Əbu Hüreyrə Həzrət Mühəmməd Peyğəmbərin (s) belə buyurduğunu rəvayət edib:
Bir nəfər başqa bir kənddəki din qardaşını ziyarət etmək üçün yola çıxdı.
Allah-təala onun keçdiyi yolun üzərinə bir mələk göndərdi. Mələk həmin adamdan soruşdu: “Sən hara gedirsən?” O adam cavab verdi: “Filan kənddə yaşayan qardaşımla görüşməyə gedirəm.” Mələk soruşdu: “Sənin ondan alacağın varmı ki, onu almağa gedirsən?” Həmin şəxs cavab verdi: “Xeyr, yalnız din qardaşımı Allah xatirinə sevdiyim üçün onunla görüşməyə gedirəm.” Mələk ona müjdə verdi: “Məni sənin yanına Allah-təala göndərib. Tapşırıb ki, sənə bunu çatdırım: Sən öz qardaşını Allaha xatir sevdiyin kimi, Allah da səni sevir”.
(Müslim, Səhih, Kitabül-birr, bab: 12, hədis: 2567)
Tarix: 21.11.2012 / 23:50 Müəllif: [Ram] Baxılıb: 363 Bölmə: Maraqlı melumatlar