Bu gün İmam Museyi Kazim əleyhissalamın şəhadət günüdür:
G304;FLER
İmam Museyi Kazim əleyhissalam 128-ci Hicri-qəməri ilinin Səfər ayının yeddisi, bazar günü Məkkə ilə Mədinə arasında yerləşən �?bva adlı yerdə Həmidə adlı bir xanımdan dünyaya gəldi və 21 yaşında ikən İmamlığa çatdı.
Bu barədə �?bubəsir belə demişdir: İmam Cəfər Sadiq (ə) ilə birlikdə həccə gedirdik ki, �?bvaya çatdıq. Səhər yeməyimizi yedikdən sonra İmama xəbər verdilər ki, Allah sizə bir oğlan uşağı əta etmişdir. Həzrət sevincək qalxıb xanımı Həmidənin yanına getdi. Bir azdan sonra gülə-gülə qayıdan İmam bizə belə buyurdu: «Allah mənə ən yaxşı hədiyyəsi olan bir uşağı əta edibdir. Anası deyir ki, uşaq dünyaya gələndə başını səcdəyə qoyub Allaha şükr edibdir ki, bu da onun İmamlığının nişanəsidir. Həzrət (ə) Mədinəyə qayıtdıqdan sonra üç gün ehsan verərək bütün yoxsulları ehsan məclisinə dəvət etdi. Yəqub Sərrac deyir: Mədinədə İmam Sadiqin (ə) yanına getdim. Onu oğlu İmam Museyi Kazim əleyhissalamın beşiyinin yanında əyləşən gördüm. Həzrətə salam verdim. Gülərüzlə cavabımı verib buyurdu: «Məndən sonrakı İmamın yanına gəl və ona da salam ver». Yaxınlaşıb salam verdim, uşaq səlis dillə cavabımı verib buyurdu: «Allah sənə bir qız verib, amma ona yaxşı ad qoymamısan, get onun adını dəyiş.» O həzrət atası İmam Sadiq əleyhissalamın sayəsində tərbiyə alaraq dini məsələləri o həzrətdən dərindən öyrənmişdi, belə ki, İmam Sadiq (ə) qadınlara dini məsələləri ondan soruşmalarını əmr edərdi.
İmamın cismi cəhətdən arıq olmasına baxmayaraq, ruhi baxımdan olduqca güclü idi. Paltarının altından köhnə köynək geyər, daim piyada gedər, həmişə xalqa salama verər, ailəcanlı və hörmətcil idi. Həzrət həmişə yoxsulların fikrini çəkər, belə ki, gecələr gizlicə ərzağı yoxsul ailələrin evinə aparar və onlardan bəzisinə aylıq maaş verərdi...
İmamın dostlarında biri o həzrətin səbr və dözümü barədə belə demişdir: Həzrət həmişə öz nümunəvi əxlaqı ilə düşməni utandırardı. Mədinədə bir kişi var idi ki, hər vaxt İmamı görəndə qabağını kəsib onu söyərdi. Bir gün İmamın dostları «icazə ver onu tənbeh edək» - söylədikdə İmam (ə) buyurdu: «Onunla işiniz olmasın və ona toxunmayın». Artı bu söhbətdən bir neçə gün keçmişdi, lakin həmin kişidən bir xəbər çıxmadı. İmam (ə) onun halını soruşduqda, dedilər: Mədinə çölündəki tarlasına gedib. Bunu eşitcək İmam (ə) da həmin tarlaya getdi. Həmin kişi İmamı görən kimi uzaqdan səslənib dedi: Mənim tarlama girmə. Mən səni və sənin ata-babanı özümə düşmən sayıram. İmam (ə) ona yaxınlaşıb salam verdi, kefini soruşduqdan sonra mehribanlıqla ona belə buyurdu: «Bu tarlaya nə qədər xərcləmisən?» Kişi dedi: Yüz dinar. İmam soruşdu: «Nə qədər gəlirin olacağına ümid edirsən?» Kişi dedi: İki yüz dinar. Həzrət (ə) içində üç yüz dinar olan bir kisəni çıxardıb ona verdikdən sonra buyurdu: «Bu pulu al, tarlan da özünə qalsın».
G304;FLER
İllər boyu həzrəti təhqir edən kişi belə bir şeyi gözləmirdi. Elə buna görə də utanıb İmamın əlindən öpdü və ondan üzr istədi. İmam (ə) Mədinəyə qayıtdıqdan sonra «Şərri özünüzdən belə uzaqlaşdırın» - deyə buyurdu. Elə buna görə də İmama Kazim - qəzəbləndiyi zaman narahatçılığını büruzə verməyən - ləqəbi verilmişdir. O həzrət (ə) bütün pislik və yamanlıqların qarşısında yaxşılıq edərək düşmənlərini utandırardı. İmam (ə) öz qohumlarına məhəbbət bəsləyər və belə buyurardı: Qohumların arasında nə qədər düşmənçilik olsa da əgər bir-birləri ilə qarşılaşdıqları zaman əl verib görüşsələr, düşmənçilikləri aradan qalxar və hamısı dinclik və şadlıq hissi keçirər.
İmam Museyi Kazim əleyhissalam əliaçıqlıq və səxavət baxımından xalq arasında məşhur idi. Belə ki, bir dəfəyə min nəfər qulu azad etdirmiş və dar gündə onlara əl tutaraq onların borcunu ödəyirdi. İbni Şəhraşub belə nəql edir: Bir gün Mənsur İmam Museyi Kazim əleyhissalamı saraya çağırtdırıb əmr etdi ki, Novruz günü orada oturub gətirilən hədiyyələri təhvil alsın. İmam bu işə həvəsi olmasa da çarəsiz qalıb qəbul etdi. Rəsmi salam mərasimində iştirak edən böyüklər və zadəganlar Mənsurun əmri ilə hədiyyələri o həzrətə təhvil verirdilər.
Bir nəfər də Mənsurun tərəfindən orada durub gətirilən hədiyyələri siyahıya alırdı. Axırda bir qoca kişi gəlib dedi: Ey Peyğəmbər övladı! Mənim dünya malından hədiyyə etmək üçün heç bir şeyim yoxdur. Amma baban Hüseyn əleyhissalamın müsibətinə dair bir şer yazıb sənə hədiyyə gətirmişəm. Qoca kişi yazdığı şeri oxudu, onun bu şeri İmama çox təsir etdi. Həzrət (ə) Mənsurun məmuruna əmr etdi ki, get Mənsurdan soruş gör bu hədiyyələrlə nə edəcək? Məmur gedib qayıtdıqda İmama dedi: �?mir deyir ki, hədiyyələrin hamısını sizə bağışladım, istədiyiniz adama verə bilərsiniz. Həzrət (ə) yoxsul qoca kişiyə tərəf dönüb buyurdu: «Babam Hüseynin müsibətlərinə dair yazdığın şerə görə bu hədiyyələrin hamısını sənə bağışlayıram ki, yoxsulluqdan qurtarasan».
Tarix: 03.12.2014 / 16:13 Müəllif: Aziza Baxılıb: 88 Bölmə: Maraqlı melumatlar