Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏR (SAV) -İN ÜZÜYÜ VƏ MÖHÜRÜ

Ənəs b. Məlik - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm -in möhürü gümüşdən düzəldilmişdi. Üzüyün qaşı isə Həbəşistana aid bir daş idi. Yəni Yəmən Əqiqi idi. (Başqa rəvayətdə: Üzüyün daşı da gümüşdən idi. Onunla məktublara möhür vurardı. Möhürü barmağına taxmazdı. Üç sətir yazı yazılmışdır.

1 - MUHƏMMƏD, 2 - RƏSUL, 3 –ALLAH - MUHƏMMƏDUR RƏSULULLAH. Başqa rəvayətdə: LƏ İLƏHƏ İLLƏLLAH -MUHƏMMƏDUR RƏSULULLAH. Başqa rəvayətdə: BİSMİLLƏH, MUHƏMMƏDUR RƏSULULLAH kəlimələri yazılmışdı)1. İbn Ömər - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - gümüşdən üzük düzəltdirmiş və mübarək barmaqlarına taxmışdı. Sonra Əbu Bəkr və Ömər - radıyallahu anhum - da barmaqlarına taxmışlar. Daha sonra Əris quyusuna düşənə qədər Osman - radıyallahu anhu -nun barmağında idi (Başqa rəvayətdə: Sağ əlinin barmaqlarına taxardı. Şəhadət barmağı ilə orta barmağa taxmağı qadağan etmişdi)2. Cabir - radıyallahu anhu - rəvayət edir ki: «Mən Peyğəmbər - sallallahu aleyhi və səlləm -in iki çiyni arasındakı Peyğəmbərlik möhürünü gördüm. Göyərçin yumurtası kimi qırmızıya çalırdı (Başqa rəvayətdə: Sol kürək sümüyünün üstündə idi)»3.

1.Tirmizi «Şəmaili Şərif».
2Tirmizi «Şəmaili Şərif».
3Tirmizi «Şəmaili Şərif».


Tarix: 27.04.2013 / 16:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...