Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeni il «bayramı»

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Uca Allah aləmlərə rəhmət olsun deyə bizə son peyğəmbər göndərmək və Qurani-Kərimi nazil etməklə öz nemətini üzərimizdə tamamlamış və din olaraq İslamı seçib ondan razı qalmışdır. Allah Təalə buyurur: «Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.» (əl-Maidə, 3)

Bu din özündən əvvəlki dinləri və bu Kitab özündən əvvəlki kitabları nəsx etmişdir (hökmünü silmişdir). Allahın kitabını oxuyan hər kəs görər ki, Allah Təalə həlak etdiyi qövümlər haqqında danışarkən onların etdiklərini qınayır və onlara oxşamaqdan bizi çəkindirir. Artıq peyğəmbərimizdən (ona Allahın salavatı və salamı olsun) də bu həqiqəti vurğulayan hədislər varid olmuşdur. Əbu Səid Əl Xudri (Allah ondan razı olsun) rəvayət etdiyinə görə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bir gün səhabələrə: ”Sizlər əvvəlkilərin younu addım-addam izləyəcəksiniz, hətta onlardan biri kərtənkələ yuvasına girsə ,sizdə onları izləyəcəksiniz.” səhabələr bizdən əvvəlkilər dedikdə xristian və yahudilərimi nəzərdə tutursan ya rasullulah? deyə soruşduqda “başqa kimlər ola bilər “ deyə cavab vermişdir.(Buxari).

Bəli, biz bu gün artıq yaxınlaşmaqda olan və kafirlərin həsrətlə gözlədikləri bəzi müsəlmanların da ona meyl ettikləri “YENİ İL” haqqında danışacağıq. Bu bayramın mahiyyəti ondan ibarətdir ki, bu gün onlar bir şam ağacını bəzədikdən sonra onun ətrafında toplaşır və əylənirlər. Bu günə məxsus yeməklər bişirilir və üzərində müxtəlif növlü içkilər və digər haramlar olan yemək süfrələri açılır. Həmçinin “şaxta baba və qar qız” adını verdikləri iki nəfər də bu məclisin ən mühüm iştirakçılarıdır. Bu xristianların ən müqəddəs bayramlarından hesab olunur. Bunun İslamla heç bir əlaqəsi yoxdur və müsəlmana vacibdir ki, özünü bu batil bayramdan qorusun.

Allah Təalə Qurani-Kərimdə və Peyğəmbər ( Allahın ona salavat və salamı olsun) də öz pak sünnəsində bizləri kitab əhlinə və müşriklərə müxalif olmağı açıq aydın şəkildə buyurmuş və onlara oxşamağı bizə şiddətli şəkildə qadağan etmişdir. Bunun ən gözəl nümunəsi hər gün hər namazın hər rükətində oxuduğumuz əl-Fatihə surəsinin sonundakı ”Bizi doğru yoluna yönəlt. Nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna deyil!” ayəsidir ki, təfsirçilərin yekdil fikri ilə buradaqəzəbə uğramışlar-yəhudilər, azmışlar-isə xristianlardır. Peyğəmbər(Allahın ona salavat və salamı olsun) də : «Hər kim, bir qövmə bənzəyərsə o , da onlardandır.» (Əbu Davud və Əhməd) «Müşriklərə zidd hərəkət edin… » (Muslim; 1/222,) kimi hədisləri ilə bizləri ümumiyyətlə kafirlərə oxşamaqdan çəkindirmişdir. Hətta Peyğəmbərin ( Allahın ona salavat və salamı olsun) bəzi şeyləri sırf xtistian və yahudilər edir deyə bizə qadağan etdiyi şeylər çoxdur. Buna misal: İbn Ömərin (Allah ondan razı olsun) rəvayət etdiyinə görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: “Müşriklər kimi olmayın, bığlarınızı qısaldın, saqqallarınızı uzadın.” (Buxari və Müslim) Amr ibn Asın (Allah ondan razı olsun) rəvayət etdiyinə görə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: ”Bizim orucumuzla kitab əhlinin orucu arasında ki, fərq sahur yeməyidir.”(Müslim)

Əbu Hureyranın (Allah ondan razı olsun) rəvayət etdiyinə görə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: ”Müsəlmanlar axşam olan kimi vaxtını gecikdirmədən iftar ettdikləri müddətcə bu din üstünlüyünü qoruyacaqdır. Çünki yəhudilər və xristianlar iftar etməyi gecikdirirlər.” (Əbu Davud). Buradan da aydın olur ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlara müxalif olmağın bir üstünlük olduğunu vurğulamışdır.

Ey müsəlman qardaşım! Bu o kəslərin bayramıdır ki, Allah Təalə onlar haqqında: ” “Biz xaçpərəstik!”– deyənlərlə də əhd bağlamışdıq. Onlar da özlərinə öyrədilənin bir hissəsini unutdular. Buna görə də onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Allah on­lara nə etdikləri barədə xəbər verəcəkdir.” (Maidə, 14) buyurmuşdur. Yenə Allah Təalə: ” Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Allah zalım tayfanı doğru yola yönəltməz.” (Maidə, 51) ayəsi ilə onlardan uzaq olmağı bizə əmr etmişdir.

Hər bir müsəlman özünü və ailəsini bu bayramı qeyd etməkdən uzaq tutmalıdır. Heç bir müsəlman bu məqamda ailə fərdlərinə itaət etməməlidir. Çunki hər bir ailə başçısı öz ailəsinə görə məsuliyyət daşıyır. Özümüzü bu bayramdan necə çəkindiririksə başqa müsəlmanları da bundan çəkindirməliyik. Əgər bu bayram münasibəti ilə hər hansı bir müsəlman bizi evinə qonaq çağırarsa və ya bayram niyyətli bir yeməyə dəvət edərsə bu dəvəti qəbul etməməliyik. Həmçinin bu bayrama xas olan hədiyyə və paltarların satılması, hədiyyə verilməsi və alınması qadağandır. Bununla onlara bu günah işdə şərik olmaqdan uzaq olarıq.

Bütün bunlarla etməklə sən özünün müsəlman olduğunu və kafirlərdən də uzaq olduğunu bildirmiş olursan. Müsəlmanın üzərinə düşən vəzifələrdən biri də öz bayramlarımızda uşaqlarla onların gözləri doyacaq şəkildə bu (Ramazan və Qurban) bayramı keçirtməliyik ki, onlar kafirlərin bayramlarına meyl etməsinlər. Həqiqətən Allaha və axirət gününə iman gətirən bir müsalmanın bu bayramı (Miladi Yeni ilini) keçirməsi yolverilməzdir. Unutma ki, onlar bununla İsa aleyhissalamın doğum gününü deyil, “Allahın oğlunun” doğum gününü qeyd edirlər (Sübhənallah). Məgər Allah Təalə onları Ona oğul nisbət etdikləri üçün lənətləməyibmi?! Məgər bu o xristianlar deyilmi ki, əsrlərlə “xaç” yürüşləri etməklə müsəlmanları qılıncdan keçirib onların yurdlarını xaraba qoyublar. Heç çox uzaq deyil, bir neçə il bundan əvvəl peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) karikaturasını çəkib dünyaya yaydılar. Öz ölkələrində minarə tikilişinə qadağa qoydular. Sırf İslam dəvətin zərər vermək üçün “Müsəlman terrorisdir” bayrağını onlar qaldırmadımı?!

Ey müsəlman! Haradadır səndə olan o islam qeyrəti?! Allah Təalə buyurur: ”O gün bütün insanları öz başçıları ilə birlikdə çağıracağıq.”(İsra, 71) Əgər sən Allaha və onun elçisinə asi olsan kimin başçılığı altında Allahın hüzuruna getmək istəyirsən?

Həqiqətən bizim sələfilərimiz bizim üçün gözəl örnəkdir. İmam Əhmədin rəvayət etdiyinə görə Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) belə bir hadisə danışır: “Bir dəfə mən xəlifə Ömərə mənim xristian bir mühasibim var bu haqda nə deyirsən” deyə soruşdum. O, mənə “Allah canını almasın. Niyə belə etdin? Sən Allahın ” Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostu­durlar.” şəklindəki ayəni eşitməmisən?mi! Onun əvəzinə bir müsəlmanı götürsəydin olmazdımı“dedi? Mən isə “mən ona “Ey möminlərin əmiri! Məni maraqlandıran onun yazısıdır, onun dini onu maraqlandırır.” dedim. O, isə mənə “Allah onları zəlil etdiyi halda mən onları şərəfləndirmərəm, Allah onları alçatdığı halda mən onları ucaltmaram, Allah onları uzaqlaşdırdığı halda mən onları yanıma qoymaram” şəklində cavab verdi.

Deyirəm ki, həqiqətən də Ömər (Allah ondan razı olsun) onları necə də gözəl şəkildə vəsf etmişdir: Gəlin Allah onları lənətləmiş, zəlil etmiş, mərhəmətindən də uzatq etdiyi halda onları ucaltmayaq, onları izzətləndirməyək. İndi özünüz düşünün üzərində bu xüsusiyyətləri daşıyan bir tayfanın hansı bayramında xeyir olar?! Çox təəssüf ki, bütün öyüd-nəsihətlərə baxmayaraq biz bir çox müsalman ölkələrinin bu bayramlara canfəşanlıqla hazırlandıqlarını görürük. Yoxsa bu ümmət Uca Allahın: ”Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək.”(Furqan, 30) ayəsində bildirdiyi halamı gəldi? Nə olub bu insanlara ki, nəsihət də qəbul etmirlər? Bir də sən Uca Allahın: “Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə sarsıdıcı bir əzab üz verməsindən qorxsunlar.”(Nur, 63) ayəsi haqqında düşün.

Ey müsəlman qardaşım! Bütün bunlar sənə açıq-aydın olduqdan sonra sənin üzərinə düşən yalnız Allaha və Rəsuluna itaət etməkdir. Allah Təalə buyurur: ” Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür.” (Əhzab, 36)

Həmd Allaha məxsusdur. Peyğəmbərə, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun.

Qeyd:bu yazının hazırlanmasında İbn-Teymiyyənin ”Sırati Müstəqim” adlı əsərindən faydalanılmışdır)

Hazırladı: Əbu Yahya
Sayta yerləşdirdi; Ehli Muslim
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha


Tarix: 14.12.2012 / 19:46 Müəllif: Ehli_Muslim Baxılıb: 1256 Bölmə: Maraqlı melumatlar
loading...