Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI: PEYĞƏMBƏR (SAV)-İN EVİNDƏ

Bu ev təməli təqva və iman üzərində olan bir evdir. Onun divarlarında günümüzdə bir çix kimsələrin asdığı kimi canlı surətlər yoxdur. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: “İçində köpək və surət olan evə (rəhmət) mələkləri girməz”1.
İnsanın gözəl əxlaqını, mükəmməl ədəbini, xoş keçimini ortaya qoyan evidir. Çünki evində divarların arxasından onu heç kəs görməz. Bununla belə o, bu evin əmiri, əmir edəni və qadağa qoyanıdır. Bu ümmətin Rəsulu, lideri və müəllimi bu cür mövqeyə sahib olmaqla bərabər evində necə idi? Aişə - radıyallahu anhə -dən soruşuldu: «Peyğəmbər - sallallahu aleyhi və səlləm -evində nə edərdi?». O: «O, insanlardan bir insan idi. Paltarını tikər, qoyununu əli ilə sağar, öz işini özü görərdi»2. Peyğəmbər - sallallahu aleyhi və səlləm -i Allaha itaətdən və ibadət etməkdən yayındıra biləcək bir şey yox idi. O müəzzinin HƏYYƏ ALƏSSALƏH-HƏYYƏALƏL FƏLƏH nidasını eşidən kimi həmən o çağrışa cavab verib dünyanı arxasında buraxardı. əl-Əsəd b. Yəzid -radiyallahu anhu - rəvayət edir ki, Aişə - radıyallahu anhə -dən soruşdum: «Peyğəmbər -sallallahu aleyhi və səlləm - evində nə edərdi?»

O: «O ailə haqlarının işlərini edər. Azanı eşidən kimi çıxıb gedərdi»3. Peyğəmbər - sallallahu aleyhi və səlləm -in fərz namazlarını evində qılması barədə bir şey varid olmayıb. Yalnız xəstəliyi ağırlaşdığı və çölə çıxmağı çətinləşdiyi zaman evində qılardı. O, ümmətinə qarşı olduqca mərhəmətli və şəfqətli olmaqla bərabər cəmaat namazına gəlməyənlər barəsində sərt sözlər də buyurmuşdu: «İçimdən elə bir şeylər keçir ki, əmir verim odun toplansın. Sonra namaz üçün iqamə verilsin və bir kimsəyə cəmaata namaz qıldırmaq üçün əmir verim. Sonra cəmaat namazına gəlməyənlərin evinə gedərək evlərini yandırım»4. İbn Abbas -radiyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Kim azanı eşidib və cavab verməzsə səbəb olmadan onun namazı qəbul olunmaz». Səhabələr: «Ya Rəsulullah! Səbəb nədir?» deyə soruşdular. O: «Qorxu və xəstəlik» deyə buyurdu5.


Tarix: 27.04.2013 / 16:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 159 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...