Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MUHAMMED PEYGEMBERIN (s.e.a.v.s.) kelamlari

Dünyanı məzəmmət haqqında

1.Dünyanı sevmək bütün yaramazlıqların köküdür.

2.Bu dünya din əhli üçün həbsxana, dinsizlər üçün Behişt kimidir.

3.Dünya Harut və Marutda bacarıqlı cadügər kimidir,ondan çəkinin!

4.Dünya axirət əhlinə,axirət isə dünya əhlinə haramdır.

5.Dünyanın ən yaxşı məxluqu dindar,namuslu qadındır.

6.Dünya ürəyə şirindir,gözə yaşıl görünür.Bilin ki,Allah sizi sizdən qabaq dünyadan gedənlərdən sonra yaradıbdır.Buna görə də öz əməllərinizdən xəbərdar olun,dünyanın yaramazlıqlarından çəkinin!

7.Dünya müsəlmanlar üçün həbsxana (zindan) və qıtlıq kimidir.Onu tərk etdikdə demək lazımdır ki,zindanı və kasadlığı tərk ediblər.



8.Dünyanın şirinliyindən axirət aclığı törəyər.Dünyanın aclığı isə axirət şirinliyinə yol açar.

9.Dünyanı dünya əhlinə tapşırın,çünki dünyadan hədsiz dərəcədə bəhrə götürən şəxs özü bilmədən ölümünə çalışar.

10.Məstlik gətirən şeylərdən qorunun.

11.Şərabdan pəhriz edin,çünki o,butun pisliklərin açarıdır.

12.Allah dünyada ağıldan az heç nə yaratmamışdır. O da yerdəki qırmızı kükürddən də azdır.

Sələmçilik barədə

1.Sələm alan,sələm verən və müamilə şahidlərinin günahı ilə eynidir.Allah onlara rəhmət eləsin.

2.Bilərəkdən bir dirhəm sələm almaq Xaliqin nəzərində otuz altı dəfə zina etməkdən daha pisdir.

İdrak haqqında

1.Allahın yanında qəbul olunan Xüms və Zəkat şüur,idrak,kərəmət ruhu ilə bağışlanan ehsanlardır.

2.Həqiqətdə insan dini vacibatı yerinə yetirir;

Namaz qılır;

Oruc tutur;

Ehsan verir;

Həccə gedir;

Xeyir işləri yerinə yetirir.

Lakin idrakla verilən ehsanların əcrindən ayrı əcr almayacaqdır.

Səbr haqqında

1.Sükut və xeyirxahlıq - iki layiqli əməldir.

2.Səbr şadlığın mayasidir.


Tarix: 03.06.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Maraqlı melumatlar
loading...