Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Muxtar Səqəfi

Muxtar ibn Əbu Übeyd Səqəfi(622, 1 H.Q,Taif-687, 67H.Q,Kufə)-Kərbəla döyüşündə Hüseyn ibn Əlinin ölümünün intiqamını almaq üçün, İraqın Kufə şəhərində Əməvi xəlifəliyinə qarşı üsyana başçılıq edən mübahisəli bir erkən İslam inqilabçı.[1]Mündəricat
1 Haqqında nəql olunan kəlamlar
2 İstinadlar
3 Ədəbiyyat
4 Həmçinin bax
5 Xarici keçidlər


Haqqında nəql olunan kəlamlar

Muxtar ibni Əbi Übeydə. Səqif qəbiləsindəndir, künyəsi Əbu İshaq, ləqəbi Keysandır. (Keysan huşyar və ayıq şəxs mənasınadır.)[2][3]

Əli (əleyhis-salam)-ın köməkçilərindən olan Əsbəğ ibni Nubatə deyir: “Keys (Keysan) ləqəbini Əli (əleyhis-salam) Muxtara vermişdir.”[4][5]

O, ədəb-ərkanı və əxlaqi fəzilətləri Əhli-beyt (əleyhimus-salam) məktəbindən öyrənmişdi. Cavanlığının əvvəllərində öz atası və əmisi ilə birlikdə (Əli (əleyhis-salam)-ın qoşununda) İran ordusu ilə müharibə aparmaq üçün İraqa gəlmişdi. O həzrətin şəhadətindən azacıq qabaq Bəsrəyə gəlmiş və orada məskunlaşmışdı.[6][7]

“Muxtar Əhli-beytin fəzilətlərini bəyan edir, imam Əli, imam Həsən və imam Hüseyn (əleyhimus-salam)-ın əxlaqi səciyyə və fəzilətlərini camaat arasında yayır və inanırdı ki, Əhli-beyt Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra imamət və hakimiyyət üçün hamıdan irəli və ləyaqətlidir. Habelə, Peyğəmbər Əhli-beytinə baş verən çətinliklərdən narahatlıq hissi keçirirdi.”[8]

İmam Sadiq (əleyhis-salam) buyurur: “Muxtar imam Hüseyn (əleyhis-salam)-ın qatillərinin kəsik başlarını bizim xanədanımıza göndərdikdən sonra Haşimi qadınları başlarını darayıb, həna qoymağa başladılar.”[9][10][11]

“Muxtara nalayıq sözlər deməyin, çünki o bizim qatillərimizi öldürüb intiqamımızı aldı, çətin şəraitlərdə müəyyən miqdarda mal-dövləti bizim aramızda bölüşdürdü, dul qadınlarımızın (iqtisadi) vəziyyətini sahmana saldı.”[12][13]

Übeydullah ibni Ziyad və Ömər Sədin kəsik başını imam Səccad (əleyhis-salam)-ın yanına gətirdikləri zaman səcdəyə düşdü və Allaha həmd-səna etdikdən sonra buyurdu: “Allah Muxtara xeyir əvəzi versin!”[14]

Muxtar Səqəfi Aşura qiyamdan əvvəl imam Hüseyn (əleyhis-salam)-ın Kufədəki səfiri Müslim ibni Əqili himayə etdiyinə görə (Müslimin şəhadətindən sonra) İbni Ziyadın göstərişi ilə həbs olundu və Kərbəla qiyamının axırına qədər Kufədə zindanda qaldı.[15][16][17][18]



İstinadlar
↑ Hawting. The History of Al-Tabari, vol. xx, 1989, p. 182
↑ Əllamə Məclisi, "Biharul Ənvar", 45-ci cild, səh. 345
↑ Məhəmməd ibni Yəqub Firuzabadi, “Qamusul Mühit”, 1-ci cild, səh. 257, Beyrut, “Daru ehyait-turasil-ərəbi”, 1991
↑ Kəşşi, “Ər Rical”, səh. 127
↑ Əllamə Məclisi, "Biharul Ənvar", 45-ci cild, səh. 344
↑ Əbdür-Rəzzaq Muqərrəm Musəvi, “Məqtəlul-Huseyn (əleyhis-salam)”, “Darus-siqafə”, 2-ci çap, HQ 1411-ci il
↑ Xeyruddin Zərkəli, “Əl Ə`lam”, 8-ci cild, səh. 70, 1-ci çap, Beyrut, “Darul-elm lil-məllain”
↑ Əllamə Məclisi, “Biharul Ənvar”, 45-ci cild, səh. 352
↑ Əllamə Məclisi, “Biharul Ənvar", 45-ci cild, səh. 386
↑ Kəşşi, “Rical”, səh. 127
↑ səhih
Xoi, “Möcəmur Rical”, 18-ci cild, səh. 94
↑ Əllamə Məclisi, “Biharul Ənvar", 45-ci cild, səh. 343
↑ Kəşşi, “Rical”, səh. 125
↑ Kəşşi, “Rical”, səh. 127
↑ Əllamə Məclisi, “Biharul Ənvar", 45-ci cild, səh. 353
↑ Əli Kərəmi, “Dər Sugi Əmiri Azadi – Guyatərin Tarixi Kərbəla”, səh. 398, “Haziq” nəşriyyatı, Qum, birinci çap, HŞ 1380
↑ Əhməd ibni Əli ibni Həcər Əsqəlani, “Əl-isabə fi təmyizis-səhabə”, Adil Əhməd Əbdül-Mövcud və Əli Məhəmməd Müəvvəzin tədqiqatı ilə, 6-cı cild, səh. 250, Beyrut, “Darul kutubil elmiyyə”, 1-ci çap, HQ 1415
↑ Əbu Cəfər Məhəmməd ibni Cərir Təbəri, “Tarixi Təbəri”, Məhəmməd Əbul-Fəzl İbrahimin tədqiqi ilə, 5-ci cild, səh. 571, “Darut turas”, Beyrut, 2-ci çap, HQ 1387

Ədəbiyyat
Əllamə Məhəmməd Baqir Məclisi, "Biharul Ənvar", “Vəfa” müəssisəsi, Beyrut, HQ 1404.
Kəşşi, “Ər Rical”, səh. 127, Tehran, HŞ 1348.
Əbul-Qasim Xoyi, “Möcəmur Rical”, Qum, HQ 1410.


Tarix: 26.02.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 683 Bölmə: Maraqlı melumatlar
loading...