Dua edən hər bir şəxs Aləmlərin Rəbbi və hər şeyə qadir olan Allaha iman gətirməlidir. Allah-təala buyurur: Kim Məndən bir şey istəsə, xeyir və zərərin əlimdə olduğunu bilsə, duasını qəbul edərəm.
Dua edən hər bir şəxs Aləmlərin Rəbbi və hər şeyə qadir olan Allaha iman gətirməlidir. Allah-təala buyurur: «Kim Məndən bir şey istəsə, xeyir və zərərin əlimdə olduğunu bilsə, duasını qəbul edərəm».
İmam Kazim (ə) buyurur: «Səhabələr İmam Sadiqdən (ə) soruşdular: «Nə üçün etdiyimiz dualar qəbul olunmur?» İmam (ə) cavab verdi: Çünki tanımadığınız şəxsi çağırırsınız!?»
«Allaha həm qorxu, həm də istəklə [ümidlə] dua edin» ayəsinə işarə edək. Yəni, əgər Allaha ümid bəsləyirsinizsə bilin ki, O, istəklərinizi həyata keçirəcəkdir. Peyğəmbər (s) buyurur: «Dualarınızın qəbul olunacağını yəqin etdiyiniz bir halda Allahı çağırın».
Dua Allahı Tanımaqdı!
İmam Cəfər Sadiq (ə) buyurur: «Dua etdiyiniz zaman belə güman edin ki, hacətiniz evinizin kənarında hazırdır». (Yəni qəbul olunacağını yəqin bilin).
Dua edən şəxs öz hacətini Allahdan dilədiyi zaman yalnız və yalnız Ona ümidvar olmalı və digər vasitələrə ümid bəsləməməlidir. İmam Cəfər Sadiq (ə) buyurur: «Dualarınızın Allah dərgahında qəbul olunmasını istəyirsinizsə, yalnız Ona ümidvar olun və camaata əsla ümid bəsləməyin».
Dua edən hər bir şəxs Allah dərgahına saf niyyətlə üz tutmalı və öz istəklərini səmimi qəlb ilə çatdırmalıdır. İmam Cəfər Sadiq (ə) buyurur: «Allah, qəflət içində olan qəlblərdən duaları qəbul etməz. Elə isə Allah dərgahına dua etdiyiniz zaman qəbul olunacağını yəqin bilin».
Dua edərkən insanın Allah qorxusundan ağlayıb ah-nalə etməsi, aləmlərin Rəbbinə möhtac olduğuna dəlalət edir. İnsan belə etməklə, tam ciddiliklə istək və arzularını büruzə verə bilər. Demək, dua edən hər bir şəxs öz ehtiyacını Allah dərgahında kiçilərək ürək yanğısı ilə büruzə verməlidir. İmam Cəfər Sadiq (ə) buyurur: Qəlbiniz yumşaldığı zaman dua edin, çünki qəlb saflaşmadan yumşalmır».
Dua Allahı Tanımaqdı!
Peyğəmbər (s) buyurur: «Allahın adı ilə başlanan dualar rədd olunmur».
Ümumiyyətlə, hər bir müsəlman özünün bütün işlərini Allahın adı ilə başlamalıdır.
İnsan dua etməzdən əvvəl Allahı Ona layiq olan adlarla mədh və tərif etməlidir. İmam Cəfər Sadiq (ə) buyurur: «Allahı mədh və tərif etmədən olunan dualar naqisdir və heç nəticə vermir».
PEYĞƏMBƏR (S) VƏ ONUN ƏHLİ-BEYTİNƏ SALAVAT VƏ SALAM
Allahı gözəl adlarla vəsf etdikdən sonra yaxşı olar ki, Həzrət Məhəmməd (s) və onun Əhli-beytinə salavat və salam göndərilsin.
Peyğəmbər (s) buyurur: «Mənə salavat və salam göndərməyiniz dualarınızın qəbul və əməllərinizin saflaşmasına səbəb olacaqdır.»
İmam Cəfər Sadiq (ə) buyurur: «Peyğəmbər (s) və onun Əhli-beytinə salam və salavat göndərməyincə dualarınız Allah dərgahına ucalmır».
Dua Allahı Tanımaqdı!
Peyğəmbər (s) və onun Məsum Əhli-beyti (ə) Allahla insanlar arasında rəhmət və mərhəmət vasitəsi olduqları üçün, onlar Allah dərgahında şəfaət etməyə ən layiqli şəxslərdir. Möminlər Allah dərgahından öz hacətlərini dilədikləri zaman onların böyüklüyünə and verir və özləri ilə Allah arasında şəfaətçi qərar verirlər.
İnsan öz istək və hacətlərini diləməzdən əvvəl özünün Allah qarşısında aciz, peşiman və günahkar olduğunu iqrar etməlidir. İmam Cəfər Sadiq (ə) buyurur: «And olsun Allaha! Günahını iqrar etməyincə kimsənin günahı bağışlanmır.»
Allah-təala hədisi-qüdsidə Peyğəmbərə (s) buyurur: «Sənin vəzifən dua etmək, Mənim üzərimə düşən isə duaları qəbul etməkdir. Qazancı haram yolla olanlardan başqa, kimsənin duası Məndən gizli qalmır».
Dua Allahı Tanımaqdı!
Peyğəmbər (s) buyurur: «Dualarının qəbul olunmasını istəyənlər yemək və qazancını halal yolla əldə etməlidirlər
İnsan dua edərkən öz istək və arzularından tez əl çəkməməli, Allahın rəhmət dərgahından bir an da olsun ümidini qırmamalıdır. İnsanın bu işdə israr etməsi onun Allaha tam əmin və güvənməsindən xəbər verir. İstək və arzularının qəbul olunmasına ümid bəsləməyənlərin bu soyuq rəftarı, onların Allaha etimadsızlığına dəlalət edir. Nəql olunmuş bir çox hədis və rəvayətlərdə müsəlmanlara dualarının qəbul olunmasında mümkün qədər çox israr etmələri tövsiyə olunur. Peyğəmbər (s) buyurur: «Həqiqətən dualarının qəbul olunmasında israr edənləri Allah-təala çox sevər».
Yaxşı olar ki, dualar cəm və kütləvi halda olunsun. İmam Cəfər Sadiq (ə) buyurur: «Atam (İmam Baqir) kədərli vaxtında qadın və uşaqlarını başına yığıb dua edər, onlar da amin deyərdilər».
Dua etməklə yanaşı, insan daim zəhmətə qatlaşmalı və imkanlarından bacardığı qədər istifadə etməlidir. Əli (ə) bu haqda buyurur: «Əməlsiz dua kamansız oxa bənzər».
Yaxşı olar ki, insan Allah dərgahına üz tutduqda Məsum imamlardan (ə) bizlərə gəlib çatmış dualardan istifadə etsin. Ən gözəl ifadələr və ən gözəl diləklər məhz onların etdikləri dua və kəlamlarında nəzərə çarpır. Kumeyl, Səbah, Əbu Həmzə Somali, Şəban ayının münacatları və bu kimi dualar hər bir müsəlmanın mənəvi saflığına müsbət təsir göstərir. Bütün bunlarla yanaşı, insan dua edərkən təharətli olmalı, dəstəmaz alıb üzü qibləyə dayanmalı, zaman və məkanının münasibliyinə diqqət yetirməlidir.
Tarix: 04.12.2014 / 11:00 Müəllif: Aziza Baxılıb: 169 Bölmə: Maraqlı melumatlar