Rəhimli və Mərhəmətli Allahın adi ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
Siqaret təxminən 500 il bundan əvvəl İspan işğalçıları tərəfindən Amerikada kəşf edilmişdir, İspaniyadan isə Avropanın digər ölkələrinə və buradan təxminən 100 il sonra Müsəlman ölkələrinə yayılmışdır. Baxmayaraq Qərb uzun müddətdən sonra siqaretin zərərlərini dərk etdi və cəhd etdi ki, onu azaltsın, amma təəssüf ki, Müsəlman diyarlarında bu yavaş-yavaş və heç bir maneəsiz yayılmağa başladı. O dövürdə yaşayan İslam alimləri bu pis vərdişi məkruh əməl adlandırıblar və bunu sarımsaq və soğan kimi şeylərlə müqayisə ediblər. O zaman heç kim siqaretin verdiyi zərərli effektlərdən xəbərdar deyildi hansı ki, xərçəng, ürək xəstəliyi, qadınlarda uşaqların düşməsi və tez doğulması və s. kimi xəstəliklər əmələ gətirir. Sonradan məlum oldu ki, siqaret çəkmək zərərlidir və bütün müsəlmanlar bu iyrənc əməldən nəfsini saxlamalıdırlar. Uca Allah buyurur: «..bir-birinizi məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir». (ən-Nisa, 4) Təəssüf ki, bəzi müsəlmanlar qəsdən və ya bilmədən aldadıcı müsəlmanlara uyaraq o vaxtkı alimlərin hökmlərini təkrar edərək, siqaret çəkmək yalnız xoşa gəlinməyə bilər, qadağan ola bilməz deyirlər.
Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Qiyamət günü hər bir qul beş şey haqqında, ömrünü nəyə sərf etdiyini, cavanlığını necə keçirdiyini, var-dövləti haradan qazanıb, nəyə xərclədiyini və öyrəndiyi elmə necə əməl etdiyi barəsində soruşulmayınca ayağını Rəbbinin hüzurundan çəkməyəcək”. (əl-Musnəd 2/ 254, Sunən ət-Tirmizi 2/67. Albani hədisin «Səhih» olduğunu bəyan etmişdir) Siqaret çəkmək həmçinin insanın ağlına və dərrakəsinə ziyandır. Siqaret çəkən adamı siqaretdən məhrum etsək müşahidə edərik ki, o kobud, hirsli, tez qəzəblənən və konsentrasiya etməyi bacarmaz. O insan siqaret çəkməyənə qədər rahatlaşa bilməz. Onda yuxusuzluq, mədə pozuntusu, kəskin narahatçılıq və s. olacaqdır.. Allahın elçisi (Allahın ona salavat və salamı olsun) demişdir: “Hər kim Allaha və Qiyamət gününə inanırsa, qonşusuna zərər verməsin”. (Buxari) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) həmçinin demişdir: “Yaxşı dostla pis dostun məsəli, ətir satanla, körük vuranın məsəlinə bənzəyir. Ətir satanın yanında olsan, ondan ətir almasan belə ətrin iyindən ləzzət alacaqsan. Amma körük vuranın yanında olsan, paltarını yandırmasa da tüstüsündən əziyyət çəkəcəksən”. (Səhih əl- Buxari, hədis 2101)
Siqaret həmçinin bir kəsin zərərli və heç bir xeyri olmayan şeyə malını israf etməsidir. Uca Allah buyurur: « Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin (malını) lazım olmayan yerə sərf etmə. Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur». (əl-İsra, 26-27)
Siqaret pis maddə ifraz edir. Onun zəhərli iysi, dəhşətli tamı var və bədənə ziyandır. Allah buyurur: «..O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”. (əl-Əraf, 157)
Siqaret çəkən nəinki pis əməl edir, hətta o, pisliyi yayır. Onun bu pis əməlinə görə onun ailəsi, dostları, kolleqaları ondan bunu öyrənə bilərlər. İnsanlar onu nümunə götürə bilərlər. Bu da onun günahlarının çoxalmasına və yükünün artmasına səbəb ola bilər. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bütün ümmətim bağışlanacaqdır mücahirlərdən başqa”. (Səhih əl-Buxari, hədis 6069, Səhih Muslim, hədis 2990) Mücahirlər açıq aşkarda günah edən və yaxud etdikləri günahları gizlətməyən kəslərdir. Siqaret həm onu çəkənə, həm onu istehsal edənə, həm onu satana, həm onu reklam edənə və bütün bunu düzəltməkdə iştirak edən hər kəsə haramdır. Uca Allah buyurur: «..Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir». (əl-Maidə, 2) «Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın dua-sını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər». (əl-Bəqərə, 186)
Hazırladı: Emin Zeynal
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Tarix: 11.12.2012 / 00:11 Müəllif: Ehli_Muslim Baxılıb: 628 Bölmə: Maraqlı melumatlar