Bədəvilik-sufi təriqətiMündəricat
1 Yaranması
2 Özəllikləri
3 Qolları
4 Mənbə
Yaranması
Onları Əhmədilər də adlandırırlar. Təriqətin banisi Əhməd Bədəvi (vəfatı: 1276-cı il) Fəsdə (Mərakeşdə) dünyaya gəlmişdir. Öncə Qurani-Kərimi, hədisləri və müsəlman hüququnu öyrənmiş, sonra təsəvvüf yolunu seçərək Əbdülqadir Geylani, Əhməd Rifai kimi məşhur sufilərin təlimləri ilə tanış olmuş, onların məzarlarını ziyarət etmişdir. Onun şeyxi məşhur mütəsəvvif Bədrəd-Din Həsən Məğribi olmuşdur. Əhməd Bədəvi həyatının çox hissəsini Misirin Tanta şəhərində keçirmiş, elə ora da vəfat etmişdir. Görkəmli məmlük sultanı Bəybars ona alim kimi böyük hörmət göstərmişdir. Misirdə geniş yayılmış təriqətlərdən olduğuna görə, ölkənin ictimai həyatında da mühüm rol oynamışdır. Lakin təriqət Misirdən kənarda az yayılmışdır.
Əhməd Bədəvi "Məhəmməd nuru" ideyası haqqında söhbət açmış ilk şeyxlərdən olmuşdur. O öz mənəvi silsiləsinin Əli ibn Əbu Talibə (ə) qədər yüksəldiyini də qeyd etmişdir. Bu və başqa səbəblərə görə bəziləri Bədəvilərin fəaliyyətində digər sufi təriqəti olan Ələvilərin əlamətlərinin mövcudluğunu iddia etmişlər.
Özəllikləri
Bədəvi təriqətinin dərvişlərinin xirqələri və başqa rəmzləri qırmızı rəngdə olmuşdur. Qırmızı və sarğı rənglər onların baş örtüyündə də öz əksini tapmışdır. İlk vaxtlar təriqətdə zikrlər sakit edilsə də sonralar ucadan deyilməyə başlanmışdır. Özü də zikrləri ayaq üstə, yaxud əyləşmiş şəkildə və xüsusi vəcd halında icra etmişlər.
Qolları
Təriqətin ən böyük bayramı Əhməd Bədəvinin zilhiccə ayının sonuncu həftəsində keçirilən doğum günüdür. Bədəviliyin ən məşhur qolları inbailər, munavilər, sütuhilər və bəyyumilərdir.
Tarix: 26.02.2013 / 20:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 261 Bölmə: Maraqlı melumatlar