Sual: Aşağıdakı ayənin mənası nədir?
Cavab: “Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar”. (Fatir 35:28)
Bu mübarək ayənin mənası odur ki, Qüdrətli və Əzəmətli Allahdan tam olaraq yalnız alimlər qorxurlar, lakin hansı alimlər? Bu ayə Qüdrətli Allah, Onun şəriəti, Onun ayələri haqqında biliyi, elmi olan kəslərdən bəhs edir və texniki və yaxud elmi bilikləri olanlardan danışmır. Yalnız Allahın ayələrini tanıyan, bilən din alimləri hər şeyə Qadir olan Allahdan, Ona layiq şəkildə, qorxulması lazım olan tərzdə qorxa bilərlər və Ona layiq şəkildə ibadət edə bilərlər. Bu Allah haqqında heç bir şey bilməyən cahilin əksinədir. Çünki bu cür (cahil) insan Qüdrətli və Əzəmətli Allahdan qorxmur. İnsanın Əzəmətli Allah haqqında elmi nə qədər artarsa, bir o qədər Allahdan qorxur, təqvası artır, dininə əməl etməkdə bir o qədər doğru olur.
Fətəvə isləmiyyə, cild 7, səh.146, DARUSSALAM
Tarix: 05.04.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 108 Bölmə: Maraqlı melumatlar