Sual: Lə iləhə illəllah və Muhəmmədən Rəsulullah şəhadətinin mənası nədir?
Cavab: Həmd Allaha məxsusdur.
Lə iləhə illəllah şəhadəti-Allah Təaladan başqaları üçün ibadət hüququnu inkar edib, bu haqqın yalnız ibadətdə heç bir şəriki olmayan Allah Azzə və Cəllə məxsus olduğunu təsdiq etmək mənasını ifadə edir.
Allah Təala buyurur:
ذَٰلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِنْ دُونِهِ هُوَ الْبَاطِلُ وَأَنَّ اللَّهَ هُوَ الْعَلِيُّ الْكَبِيرُ
Bu belədir. Çünki Allah haqq, (müşriklərin) Ondan başqa ibadət etdikləri (bütlər, tanrılar) isə batildir. Həqiqətən, Allah (hər şeydən) ucadır, böyükdür! (Allahın allahlığı öz-özlüyündə mövcud olduğu üçün O haqq, bütlərin tanrılığı öz-özlüyündə mövcud olmadığı üçün onlar batildir. Buna görə də yalnız Allaha ibadət edilməlidir!) [əl-Həcc 22:62]
LƏ İLƏHƏ-Allahdan başqalarına həsr olunan hər cür ibadət hüququnu və ibadət olunanları inkar etmək mənasını daşıyır;
İLLƏ ALLAH-İbadətin bütün növlərini yalnız Allaha həsr etmək, məxsus etmək mənasını daşıyır. Deməli bunların ikisinin birlikdə mənası budur ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur.
Allah Təalanın Mülkündə heç bir şəriki olmadığı kimi Allah Sübhənahu və Təalanın ibadətdə də heç bir şəriki yoxdur.
Muhəmmədən Rəsulullah-şəhadətinin mənasını aşağıdakı kimi xülasə edə bilərik:
İnsan qəlbinin dərinliyindən qəti bir yəqinlik ilə və bu şəhadəti dili ilə ifadə edərək Muhəmmədin bütün məxluqata, cini və insanı ilə birlikdə göndərilmiş Allahın qulu və elçisi olduğuna şahidlik verir.
Bunu söyləyən şəxsin üzərinə düşən vəzifə: Peyğəmbərin keçmişdə baş verdiyi və gələcəkdə baş verəcəyini bidirdiyi xəbərlərə iman gətirməli, onun halal olduğunu söylədiklərini halal görməli, haram olduğunu söylədiklərini haram hesab etməli; onun əmrlərinə tabe olaraq riayət etməli və qadağan etdiklərindən isə əl çəkərək, çəkinməli;
Allah Təalanın onunla göndərdiyi şəriətə tabe olmalı, gizlində və açıqda onun Sünnətinə sadiq qalmalı, onun hökmlərinə boyun əyərək təslim olmalı, bilməlidir ki, Peyğəmbərə itaət etmək elə Allaha itaət etmək, Peyğəmbərə asi olmaq elə Allaha asi olmaqdır.
Çünki Peyğəmbər yalnız Allahdan ona buyurulanları təbliğ etmişdir və Allah Təala onun ruhunu yalnız bu din kamil olduqdan və Peyğəmbər bu dini açıq-aydın şəkildə insanlara çatdırdıqdan sonra götürmüşdür.
Allaha dua edirik ki, Peyğəmbərimizi öz xalqının adından indiyə kimi hər hansı Peyğəmbərə verilən və öz qövmünün adından istənilən Rəsula verilən ən yaxşı mükafat ilə ümmətimizin adından mükafatlandırsın.
Qul islama yalnız bu iki şəhadəti söyləmək surətilə daxil olur. Bu iki şəhadət biri digərindən ayrılmazdır, biri-digərindən ayrı təsəvvür edilməz. Bu şəhadətin qəbul olunması üçün şərtləri vardır ki, bunları mütləq öyrənmək və əməl etmək lazımdır.
Ən doğrusunu Allah bilir.
Tarix: 02.04.2013 / 20:55 Müəllif: *Beyaz_Gul* Baxılıb: 155 Bölmə: Maraqlı melumatlar