Zeyd b. Həris b. Şerahil. Peyğəmbər - sallallahu aleyhi və səlləm - onu çox sevərdi. Onu azad edib Ummu Əymənlə evləndirdi. Bu evlilikdən Usamə - radıyallahu anhu - dünyaya gəlmişdir. Əsləm, Əbu Rafi, Sovban, Əbu Kəbşə, Suleym, Şurkan (Saleh), Ribah Nubi, Yəsar Nubi -Uranilərin qatili, Kirkira - Abdullah b. Amr - radıyallahu anhu - rəvayət edir ki: “Kirkira adında bir nəfər Peyğəmbər - sallallahu aleyhi və səlləm - üçün ağır yükləri daşıyırdı. Ölümündən sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «O, Cəhənnəmdədir». İnsanlar ona baxmağa getdikdə evindən (qənimətdən) gizlətdiyi əbanı gördülər”1. Midam - Ömər b. Xəttab - radıyallahu anhu - rəvayət edir ki: «Xeybər günü Peyğəmbər - sallallahu aleyhi və səlləm - in səhabələrindən bir qrupu gəldi və: «Fialnkəs şəhiddir, filankəs şəhiddir» dedilər. Peyğəmbər: «Xeyr, mən onu oğurladığı bir paltardan ötrü Cəhənnəmdə gördüm (Başqa rəvayətdə: Vadi Kuraya gəldik. Peyğəmbər - sallallahu aleyhi və səlləm - in yanında Dubeyd oğullarından Rifaa b. Zeyd adlı bir köləsi vardır. Bu köləni ona Cuzəm qəbiləsindən bir nəfər hədiyyə etmişdir. Bu an bir ox ona batdı və dünyasını dəyişdi. Səhabələr: «Ya Rəsulullah! Ona şəhadət mübarək olsun». Peyğəmbər: «Xeyr, Allaha and olsun ki, Xeybər hərbindən bölünməmiş qənimətdən götürdüyü bir tək örtük onun üstündə atəş olub yanmaqdadır» deyə buyurdu2. Əncəşə - közəl səsli bir xidmətçi idi. Qadınların mindikləri dəvələri sürərdi3.
QADIN KÖLƏLƏR - Səlmə Ummu Rafi, Meymunə b. Sad, Hudra, Ridva, Reziynə, Ummu Dumeyrə, Meymunə b. Useyd, Mariya və Reyhanə.
PEYĞƏMBƏR SALLALLAHUALEYHİVƏSƏLLƏM İN XİDMƏTÇİLƏRİ
Ənəs b. Məlik, İbn Məsud, Ukbə b. Amr əl-Huhəni, Əslağ b. Şərik, Bilal, Ribah, Sad, Əbu Zərr, Peyğəmbər- sallallahu aleyhi və səlləm - in azad etdiyi Əymən b. Ubeyd və anası Ummu Əymən - Allah onlardan razı olsun.
PEYĞƏMBƏR SALLALLAHUALEYHİVƏSƏLLƏM İN KATİBLƏRİ
Əbu Bəkr, Ömər, Osman, Zubeyr, Amr b. Fuheyrə, Amr b. əl-Ass, Ubeyy b. Kəbb, Sabit b. Qeys, Muğirə b. Şöbə, Abdullah b. Ravaha, Xalid b. Vəlid, Muaviyə b. Əbu Sufyan, Xalid b. Said b. əl-Ass, Abdullah b. əl-Ərkam, Hənzələ b. Rabi əl-Useydi və Zeyd b. Sabit - Allah onlardan razı olsun.
PEYĞƏMBƏR SALLALLAHUALEYHİVƏSƏLLƏM İN MÜƏZZİNLƏRİ VƏ
ŞAİRLƏRİ
MÜƏZZİNLƏRİ - Mədinədə Bilal b. Ribah və Ömər b. Ummu Məktub əl-Quraşi əl-Amiri əl-Ama. Quba məscidində Ammar b. Yəsir və Sad əl-Kurz. Məkkədə isə Əbu Məhzura idi. ŞAİRLƏRİ Kəb b. Məlik, Abdullah b. Rəvaha, Həsən b. Sabit. XATİBİ Sabit b. Qeys b. Şəmmasdır. «Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın. Yoxsa özünüz də bilmədən əməlləriniz puç olar» (əl-Hucurat 2). Sabit b. Qeys - radıyallahu anhu - Peyğəmbər - sallallahu aleyhi və səlləm -in xatibi idi və onun yanında xütbə verərkən uca səslə danışardı. Bu ayə nazil olduqdan sonra Qeys bir neçə müddət Peyğəmbər - sallallahu aleyhi və səlləm -in yanına gəlmir. Peyğəmbər - sallallahu aleyhi və səlləm - Sad b. Muaz - radıyallahu anhu -ya deyir ki: «Sənin qonşun Qeys haradadır?». Sad - radıyallahu anhu - ona baş çəkməyə gedir və görür ki, Qeys evində qorxu içərisində oturaraq ağlayır və deyir ki: «Mənim əməllərim puç olmuşdur, artıq mən Cəhənnəm əhlindənəm. Çünki səsimi Peyğəmbər - sallallahu aleyhi və səlləm -in yanında qaldırmışam». Sad - radıyallahu anhu -bu xəbəri Peyğəmbər - sallallahu aleyhi və səlləm –ə söylədikdə: «Xeyr, o Cənnət əhlindəndir» deyə buyurdu4.
Tarix: 27.04.2013 / 17:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 173 Bölmə: Peyğəmbərlərin Həyatı