İmanı möhkəmləndirməyin ən başlıca yolu təvəkküldür. Təvəkküllə bağlı “Qurani Kərim”də və hədislərdə elə dəyərli məsələlər vardır ki, biz yalnız onlardan bəzisini burada
qeyd edirik.
“Quran”da təvəkkül.
“Qurani Kərim”də Allaha təvəkkül etmək dəfələrlə qeyd olunaraq imanlı şəxslərin xüsusiyyətlərindən hesab edilmişdir:
“...Əgər möminsinizsə, Allaha təvəkkül edin! ” (“Maidə”-23 / “Tövbə”-51).
“...Gərək möminlər Allaha təvəkkül etsinlər! ” (“Ali-İmran” - 122).
“Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyir, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırır, onlar ancaq öz Rəbbinə təvəkkül edər. ” (“Ənfal”-2).
“Quran” nəzərindən təvəkkülün nə qədər əhəmiyyət kəsb etdiyini bildikdən sonra onun mənasını açıqlayırıq.
Təvəkkül nədir?
Peyğəmbər(s) Cəbraildən təvəkkül sözünün təfsirini soruşdu. Cəbrail dedi: “Təvəkkülün mənası xeyir və ziyanın, mükafat və cəzanın insanların əlində olmadığına inanmaqdır. Əgər bir bəndə mərifətin bu mərhələsinə yetişərsə, Allahdan qeyrisi üçün bir iş görməz, Allahdan qeyrisinə ümüd bağlamaz, Allahdan başqa heç kimdən qorxmaz, Allahdan başqa bir kəsin əlində gözü qalmaz. Allaha təvəkkül etməyin mənası budur. ”
Həsən ibn Cəhm adlı bir şəxs deyir:
İmam Əli ibn Musa Riza(ə)-nın hüzuruna gəlib soruşdum: “Təvəkkülün mənası nədir? ” İmam Riza (ə) buyurdu: “Təvəkkül Allaha arxalanmaqla heç kimdən qorxmamaqdır.”
Başqa bir rəvayətdə Əli ibn Süveyd deyir: İmam Museyi Kazim(ə)-dan “Təlaq” surəsinin üçüncü ayəsinin (Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər) təfsirini soruşduqda Həzrət buyurmuşdur:
“Təvəkkülün müxtəlif mərhələləri var. Təvəkkülün mərhələlərindən biri də bütün işlərdə Allaha təvəkkül edib Tanrının sənin rəftarından razı olmasıdır. Allahın sənin üçün xeyir və fəzilətdən başqa bir şey istəmədiyini, bütün işlərin onun ixtiyarında olduğunu bilməsidir. Deməli, işlərini ona həvalə etməklə Allaha təvəkkül et. ”
Bir sözlə, bəndə hər bir işin Böyük Yaradan tərəfindən olduğuna inanıb onun sonsuz qüdrətini dərk etməlidir. Bununla dəryaya qovuşan damcı kimi özünü dalğalar arasına ataraq heç bir şeydən qorxmamalıdır.
Ustad Əllamə Təbatəbainin təvəkkül haqda tərifi.
Ustad Əllamə Təbatəbai buyurur: “Məsələnin əsl həqiqəti ondadır ki, maddi aləmdə iradənin nüfuz etməsi və məqsədə yetişmə həm təbii amillərə və həm də nəfsani amillərə ehtiyac duyur. Elə ki insan əməl meydanına daxil olur, bütün təbii amillər lazımi ehtiyacı ödəyir. Lakin onunla məqsədi arasında ayrılıq salan (iradə zəifliyi, qorxu, qəm-qüssə, tələskənlik, ədalətsizlik, axmaqlıq, təcrübəsizlik və bu kimi şeylərin təsirinə qarşı bədgüman olmaq kimi) təkcə bir sıra ruhi amillərdir.
Bu vəziyyətdə insan Allah-təalaya təvəkkül edərsə, iradəsi möhkəmlənib qətiyyətli olar. Belə olduqda ruhi əzab və sıxıntılar onun qarşısında puça çıxacaqdır. Çünki insan təvəkkül mərhələsində Qadir Allaha bağlanır. Beləliklə, bir daha təşvişə və nigarançılığa yer qalmır, məqsədə yetişmək üçün qətiyyətlə maneələri aradan qaldırır.
Bundan əlavə, təvəkkül haqda bir başqa məsələ də vardır ki, o da onun qeyb aləminə məxsus cəhətidir. Yəni Allah-təala ona təvəkkül edən şəxsə qeybi yardımlarla (ağlına gəlməyən yerdən) kömək göstərir. Bu yardımlar adi və təbii amillərin çərçivəsindən çıxaraq maddi amillərdən yuxarıda qərar tutmuşdur. “Təlaq” surəsinin (3-cü) ayəsinin (kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər) zahiri mənası belə bir yardımı müjdə verir.”
İmamlarımızın təvəkkül barədəki mübarək kəlamları da ustadın sözünü təsdiqləyir. Məsələn: Hz. Əli(ə) buyurur:
“Kim Allaha təvəkkül edərsə, bütün çətinliklər onun üçün asanlaşar, rahatlıq və kəramətlə yaşayar. ”
Başqa bir hədisdə isə həzrəti-Əli(ə) belə buyurur:
“Kim Allaha təvəkkül edərsə, şübhələri yox olub əlində olanla kifayətlənərək çətinlik və əziyyətlərdən qorunar”
Diqqətəlayiq məsələ.
Dünya səbəblər dünyasıdır. Həyatın davamı üçün səbəb mühüm amildir. İnsan vasitə və səbəblərin uca Yaradanın zatən təkliyinin və iradəsinin nurundan irəli gəldiyini bilməlidir. Yəni ona xeyir və zərərin, ruzi və qıtlığın, mükafat və bəlanın hansısa məxluqlardan gələcəyinə deyil, yalnız Allahdan gələ biləcəyinə inanmalıdır. Səbəblərin Xaliqdən gəldiyini bilməlidir. Allah-təala “Qurani-Kərim”də buyurur:
“...Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir.” (“Talaq” - 3).
Müqəddəs Kitabımızın bir çox ayələrində insanların diqqəti bu məsələyə cəlb olunmuşdur. Burada yalnız uca Yaradana ümid bəsləyib öz işlərimizi Ona həvalə edərək ancaq Allaha arxalanmaqla fəaliyyətimizi davam etdirmək əmr olunmuşdur, çünki bütün dünya Onun qüdrətli əlindədir:
• “Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir, şükrə layiqdir! ” (“Fatir” - 15).
• “ (Ya Rəsulum!) De: “Mən göyləri və yeri yaradan, hamını bəsləyib Özü bəslənməyən Allahdan başqasını özümə Rəbbmi edərəm?!” (“Ənam” -
Tarix: 03.01.2013 / 14:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 734 Bölmə: Maraqlı melumatlar