Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nə üçün Sara kimi saleh və fəzilətli bir qadın Həcəri qısqanırdı?

Həcər (ona Allahın salamı olsun) İsmayılı dünyaya gətirdikdə Sara onu qısqanmışdır? Əgər belədirsə, nə üçün Sara kimi alicənab xanım onu qısqanırdı? İbrahimin Həcər və İsmayılı səhraya göndərməsi barədə Allah təalanın əmrinə səbəb Saranın qısqanclığı olmuşdur?

Cavab: Həmd Allaha məxsusdur

Bir qadının ərinin digər həyat yoldaşlarına qarşı olan qısqanclıq hissi tamamilə təbiidir və bir qadının hiss etdiyi digərinin isə hiss etmədiyi bir şey deyildir. Nəticə etibarilə qadın həddləri aşmazsa və bu qısqanclıq hissi öz bacısının qeybətini etmək və yaxud söz gəzdirmək və ya o biri zövcəni boşamasını tələb etmək və ya ona qarşı hiylə qurmaq və s. kimi ona zülm etməsi ilə nəticələnməzsə-belə ki, bu Allah təalanın qadağan etdiyi əməllərdir-bu hissə görə haqq-hesaba çəkilməyəcəkdir.

Hafiz ibn Həcər, Allah ona rəhmət etsin demişdir:

Əslində qısqanclıq təbiidir və bəzi qadınlarda olub digərlərində olmayan bir şey deyil, lakin burada qadın həddi aşarsa buna görə o tənbeh olunmalıdır. Bu məsələdə əsas qayda Cabir ibn Atiq əl-Ənsarinin rəvayət etdiyi hədisdir. O bunu Peyğəmbərdən sallallahu aleyhi və səlləm rəvayət etmişdir. Rəsulullah sallallahu aleyhi və səlləm demişdir: “Qısqanclığın elə bir növü var ki, Allah onu sevir, elə bir növü də vardır ki, Allah ona nifrət edir. Allahın sevdiyi qısqanclıq şübhə üçün əsası olan qısqanclıqdır, nifrət etdiyi qısqanclıq isə şübhə üçün əsası olmayan qısqanclıqdır.”

Şeyx Albani “əl-İrva 7/80” əsərində hədisi həsən olaraq təsnif etmişdir.

Beləcə həm kişi həm də qadın tərəfdən olan qısqanclıq heç bir qadının bundan xali olmadığı insan təbiətinin bir hissəsidirsə o zaman bu üzrlü hesab edilir. Əsas odur ki, qadın bu məsələdə həddini aşmasın və Allahın qadağan etdiyi sözləri etməsin və yaxud danışmasın. Sələflərin qadınların qısqancığı haqqında dedikləri bu formada başa düşülməlidir.

Fəth əl-Bari əsəri, 9/326

Ibn Muflih Allah ona rəhmət etsin demişdir:

Ət-Təbəri, digər elm əhli demişdir: Qadınların qısqanclıq məsələsinə göz yummaq lazımdır və buna görə onlar cəzalandırılmamalıdır, çünki bu onların təbiətlərinin bir hissəsidir.

Əl-Ədəb Əl-Şəriyyə, 1/248

Hafiz ibn Həcər (Allah ona rəhmət etsin ) Aişənin “ortaq zövcələrdən birinin qabını sındırmasından” bəhs edən hədisi şərh edərkən demişdir:
Onlar-yəni, bu hədisi şərh edənlər demişdirlər: bu dəlalət edir ki, qısqanc qadın etdiyi hərəkətə görə hesaba çəkilməli deyil, çünki bu cür halda onun düşüncəsi qısqanclıqdan dolayı təhrik olunan güclü qəzəb səbəbi ilə pərdələnir.Əbu Yala Aişədən (mərfu bir hədisdə) rəvayət edir:

“Qısqanc qadın vadinin üstündən dibini göstərə bilməz.” Fəth əl-Bari, 9/325

Qadınların ən fəzilətlisindən sadir olan qısqanclıq hissindən heç kəs qaça bilməz və onlar (qadınlar) buna görə cavab verməyəcək, çünki qısqanclıq Allahın qanunlarında həddi aşan bir hərəkət deyildir.
Saranın Həcərə görə qısqanclıq hissi də bu başlıq altındadır. Bir qadının öz ərinə digər qadını görmək istəmədiyini və onunla bir evdə yaşamaq istəmədiyini söyləməsi təkzib olunmaz bir şeydir. Elm əhli deyir ki, Həcəri və oğlunu aparan İbrahim (Ona Allahın salamı olsun) olmuşdur, Sara ondan bunu etməsini istəməmişdi.

Hafiz ibn Həcər (Allah ona rəhmət etsin) demişdir: Deyilənə görə, Sara olduqca qısqanc idi, ona görə İbrahim (Ona Allahın salamı olsun) İsmayılı və onun anasını Məkkəyə apardı. Fəth əl-Bari, 6/401

Həcərin sözləri də buna dəlalət edir: “Ey İbrahim, sən bizi heç bir insan və heç bir şeyin olmadığı bu vadidəmi qoyub gedəcəksən?” Həcər İbrahimdən (Ona Allahın salamı olsun) bunu bir neçə dəfə soruşdu, lakin o cavab vermədi. Sonra Həcər soruşdu: Allahmı sənə bu cür etməyi əmr etdi? O dedi: “Bəli.” Həcər dedi: “Elə isə O bizi tərk etməz”.

Buxari rəvayət etmişdir, 3184.

Rəvayət olunur ki, İbn Abbas (radiyallahu anhu) demişdir: “İbrahim ilə onun zövcəsi arasında olacaq hadisələr oldu, o Həcər və İsmayıl ilə çıxdı, bir çuval su götürdü…”Buxari, 3185

İbn Abbasın “İbrahim ilə onun zövcəsi arasında olacaq hadisələr oldu” cümləsində “onun zövcəsi” sözündən qəsd olunan Saradır və “olacaq hadisələr oldu” sözündən qəsd olunan Həcər İsmayılı dünyaya gətirdiyi zaman Saranın onu qısqanması idi”.

Fəth əl-Bari

Daha doğrusunu Allah bilir.


Tarix: 02.04.2013 / 21:00 Müəllif: *Beyaz_Gul* Baxılıb: 265 Bölmə: Maraqlı melumatlar
loading...