Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərimizin (sav) Yemək ədəbi barəsində buyurduqları

Peyğəmbər Əfəndimizin yemək ədəbi barəsində hədislərin çox olmağı, onun bu mövzuya həssaslıqla yanaşdığının dəlilidir.
1)Yeməyə başlamamışdan əvvəl bismillahirrəhmanirrəhim, yemək bitdikdən sonra isə əlhəmdulillah demək .

"Sizdən kim bir şey yesə Bismillahirrəhmanirrəhim desin. Əgər söyləməyi unudubsa yeməyin sonunda başında və sonunda Bismillahirrəhmanirrəhim desin." (Əbu Davud, Tirmizi)
Peyğəmbər əshabından altı adam yemək yeyirdi. Bu zaman bir bədəvi Bismillah çəkmədən süfrəyə əyləşdi. Rəsulullah; "əgər bismillah çəksəydi yemək hamımıza yetərdi" deyə buyurdu. (Tirmizi)

2) Sağ əllə yemək və qabın kınarından yemək Peyğəmbər Əfəndimizin sünnətlərindəndir. Yanında yemək yeyən uşağa Peyğəmbərimiz belə demişdir: "Mənimlə birlikdə bismillah çək, sağ əlinlə ye və önundən ye .” (Müslim)
"Bərəkət yeməyin ortasına enər. Elə isə kənardan yeyin, yeməyin ortasından yeməyin." (Tirmizi, Əbu Davud)

3) Süfrəyə bir yerdə oturmağa diqqət etməliyik. Yeməyin bir yerdə yeyilməyi bərəkəti artırar.
Bir yerdə yeyin, bu sizin üçün bərəkətli və mübarək olar. (Əbu Davud)

4) Rəsulallah Əfəndimizin hədislərində su içiləndə diqqət edilən xüsuslar:
Stəkanı sağ əlinə aldıqdan sonra, üç dəfə və stəkanın içinə nəfəs verməyərək içmək lazımdır. Hz. Muhamməd: "Suyu hissə-hissə və ağır- ağır için, birdən içməyin. Bundan ciyər xəstəliyi hasil olur buyurmuşdur."(Deyləmi)
"Rəsulullah suyu üç nəfəsdə içərdi. Beləsi daha şirnikləndirici, ələmdən səlim qalıcı və daha asan axıcıdır“ buyurdu." (Müslim)
"Sizdən biriniz su içərkən stəkana nəfəsini verməsin, nəfəs verəcəksə stəkanı ağzından uzaqlaşdırsın." (İbn Macə)
Bir məclisdə su veriləndə stəkan sağ tərəfdən və sağ əldən ötürülməlidir. Rəsuli Əkrəm süd və ya şərbət içdiyi zaman yanında olanlara da bir qurtum içirdərdir. Stəkan daim sağ tərəfdən ötürülərdi.
"Rəsulallaha su ilə qarışdırılmış süd gətirdilər. Sağında bir bədəvi solunda isə Ebu Bəkir vardı. Südü içdi və bədəviyə verdi. Sonra evvəla sağa sonra onunu sağına buyurdular." (Müslim)
Hz. Muhamməd (s.a.v.), möminlərin biri-birlərini dəvət etməklərini tövsiyə etmişdir. İslam alimləri keçərli bir səbəbi olmayan adamın mömin qardaşından aldığı dəvəti qəbul etməyini vacib olduğunu buyurmuşlar.
"Kim dəvət edildiyi zaman dəvətə getməzsə Allaha və Rəsuluna baş qaldırmış olur. Kim dəvətsiz olaraq bir süfrəyə əyləşərsə, oğru kimi gələr. (Buxari, Müslim, Tirmizi)
"İki insan birdən dəvət edərsə qapısı daha yaxın olanın dəvətini qəbul edin. Çünki qapısı daha yaxın olan qonşuluqda da daha yaxındır. Bunlardan kim əvvəl dəvət edibsə öncə dəvət edənin dəvətini qəbul edin." (Əbu Davud)
"Dəvət olunmadığı halda süfrəyə gedən adam, getməkdə fasiq olduğu kimi, yediyi də haramdır." (Bəyhaqi)
Peyğəmbərimiz "cənnətdə içi çölündən, çölü içindən görünən saraylar vardır. Bunlar şirin və yumuşaq danışan, yemək yedirən və insanlar yatarkən namaz qılan insanlar üçündür."(Tirmizi)
"Din qardaşının arzu etdiyi yeməyi ona yedirən insanın günahları bağışlanar. Din qardaşını sevindirən, Allahı sevindirmiş olur." (Təbərani)
Bir dəvətdə nafilə orucunu pozamayan adama peyğəmbərimiz belə buyurur: “ Qardaşın sənin üçün bu qədər əziyyət çəkdiyi halda sən hələ də orucluyam deyə israr edirsən.” (Bəyhaqi)
Dəvət edilən insana hörmət göstərməli və onun xoşlamadığı davranışlardan qaçmalıyıq.


Tarix: 27.04.2013 / 17:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 151 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...