Peyğəmbərimizin gülməsi də, ağlaması da bənzər idi. Qəhqəhə ilə gülmədiyi kimi, yüksək səslə bağıraraq da ağlamazdı. Gözləri yaşarar ta ki, göz yaşları tökülərdi. Köksündə inilti hiss edilərdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - gülməzdi, yalnız təbəssüm edərdi (Başqa rəvayətlərdə: Səhabələr Peyğəmbər - sallallahu aleyhi və səlləm -in azı dişləri görününcəyə qədər güldüyünü görmüşlər)1. Peyğəmbər - sallallahu aleyhi və səlləm -in ağzının içi görününcəyə qədər (qəhqəhə ilə) gülərkən görmüş deyiləm
. Onun gülməsi sadəcə təbəssüm etməkdən ibarətdi2. İbn Ömər - radıyallahu anhu - rəvayət edir ki, Sad b. Ubadə - radıyallahu anhu -nun xəstəliyi ağırlaşmışdı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - ilə bərabər Abdurrahman b. Auf, Sad b. Əbu Vaqqas və İbn Məsud - radıyallahu anhum - olduğu halda onu ziyarətə gəldilər. Yanına girdikdə o, bayılmışdı. Peyğəmbər: «Öldümü?» deyə soruşdu. Ordakılar: «Xeyr, Ya Rəsulullah!» dedilər. Peyğəmbər - sallallahu aleyhi və səlləm - ağladı. Səhabələr Peyğəmbər -sallallahu aleyhi və səlləm -in ağladığını gördükdə onlar da ağladılar. Peyğəmbər: «Yaxşı dinləyin! Allah göz yaşı və könül hüznüylə insanlara əzab etməz. Fəqət (dilinə işarə edərək) bunun üzündən əzab və ya rəhmət edər» deyə buyurdu3. Usamə b. Zeyd - radıyallahu anhu - rəvayət edir ki, biz Peyğəmbər - sallallahu aleyhi və səlləm -in yanında olduğumuz zaman qızlarından biri (Zeynəb) Peyğəmbər- sallallahu aleyhi və səlləm -i çağırmaq üçün bir xəbərçi göndərdi. Peyğəmbər -sallallahu aleyhi və səlləm -ə öğlunun ölüm üzrə olduğunu xəbər verdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - qızının göndərdiyi elçiyə: “Onun (Zeynəbin) yanına qayıt və xəbər ver ki, Allahın aldığı, verdiyi hər bir şey də Allaha aiddir. Hər şey Allah qatında müəyyən bir qədər ilədir. Səbr etsin və savabını Allahdan umsun”. Elçi geri qayıdaraq xəbəri çatdırdı. Bu dəfə (Zeynəb) Peyğəmbər - sallallahu aleyhi və səlləm -ə xəbər göndərərək yenidən gəlməsini təmənna etdi. Bu xəbərdən sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm - qalxdı və onunla birlikdə Sad b. Ubadə, Muaz b. Cəbəl - radıyallahu anhum - da qalxdılar. (Zeynəbin) evinə gəldilər. Uşaq peyğəmbərə verildi. Körpə artıq can verirdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm -in gözü yaşla doldu. Sad b. Ubdə: «Ya Rəsulullah! Bu (ağlamaq) nədir?» deyə soruşdu. Peyğəmbər: «Bu göz yaşı Allahın qullarının qəlblərində qoyduğu bir rəhmətdir. Allah qullarından ancaq mərhəmətli olanlara mərhəmət edər» deyə buyurdu4.
Bu gülər üzlü və mərhəmətli bir insan olmasına baxmayaraq Allahın haqları tapdanıldığı zaman Peyğəmbər - sallallahu aleyhi və səlləm -in üzü dəyişərdi. Aişə - radıyallahu anhə - rəvayət edir ki: «Mən Peyğəmbər - sallallahu aleyhi və səlləm -in döyüşə çıxdığını gördüm. O, vaxtı mən kənarları saçaqlı bir yataq örtüyü almış və onu qapı üzərinə asmışdım (Başqa rəvayətdə: Qanadlı at şəkili olan bir örtük). Peyğəmbər - sallallahu aleyhi və səlləm - qayıtdıqda bu pərdəni gördü. Mən Peyğəmbər - sallallahu aleyhi və səlləm -in bunu xoşlamadığını üzündən hiss etdim. Peyğəmbər -sallallahu aleyhi və səlləm - pərdəni çəkdikdə onu cırdı, hətta yerindən qopardı və: «Şübhəsiz ki, Allah bizlərə divarın daşını və torpağını belə surətlə olan pərdə ilə örtməyimizi əmr etmədi» deyə buyurdu (Başqa rəvayətdə: Ya Aişə! Qiyamət günündə Allah qatında insanların ən şiddətli əzaba düçar olanı Allahın yaratdığına bənzər şeylər yaratmağa çalışanlardır5)6.
PEYĞƏMBƏR SALLALLAHUALEYHİVƏSƏLLƏM İN GECƏ İBADƏTİ VƏ
AĞLAMASI
Gecə qaranlığı hər tərəfi bürümüşkən Peyğəmbər - sallallahu aleyhi və səlləm - hər tərəfi namaz ilə işıqlandırırdı. O, Allahı zikr edir, gecəni təhəccüdlə keçirir, göylərin və yerin Rəbbini səsləyir, bütün işlərin açarı əlində olana dua edir. «Ey (libasına) bürünmüş Peyğəmbər. Gecə az bir hissəsi istisna olmaqla qalxıb namaz qıl! Gecənin yarısına qədər, yaxud bir qədər ondan az və ya bir qədər ondan çox! Həm də aramla, ağır-ağır Quran oxu!» (əl-Muzəmmil 1-4). Peyğəmbər sallallahu aleyhi və səlləm - ayaqları şişənə qədər namaz qılardı. Ona: «Ey Allahın Rəsulu! Allah sənin keçmiş və gələcək günahlarını bağışladığı halda nə üçün bu qədər ibadət edirsən?». O: «Mən Allaha şükr edən bir qul olmayımmı?» deyə buyurdu7.
İbn Qeyyim - rahmətullahi aleyhi - deyir ki: «Peyğəmbər - sallallahu aleyhi və səlləm - bütün sünnətləri və nafilələri, xüsusilə də gecə ibadələrini evində qılardı. Onun bu sünnəti məsciddə qıldığı heç bir şəkildə nəql edilmiş deyildir. Evdə nafilə ibadətlərinin qılınmasının bir çox faydaları vardır: Peyğəmbər - sallallahu aleyhi və səlləm -in sünnətinə tabe olmaq, ev əhlinə namazın necə qılındığını öyrətmək, zikr və Quran oxumaq səbəbiylə şeytanların qovulması, ixlaslı olmağı və riyakarlıqdan uzaq edir.
O, Allaha çox ibadət edənlərdən idi. O, namaz qılarkən, Quran oxuyarkən, Quranı dinləyərkən, Rəbbinə dua edərkən ağlayardı. Bunun isə qəlb incəliyindən, qəlb təmizliyindən Uca Allahın əzəmətini bilməkdən, Ondan qorxmaqdan başqa bir səbəbi yoxdur. Mutarrif b. Abdullah b. əş-Şihhir - radıyallahu anhum - deyir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm -in yanına daxil oldum. Namaz qılırdı. Ağlamaqdan köksündən uğultu kimi səs gəlirdi»8. İbn Məsud -radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - mənə: «Mənə Quran oxu!» deyə buyurdu. Mən: «Ey Allahın Rəsulu! Quran sənə nazil olmuşkən sənə Quranmı oxuyum» dedim. Peyğəmbər: «Mən onu başqasından dinləməyi sevirəm» deyə buyurdu. Mən ən-Nisa surəsini oxumağa başladım. Nəhayət: «Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman nə cür olacaq» (ən-Nisa 41) ayəsinə qədər oxudum. Peyğəmbər - sallallahu aleyhi və səlləm -ə baxdıqda gördüm ki, gözündən yaşlar axır»9.
Ağ saçları haqqında soruşaq. Onun şərəfli dilindən bu ağ saçların nə üçün ağardığını öyrənək. Əbu Bəkr - radıyallahu anhum - rəvayət edir ki: «Ey Allahın Rəsulu! Saçlarına ağ düşüb» dedim. Peyğəmbər: «Hud, Vaqiə, Mursələt, Ammə Yətəsə Alun, İzəş Şəmsu Kuvvirat surələri saçlarımı ağartdı» deyə buyurdu10.
Tarix: 27.04.2013 / 16:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 233 Bölmə: Peyğəmbərlərin Həyatı