:(“Nur purtal” xəbər agentliyinə istinadən)
İmam Əli (ə) buyurur: “Ruzinin çox və ya az olması ruzi verəndən başqasının əlində deyildir”.
İmam Əli (ə) buyurur: “Ruzini axtarın. Çünki ruzi onu axtaran üçün zəmanət edilmişdir”.
İmam Sadiq (ə) buyurur: “Halal ruzi istəməkdən əl çəkmə. Çünki, halal ruzi istəmək sənə dinində kömək edəcəkdir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Ölüm insanı axtardığı kimi, ruzi da insanı axtarar”.
İmam Sadiq (ə) buyurur: “Allah Təala möminin ruzisunu elə yerdən yetirər ki, heç onun haqqında fikirləşməyib belə. Möminin ruzisinin haradan gələcəyinin bilməməsinin səbəbi odur ki, çoxlu dua edər”.
Həzrət Peyğəmbər (s) buyurur: “O kəsə ki, Allah nemət verər, gərək o, Allaha həmd deyib, Ona təşəkkür etsin. O kəsin ki, ruzisi təxirə düşər, Allahdan bağışlanma istəsin”.
İmam Sadiq (ə) buyurur: “Hər kim Allahın verdiyi az nemətə razı olarsa, Allah da onun az əməlinə razı olar”.
İmam Sadiq (ə) buyurur: “Hər kəs ki, ailəsi ilə yaxşı rəftar edər, ruzisi artar”.
İmam Sadiq (ə) buyurur: “Xoşbəxtlik ruzini artırar”.
İmam Əli (ə) buyurur: “Din qardaşına maliyyə yardımı göstərmək ruzini artırar”.
İmam Əli (ə) buyurur: “Əmanətdarlıq ruzini artırar”.
İmam Baqir (ə) buyurur: “Qardaşlarının arxasında dua et ki, bu iş ruzini sənin tərəfinə endirər”.
İmam Əli (ə) buyurur: “Sədəqə vermək, ruzini artırar”.
İmam Baqir (ə) buyurur: “Zəkat vermək ruzini artırar”.
İmam Əli (ə) buyurur: “Hər kəsin ki, niyyəti xoş olarsa, ruzisi da çox olar”.
İmam Baqir (ə) buyurur: “Bəndə günah işlədər və buna görə də ruzi ondan alınar”.
Həzrət Peyğəmbər (s) buyurur: “İbadətin on bölməsi vardır ki, onun doqquzu ruzi istəməkdir”.
İmam Rza (ə) buyurur: “O kəs ki, ailəsinin xərcini təmin etmək üçün Allahdan ruzi istəyərsə, savabı Allah yolunda cihad edəndən çoxdur”.
Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, halal qazanc üçün özünü zəhmətə salarsa, bağışlanmışdır”.
Həzrət Peyğəmbər (s) buyurur: “Halal ruzi əldə etmək üçün işləmək - cihaddır”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs əlinin halal zəhmətini yeyərsə, behiştin qapıları üzünə açılar. Hansı qapını istəsə”.
Həzrət Peyğəmbər (s) buyurur: “Məlun, məlun o kəsdir ki, ailəsinin xərcini ödəyə bilmir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Ən yaxşı ruzi odur ki, kifayət qədər olsun”.
Həzrət Peyğəmbər (s) buyurur: “Az və kifayət qədər ruzi, çox və (Allahı yada salmaqdan) saxlayan ruzidən yaxşıdır”.
Hazırladı: Məşhədi Xanım,
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 47 Bölmə: Maraqlı melumatlar