və Ummu Gülsüm - radıyallahu anhə - Əbu Ləhəbin oğlanları Utbə və Uteybənin zövcələri idi. Allah Əbu Ləhəb haqqında: «Əbu Ləhəbin iki əli qurusun» surəsini nazil etdikdə onlar da xanımlarını boşadılar. Səbri və Allaha şükr etməsiylə bizlər üçün nümunədir. Peyğəmbər - sallallahu aleyhi və səlləm - həyatda ikən qızı Fatimə - radıyallahu anhə -dən başqa bütün oğulları və qızları vəfat etmişdi. Həyatda ikən altı övladını itirən bir ata üçün bundan daha ağır bir imtahan ola bilməz. Bununla bərabər kədərini üzünə vurmadı, paltarını cırmadı, saçlarını yolmadı, mərsiyə məclisləri qurmadı. Allahın bu imtahanına səbr edərək razı qaldı. Əksinə kədərli olanlara bir çox nəsihətlər və tövsiyələr vermişdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm -buyurur: «Heç şübhəsiz ki, biz Allaha aidik və Onun da hüzuruna qayıdacağıq. Allahım bu müsibətə səbr etdiyimə görə mənə əcrimi ver. Onun yerinə mənə ondan da xeyirlisini ver. Deyəcək olursa mütləq Allaha ona ondan da xeyirlisini verər»2. «Səbr edənlərin də əcri heç şübhəsiz ki, hesabsız veriləcəkdir» (əz-Zumər 10).
Tarix: 27.04.2013 / 16:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 95 Bölmə: Peyğəmbərlərin Həyatı