Behiştdə keçmiş günahlar
zehindən silinər
Allah Təalanın əxlaqı belədir
ki, həmişə insanları
bağışlamışdır. Biz həddi-
büluğa çatandan indiyə
qədər o qədər günah
işlətmişik və Allah da onları
bağışlayıb və heç birinin
aşkar olmasına imkan
verməyibdir. Çünki abırımızı
qoruyur və onları bizim
üzümüzə vurmayıbdır.
Bundan başqa bu pis
əməllərdən əl çəkmək üçün
yollar da qoymuşdur. Yəni,
tövbə və istiğfar yollarını.
Allah buyurur ki, “Mən sizi
bağışlayıram və
günahlarınızı üzünüzə
vurmuram”.
Onda bir məsələ qalır. Əgər
günahkar bağışlanaraq,
behiştə gedirsə, orada
hamını şad və xürrəm görür.
Ancaq o, daxilıində qəm
yeyir. Çünki günahlarını
yadına salır və öz-özünə
deyir: “Allah mənə nə qədər
də lütf etmişdir. Mən behiştə
düşməli deyildim. Ancaq
buradayam, bu mənim
haqqım deyildi”. Ona görə də
daima qəmgin olar. Allah
Təala bu məsələni necə həll
etmişdir?
Allah həmin şəxsi behiştə
daxil etməmişdən qabaq
günahlarını zehnindən silər.
Yəni bu günahkar behiştdə
heç bir günahını xatırlamaz.
Çünki behişt qəm yemə yeri
deyildir.
Bir qoca kişi İmam Sadiqin (ə)
xidmətinə gəlir və deyir:
“Yəbnə Rəsulallah! Mən
eşitmişəm ki, əgər kimsə
Peyğəmbərin (s) və Əhli-
beytinin (ə) hörmətinə Allaha
and versə, Allah sözünə qulaq
asar? Onda İblisi cəhənnəmə
atmaq istəyəndə İblis desin
ki, Allahım, Peyğəmbərə (s)
və Əhli-beytinə (ə) xatir məni
cəhənnəmə salma və məni
bağışla. Allah da onun sözünü
eşidər”. Həzrət (ə) buyurur:
“İblis Peyğəmbərə (s) və
onun Əhli-beytinə (ə) and içə
bilməz”. Kişi soruşur: “Niyə?”.
Həzrət (ə) buyurur: “Çünki
Allah Peyğəmbərin (s) və
Əhli-beytinin (ə) adını onu
yadından silər”. Kişi deyir:
“Bu necə ola bilər ki, yüz il
tanıdığı şəxsin adını yaddan
çıxartsın. Həzrət (ə) ona
buyurur: “Sənin neçə yaşın
var?” Kişi deyir: “90”. Həzrət
(ə) buyurur: “Adın nədir?”.
Kişi nə qədər fikirləşirsə,
adını yada sala bilmir.
Həzrətə (ə) deyir: “Yəbnə
Rəsulallah! Mən sualımdan
keçdim, mənə adımı deyin”.
Həzrət (ə) kişinin adını ona
deyir və buyurur ki, “bax, bu
cür yadından çıxardar”.
Bəli, Allah Təala da behiştinə
daxil etdiyi hər bir sevimli
bəndəsinin günahlarını da bu
cür yadından çıxardar və onu
xoşbəxt və xürrəm edər.
Allah bizlərə də bu tofiqi
nəsib etsin.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 155 Bölmə: Maraqlı melumatlar