Kərbəla döyüşü və ya Kərbəla hadisəsi - 10 oktyabr 680-ci ildə bu günkü Kərbəla şəhəri yaxınlığında İslam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ilə Əməvi xəlifəsi I Yezid arasında baş vermiş döyüş.
Bu döyüş İslam aləmində, xüsusən Şiə və Ələvilikdə böyük önəmə sahibdir. Məhəmməd peyğənbərin qızı Fatimənin Əli bin Əbu Talibdən olan oğlu Hüseynin öldürülməsi, Şiə ölkələrində hər il Aşura günü adı ilə qeyd olunur.Mündəricat
1 Münasibətlərin gərginləşməsi
2 Şiə mənbələrində Kərbəla hadisəsi
3 Mühasirə
4 Döyüşün başlanması
5 Ədəbiyyat
Münasibətlərin gərginləşməsi
Məhəmməd peyğəmbərin 632-ci ildə vəfat etməsindən sonra xilafətin kim tərəfindən idarə olunması məsələsi yarandı. Müsəlmanların bir qismi ilk əvvəl Əbu Bəkr xəlifə təyin olunmasını istəyirdilər. Əbu Bəkr Məhəmməd peyğənbərdən sonra xəlifə təyin edilir. Əbu Bəkrin ardından Ömər ibn Xəttab, Osman ibn Əffan və Əli bin Əbu Talib xəlifə seçilmişdir. Şiə müsəlmanları Əli bin Əbu Talibin Məhəmməd peyğənbərə daha yaxın olmasını və uşaqlıqda onun evində böyüməsini əsas gətirərək, ilk xəlifənin Əli olmasını tələb edirdilər. Digər bir qrup müsəlman isə Əlinin xəlifə təyin edilməsinə qarşı çıxırdı. Ona qarşı səsləndirilən əsas fikirlərdən biri Əli bin Əbu Talib xəlifə təyin olunana qədər özündən əvvəlki digər üç xəlifədən fərqli olaraq, heç bir döyüşdə iştirak etməməsi idi. Bununla onun özündən əvvəlki xəlifələri inkar etdiyi iddia olunurdu. Osman ibn Əffan 656-cı ildə öldürüldükdən sonra Əli bin Əbu Talib xəlifə təyin olundu. Osman ibn Əffanın tərəfdarları bunu tələsik addım hesab edərək, Əffanın qatilləri tapılmayana qədər Əli bin Əbu Talibin xəlifəliyini qəbul etməyəcəklərini açıqladılar. Bununla da İslam dünyasında ilk fikir ayrılığının əsas qoyuldu. Xilafətdə iki böyük siyasi güc formalaşmışdı. Bir tərəfdə Əli bin Əbu Talibin digər tərəfdə isə Əməvilərin nümayəndələri bir-birlərinə qarşı mübarizə aparırdılar. Əli bin Əbu Talib 661-ci ildə Xaricilərdən olan Əbdülrəhman ibn Məlumun sui-qəsti nəticəsində öldürüldü. Hakimiyyət xəlifələrin qatı düşməni olan I Müaviyənin əlinə keçdi.
I Müaviyə hakimiyyətdə olduğu müddətdə özündən sonra oğlu I Yezidin xəlifə təyin olunması calışırdı. Tərəfdarlarına özündən sonra oğluna itaət etmələri barədə göstərişlər verirdi. 680-cı ildə I Müaviyənin vəfatından sonra I Yezid xəlifə təyin olundu. I Yezid xəlifə təyin olunan kimi Mədinə şəhərinin valisinə məktub göndərdi. Məktubda Yezid şəhər valisinin İmam Hüseynə deyil, ona tabe olmasın tələb edirdi. Əks halda, valinin öldürməklə hədələyirdi. Vəziyyətin gərgin olduğu bu dövrlərdə İmam Hüseyn Kufə və Mədinə əhalisindən onu dəstəklədilərini bildirən məktublar alırdı. İmam Hüseyn Kufədə onu böyük bir kütlənin dəstəklədiyini və hakimiyyəti ələ keçirəcəyi halda, xalqın tam dəstəyinə sahib olaçağını düşünürdü. I Yezid dini sülalədən olmadığını və xalqın kimi dəstəklədiyni yaxşı anlayırdı. İmam Hüseyn 72 nəfər tərəfdarı ilə birlikdə Kufə istiqamətində yola çıxdı. Hədəfi İslam dünyasının xəlifəsi seçilmək və xilafəti düzgün şəkildə idarə etmək idi. İmam Hüseyn 72 nəfər tərəfdarı ilə irəliləyərkən I Yezidin 4.500 nəfərlik ağır silahlarla silahlanmışdı qoşunu ilə qarşılaşdı. Tərəflər arasında yaşanan döyüşdə İmam Hüseyn başda olmaqla 72 nəfər şəhid edildi. İmam Hüseynin sağ qalan ailə üzvüləri və tərəfdarları isə əsir alındı.
Şiə və Ələvilik məzhəblərində bu hadisə böyük önəmə sahibdir. Şiəliyə görə Əli bin Əbu Talibdən sonra İmam Hüseyn xəlifə təyin olunmalı və ona hörmət göstərilməli idi. Şiəlikdə İmam Hüseynin özü və ailə üzvülərinin şəhid edilməsi hər ilk keçirilən müxtəlif mərasimlərdə xatırlanır. Bu mərasimlərdən ən mühümü isə Məhərrəm ayının 10-u keçirilən Aşura günüdür. Sünni məzhəbində Kərbəla döyüşündə şəhid olan şəxslər üçün dini tədbirlər keçirlmir. Ancaq, Sünnilikdə İmam Hüseynin öldürülməsi lənətlənir. Sünni mənbələrində İmam Hüseyn Məhəmməd peyğənbərin nəvəsi və IV xəlifə Əli bin Əbu Talibin sevilmli oğlu kimi göstərilir. Onun I Yezid tərəfindən amansız şəkildə şəhid edilməsi, İslam qaydalarına zidd olduğu vurğulanır. İslam dinində olan məzhəblərin hamısında, Kərbəla hadisələrinə toxunulur. Bütün məzhəblər peyğəmbər nəslindən olan İmam Hüseynin şəhid edilməsini böyük günah hesab edilir.
Şiə mənbələrində Kərbəla hadisəsi
Kərbəla hadisəsi İslamda olan məzhəblər tərəfindən eyni formada şərh edilmir. Bütün məzhəblər baş vermiş hadisələrin böyük günah olduğunu hesab etsə də, heç də hamısı, Kərbəla ilə bağlı müxtəlif dini tədbirlər təşkil etmirlər. Şiə və Sünni mənbələrində Kərbəla hadisələri şərh edilərkən, müxtəlif fikirlər göstərilir. Şiə mənbələrinə görə Məhəmməd peyğəmbər özündən sonra Əli bin Əbu Talibin daha sonra isə onun oğullarından birinin xəlifə olmasını istəyirdi. Lakin Əməvilərin təziqi nəticəsində I Müaviyə xəlifə seçildi. I Müaviyənin ölümündən sonra, ədaləti bərpa etmək üçün yeni bir şans yarandı. İmam Hüseyn xəlifə təyin edilməli idi. I Müaviyənin oğlu I Yezid İmam Hüseyn xəlifə seçilməsindən qorxurdu. Xalqın Hüseyni dəstəkləməsi və müxtəlif qəbilə başçılarından dəstək məktubları alması, Yezidin şübhələrini daha da artırdı. Bu məqsədlə I Yezid İmam Hüseynin yanına elçi göndərir.
Elçi Hüseynə I Yezidə tabe olmağı məsləhət görür. Əvəzində isə rədd cavabı alır. Şiə məzhəbində İmam Hüseynin I Yezid təklifinin rədd etməsi, tam düzgün adım kimi göstərilir. Daha sonra İmam Hüseynin Mədinə şəhərindən Məkkə şəhərinə Həcc ziyarətinə çıxır.Bu sirada,İmam Hüsen indiki İragdan.Əsas da,Kufə şəhərindən coxsayli dəvət məktublari alir.Məktublarda,Yezidin əxlagsidigindan,şərab icməyindən,it oynadmagindan.Hümmətə,zülm etməyindən yazilir.İmami hakimiyəti,əla alib.Rəsuli Əkrəmin(S.Ə.S.) hakimiyəti və Sünnəsinə uygun olarag.Əli ibn Abu Talib hakimiyəti kimi.Haqqla,idarə olunan Dövlət idarə etməyə dəvət edirdilər.İmama,beyət edib onun Fədayisi(Əskəri) olmaglarina söz verirdilər.Tarixi mənbələrdə,göstərilirki.İmama,Küfə camaatinda 12-18 min dəvət məktubu göndərilmişdi.İmam da,agrabasindan olan Müslim ibn Agili.Küfə şəhərinə,vəziyəti aydinaşdirmag.Və İmama,Küfə camaatinin əminliyi barəsində xəbər"məktub"göndərməyini tapşirmişdi.
I Yezid Kufə əhalisinin İmam Hüseynini dəstəklədiyni bilirdi. VII əsrdə Kufə şəhərində Şiə məzhəbindən olan Müsəlmanlar yaşayırdı. Kufə yarana biləcək etiraz dalğasını öncədən yatırmaq və öz mövqeylərini gücləndirmək məqsədi ilə I Yezid Ubeydullah bin Ziyadı şəhər valisi təyin etdi. Digər bir addım ilə isə şəhərə tam silahlanmış ordu göndərdi. Kufə əhalisinin döyüşə hazır olduğunu görən Ubeydullah bin Ziyad xalqın döyüşməkdənsə itaət etməyə dəvət etdi.
Mühasirə
I Yezid vali təyin etdiyi Ubeydullah bin Ziyadı 30 minlik qoşunla İmam Hüseynin üzərinə göndərdi. İmam Hüseynin və tərəfdarlarının düşərgəsi xilafət qoşunu tərəfindən mühasirəyə alınmışdı. İlk öncə Ubeydullah bin Ziyad İmam Hüseynlə danışıqlara başlamağı əmr etdi. İmam Hüseynin danışıqlar zamanı mühasirənin qaldırılmasını və ailəsinin İraqdan çıxmasına şərait yaradılmasını istədi. Ordu başçısı Ömər bin Səd İmam Hüseynin təkliflərini qəbul etdi və xəlifəliyə vəziyyətlə bağlı məlumat verdi. Təklif İbn Ziyadın xoşuna gəldi. İmam Hüseynin ailəsinin və tərəfdarlarının İraqdan çıxarılması ilə Əməvilərin xəlifəliynə olan təhlükə aradan qalxırdı. Ancaq Əməvilərdən olan və xilafətin idarə edilməsində böyük rola sahib olan Şimir bin Zil-Çevşan, Behtari bin Rabia və Şeys bin Rabia bu təklifə qarşı çıxdılar. Onlar İmam Hüseynin bununla vaxt qazandığını əgər İraqdan ayrılaçağı halda daha böyük bir tərəfdarla onların üzərlərinə gələcəklərini bildirdilər.
Məhərrəm ayının 7-ci günündə Ömər bin Səd mühasirədə saxlanılan ərazinin dahada kiçildilməsinə və düşərgəyə gedən su yollarının kəsilməsinə göstəriş verdi. Məhərrəm ayının 9-cu günündə düşərgənin su ehtiyatı tamam tükəndi və susluq problemi yarandı. İmam Hüseynin qarşısında iki yol vardı, ya təslim olmalı və I Yezidin vahid hakimiyyətini qəbul etməli ya da tərəfdarları ilə birlikdə şəhid olmalı idi. İmam Hüseynin tərəfdarları ilə birlikdə səhərə qədər ibadət etmək üçün Ömər bin Səddan bir gün daha vaxt istədi. Ömər bin Səd əvvəlcə razılaşmasada, sonradan İmam Hüseynə bir gecədə vaxt verdi. İmam Hüseynin tərəfdarlarına təslim olmaq fikri olmadığını və sonuna qədər döyüşəcəklərini bildirdi. Saylarının düşmənə görə çox az olması səbəbindən qalib gəlmələrinin mümkünsüz olduğunu bilən İmam Hüseyn tərəfdarlarına gecə ibadəti zamanı istəyənin qaçmağda sərbəst olduğunu bildirdi. Ancaq heç bir tərəfdar, qaçmadı və səhərə qədər ibadət etdilər.
Döyüşün başlanması
İbadətin səhərsi günü İmam Hüseyn tərəfdarlarından bir neçə nəfər, xilafət ordusunun əsgərləri ilə söhbət etməyə başladılar. Onlar əsgərlərə eyni dindən olduqlarını və qardaş qanı tökülməsin deyə döyüşməmələrini istədilər. İmam Hüseynin özüdə əsgərlər qarşısında uzun çıxış etdi. Tarixi mənbələrdə göstərilir ki, Hüseynin çıxışının təsirindən xilafət ordusunun məşhur sərkərdəsi Hür, İmam Hüseynin tərəfdarlarına qoşulmuşdu. Ömər bin Səd Hürün İmam Hüseynin tərəfinə keçməsindən ehtiyatlandı. Əgər danışıqların davam edəcəyi halda, xilafət ordusunun bir çox sərkərdələrini İmam Hüseynin tərəfinə keçəcəyi emtimal olunurdu. Bu səbəbdən danışıqlar yarımçıq dayandırıldı və Ömər bin Səd ilk oxun atılması göstərişini verdi. Bununlada Kərbəla döyüşü başladı. Döyüş ilk əvvəl duel şəkilində cərəyan edirdi.
İmam Hüseynin ilk öncə Təmim bin Kahta ilə döyüşdü. Hüseyn qılınçla yaxşı döyüşürdü, Kahtanın peşəkar döyüşçü olmasına baxmayaraq İmam Hüseynin onu qılınç zərbəsi ilə öldürdü. Sonra məhşur ərəb sərkərdəsi Zeyd Ebtahi ilə döyüşdü və onuda qılınçla öldürdü. İmam Hüseynin tərəfdarlarından ilk olaraq Hür, Həbib bin Məzahir döyüşmüşdür. Döyüşdə hər iki şəxs həlak oldu, daha sonra İmam Hüseynin tərəfdarları arasında döyüşmək gücündə olan hər bir kəs xilafət ordusuna qarşı sona qədər döyüşdü. Ölənlər arasında İmam Hüseynin oğlu Əli Əkbər qardaşı Həsənin oğlu Qasım və sancaqdarı Abbasda vardı. Mənbələrdə xilafət ordusunun verdiyi itkilər haqqında müxtəlif fikirlər vardır. Dəqiq say bilinməsədə, xilafətin böyük itki verdiyi məlumdur.
Döyüş zamanı qadın və uşaqlar düşərgədə olan cadırlarda döyüşün bitməsini gözləyirdilər. İmam Hüseynin oğlu İmam Zeynələbdin xəstə olduğundan cadırada idi. Hüseynin digər oğlu Əli Əsgər 6 aylıq idi və xilafət ordusu düşərgəyə gələn su arxını kəsdiyindən susuzluqdan əziyyət cəkirdi. İmam Hüseynin körpəsini düşmən əsgərlərinin yanına gətirdi və onlardan körpəsi üçün su istədi. Əvəzində isə Ömər bin Sədın əmri ilə oxçu Hurmala bin Kahil körpəni ücşahəli oxla vuraraq öldürdü.
Tarix: 26.02.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 851 Bölmə: Maraqlı melumatlar