Sual: Üzərində kafirlərin şüarlarını daşıyan idman paltarları geyinməyin hökmü nədir? Məs; üzərində italiyanın, almaniyanın və amerikanın emblemləri olan və ya üzərində bəzi kafir oyunçuların adlarının yazıldığı idman futbolkaları?
Cavab:
Üzərində kafirlərin şüarlarını daşıyan paltarların aşağıdakı kimi təfsilatı var:
- Əgər bu paltarlarda xaç və bənzəri rəmzlər kimi kafirlərin dinlərinin şüarlarının rəmzləri varsa, bu zaman bu paltarları idxal etmək, satmaq və geyinmək caiz deyildir.
- Əgər bu şüarlar şəkil yerləşdirməklə və ya adını yazmaqla və ya bənzəri yollarla kafirlərdən bir kimsəni təzim edirsə, bu da əvvəlki hökmdəki kimi haramdır.
- Əgər bu şüarlar bir ibadətin rəmzi deyilsə, bir şəxsin təzimi üçün bir rəmz rolu daşımırsa, sadəcə mübah olan ticari əlamətlərdirsə - buna 'markalar' deyirlər - o zaman bu paltarlarda heç bir problem yoxdur.
Tarix: 02.04.2013 / 20:52 Müəllif: *Beyaz_Gul* Baxılıb: 126 Bölmə: Maraqlı melumatlar