Uca Allah Adəmə zövcəsi ilə birlikdə Cənnətdə məskunlaşmağı əmr edib dedi:
35. (Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) (Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”. (əl-Bəqərə: 35).
Əraf surəsində isə belə deyilir:
18. (Allah) buyurdu: “Oradan (Cən-nətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx! Onlardan (insanlardan) hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!
19. Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istə-diyiniz yerdən (Cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca ya-xınlaşmayın, yoxsa (özünüzə) zülm edənlərdən olarsınız!” (əl-Əraf: 18–19).
Digər ayədə isə belə deyilir:
116. Bir zaman mələklərə: “Adəmə (təzim, hörmət məqsədilə) səcdə edin!” – deyə buyurmuşduq. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdədən) boyun qaçırtdı.
117. Biz də belə dedik: “Ey Adəm! Bu (İblis) sənin də, övrətinin də düşmənidir. (Ehtiyatlı olun ki) sizi (tovlayıb) Cənnətdən çıxartmasın, yoxsa (ey Adəm!) məşəqqətə düşüb bədbəxt olarsan!
118. Həqiqətən, sən orada (Cənnətdə) acmaq nədir, çılpaq olmaq nədir bilməzsən!
119. Sən orada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən!” (Taha: 116–119).
Bu ayələrin məzmunundan başa düşülür ki, Həvva Adəm Cənnətə daxil olmadan öncə yaradılmışdı. Çünki ayədə “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal" – deyilir. Muhəmməd ibn İshaq ibn Yəsar bu fikri açıq-aşkar dəstəkləmişdir. Ayələrin zahiri də buna dəlalət edir.Muhəmməd ibn İshaq İbn Abbasdan rəvayət edir ki, Adəm yatarkən Həvva onun sol kiçik qabırğasından yaradıldı və qabırğanın yeri ət ilə əvəz olundu.
Bunun təsdiqi Uca Allahın bu ayələrindədir:
«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizə nəzarət edəndir!» (ən-Nisa: 1).
Digər ayədə isə belə deyilir:
«Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək üçün özündən zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir müddət həmin yükü) daşıdı...» (əl-Əraf: 189).
İki səhih kitabda Əbu Hureyrə (r.a) Peyğəmbərin r belə dediyini rəvayət edir: "Qadınlarla xoş davranın. Qadın qabırğadan yaradılmışdır. Qabırğanın ən əyri hissəsi baş hissəsidir. Əgər sən onu düzəltmək istəsən sındırarsan. Əl dəyməsən olduğu kimi qalar. Siz də qadınlarla xoş davranın!" Bu Buxarinin rəvayətidir.
(Buxari: ? 3331; Muslim: ? 1468.)
Tarix: 26.04.2013 / 21:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 193 Bölmə: Peyğəmbərlərin Həyatı