Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Birinci məsələ: Tarixi necə oxumalıyıq?

Biz tarixi Peyğəmbərin (s.a.v) hədislərini oxuduğumuz kimi oxumalıyıq. Həmçinin biz Peyğəmbərin r hədislərini oxumaq istədikdə ilk olaraq həmin hədisin həqiqətən Peyğəmbərin r sözü olub olmamasına əmin olmalıyıq.
Biz bir hədisin doğru və ya yalan olmasını bilmək üçün onun isnadı ( Hədisin Peyğəmbərdən onun yazılma dövrünə qədər kimlər tərəfindən rəvayət olunması haqda sənəd.) və mətnini(Hədisin Peyğəmbər (s.a.v) tərəfindən deyilən sözləri.) yoxlamalıyıq. Çünki elm adamları hədis və onun rəvayətçiləri haqda çox maraqlanıblar. Onlar hər kəsin hədisini araşdırmış və onu yoxlamışlar. "Səhih"i ( Hədis elminin qaydalarına uyğun məqbul sayılan etibarlı hədis.) "zəif"dən(Hədis elminin qaydalarına uyğun məqbul sayılmayan etibarsız hədis. )ayırd etmişlər. Həmçinin bu hədisləri onlara əlavə edilmiş yalan və ya bu kimi hallardan təmizləmişlər.
Tarix isə hədisdən bir qədər fərqlidir. Çox vaxt tarix rəvayətlərinin heç isnadı da olmur. Bəzən isə isnadı olan məlumatların rəvayətçilərinin bəziləri haqda heç bir mənfi və ya müsbət məlumata rast gəlinmir. Belə halda həmin rəvayətə hökm kəsmək bizim üçün çox çətin olur. Çünki biz bəzi rəvayətçilər haqda heç bir məlumata malik deyilik.
Ona görə tarixi araşdırma, hədis araşdırmasından daha çətindir. Amma bu heç də tarixə səhlənkar yanaşmağa əsas vermir. Əksinə biz öz tariximizi necə götürdüyümüzü bilməliyik.
Kimsə deyə bilər ki, bu yolla biz tariximizin çox hissəsini itirmiş olarıq.
Ona cavab olaraq demək olar ki, heç narahat olma! Sənin fikirləşdiyin kimi çox itirmərik. Bizə lazım olan sənədli tarixi rəvayətlər, xüsusən də qarşıdakı mövzuda kifayət qədərdir. Onların çox hissəsi ya tarix kitablarında məsələn, Təbərinin "Tarix"i, yaxud hədis kitablarında, məsələn, Əhmədin "Müsnəd"i, Buxarinin "Səhih"i, Tirmizinin "əl-Cami"si və İbn Əbu Şeybənin "Musannif"i, yaxud da təfsir kitablarında, məsələn, İbn Cərir, İbn Kəsir, o cümlədən xüsusi hadisələr haqda yazılmış başqa kitablarda, məsələn, Kəlainin "Hurubu ər-Riddə", Xəlifə ibn Xəyyatın "Tarix" kitabında isnadla rəvayət olunmuşdur. Yəni, demək istəyirəm ki, biz isnadlı rəvayət tapmaq üçün heç də əlacsız deyilik.
Əgər biz hansısa rəvayətin isnadını tapmasaq onda biz dəyişməz qaydaya müraciət edəcəyik. Həmin dəyişməz qayda səhabələrin zamanında baş verənlərə məxsusdur. Bu qaydaya görə Allah təalə və rəsulu r səhabələri tərifləmişdir. Biz qarşıda bu haqda danışacayıq. Ona görə də bütün səhabələr ədalətli hesab olunurlar.
Hər hansı bir rəvayətdə səhabələrə qarşı bir məzəmmət qeyd edildikdə ilk olaraq rəvayətin isnadına baxmalıyıq.
- Əgər bu isnadla rəvayət doğru olsa, onda rəvayətin izahına və dəlalət etdiyi mənaya baxmaq lazımdır.
- Əgər hədisin isnadı zəif olsa, yaxud heç onun isnadı olmasa onda bizim bu sahədə bir qaydamız vardır. O da səhabələrin adillik prinsipidir.
Deməli, biz tarixi hədisləri oxuduğumuz kimi oxumalıyıq. Yəni, araşdırdıqdan və əmin olduqdan sonra onları qəbul etməliyik. Ən önəmli tarix isə Peyğəmbərin r əshabının tarixidir.
Şeyxulislam İbn Teymiyyə deyir: “İnsan kiçik məsələlərin həllini tapmaq üçün mütləq böyük külliyyat əsasları bilməlidir ki, elm və ədalət prinsipindən çıxış etsin. Belə olan halda o kiçik msələlərin necə baş verdiyini anlaya bilər. Əks halda insan kiçik məsələlərin həllində cəhalətə və yalana yol verəcəkdir. Belə insan külliyyat əsaslarda da cahillik və zülm edəcəkdir. Nəticədə isə böyük fəsad törənəcəkdir.”( Məcmu əl-Fətava: 19/203.)


Tarix: 04.05.2013 / 12:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 48 Bölmə: Maraqlı melumatlar
loading...