Hz.Məhəmməd (s.a.v) buyurub:
"Mənim hədisimi ALLAHın kitabı ilə tutuşdurun. Əgər ona uyğun olarsa, həmin hədis məndəndir və onu mən söyləmişəm."
Hz.Məhəmməd (s.a.v) buyurub:
"Həqiqətən İslam pakdır. Siz də pak olun, doğurdan da behiştə yalnız paklar daxil olacaqlar."
Hz.Məhəmməd (s.a.v) buyurub:
"Dua rəhmətin, dəstamaz namazın, namaz isə behiştin açarıdır"
Hz.Məhəmməd (s.a.v) buyurub:
"Acı doyuzdurmaqdan fəzilətli iş yoxdur"
Hz.Məhəmməd (s.a.v) buyurub:
"Varlıların yediyi, kasıbların isə məhrum olduğu toy təamı necə də pisdir"
Hz.Məhəmməd (s.a.v) buyurub:
"Bidət qoyanın hörmətini saxlayan, dinin məhv olmasına kömək etmişdir"
Hz.Məhəmməd (s.a.v) buyurub:
"İsrafin bir növü də ürəyin istədiyi hər şeyi yeməkdir"
Hz.Məhəmməd (s.a.v) buyurub:
"Evlənin, amma boşanlayın, çünki ALLAHın ərşi təlaqdan lərzəyə düşür"
Hz.Məhəmməd (s.a.v) buyurub:
"Xəstəlik ALLAHın yer üzündəki qamçısıdır ki, onunla bəndələrini ədəbləndirir"
Hz.Məhəmməd (s.a.v) buyurub:
"Pis xasiyyətli adam cənnətə daxil olmayacaq"
Hz.Məhəmməd (s.a.v) buyurub:
"Heç kim ona üz vermiş çətinliyə görə ölüm arzusu etməsin"
Hz.Məhəmməd (s.a.v) buyurub:
"Müsəlmanı incidən məni incitmişdir, məni incidən isə ALLAHı incitmişdir"
Hz.Məhəmməd (s.a.v) buyurub:
"Əməl tərəzisində xoş xasiyyətdən ağır bir şey yoxdur"
Hz.Məhəmməd (s.a.v) buyurub:
"Üç dua mütləq qəbul olunar: Məzlumun duası, qonağın duası ve atanın övladına etdiyi dua"
Hz.Məhəmməd (s.a.v) buyurub:
"Mömin bəndənin xəstəliyi onun günahlarının kəffarəsidir"
Hz.Məhəmməd (s.a.v) buyurub:
"Zəkat islamın nicat körpüsüdür"
Hz.Məhəmməd (s.a.v) buyurub:
"İffət qadının ziynətidir"
Hz.Məhəmməd (s.a.v) buyurub:
"Dünya sevgisi bütün günahların başlanğıcıdır"
Hz.Məhəmməd (s.a.v) buyurub:
"Pis dostdan çəkin, çünki səni onunla tanıyarlar"
Hz.Məhəmməd (s.a.v) buyurub:
"Ümmətim Qiyamət günü üzləri parlaq, əlləri və ayaqları nurlu olduğu halda gələcəklər".
Tarix: 03.12.2014 / 16:26 Müəllif: Aziza Baxılıb: 76 Bölmə: Maraqlı melumatlar