Xanım Zəhranın(s.ə) tarixi rolu o qədər
mühümdür ki, bu rolu ifa etmək üçün
Xanım Zəhra(s.ə) bu cür əzəməti
xərclədi
Hz.Zəhranın(s.ə) mübarizəsinin tarixi əhəmiyyəti
barədə danışmağa həmişə ehtiyac var. Adətən
daha çox Xanım Zəhranın(s.ə) mənəviyyatı
barədə danışılır, ancaq Hz.Zəhranın(s.ə) tarixdə
oynadığı rol, tarixi əhəmiyyəti, onun
mübarizəsinin əhəmiyyəti açıqlanmayıb. Bu çətin
bir bəhs olasa da, Xanım Zəhranın(s.ə)
mübarizəsinin əhəmiyyətini başa düşməyimiz
həm xanımı yaxından tanımağımıza xidmət edər
həm də müasir dövrümüz üçün o mübarizədən
dərslər ala bilərik. Xanım Zəhranın(s.ə)
mübarizəsi olduqca böyük bir hadisə idi.
Biz düşünməməliyik ki, Xanım Fatimeyi-Zəhraya
(s.ə) olan münasibətimiz sırf hissi bir
münasibətdir yəni övladın anaya olan əlaqəsi
kimi atifi bir əlaqədir. Düzdür biz Xanım Zəhranı
(s.ə) ana kimi qəbul edirik ancaq Xanımn(s.ə),
onun tarixi rolunu və mübarizəsinin əhəmiyyətini
anlasaq bu münasibət də daha da istiləşər. Biz
bəzən elə təsəvvür edirik ki, Xanım Zəhranın(s.ə)
tarixdə rolu bir o qədər ciddi olmayıb. Xanım
Zəhranın(.əs) qiyamı bir o qədər əhəmiyyətli bir
qiyam olmayıb. Bu cür fikirləşməyimizə neçə
səbəb var. Birincisi, Xanım Zəhra(s.ə)
Peyğəmbərdən(s) sonra az yaşayıb,
ümumiyyətlə, qısa ömür sürüb. İkincisi də, Xanım
Zəhra(s.ə) qadın olub və qadının o siyasi
hadisələrdə rolunun olmadığını düşünürük.
Biz elə başa düşürük ki, mübarizə Hz.Əli(ə) ilə
onun müxalifləri arasında gedib, Xanım Zəhra
(s.ə) da etiraz edib, ağlayıb, sonra da şəhid
olub. Sanki Xanım Zəhra(s.ə) sadəcə olaraq bir
qadın hissini, atifəsini meydana qoyub, ağlayıb,
narahat olub və bu qüssədən dünyasını dəyişib.
Bu hadisəyə daha çox mənəvi tərəfdən yanaşırıq.
Xanım Zəhranın(s.ə) müsibətlərinə ağlayırıq
ancaq tarixi şəxsiyyətini dərk etmirik. BizXanım
Zəhranı(s.ə) tarixin gedişatına təsir qoyan
şəxsiyyət kimi qəbul etmirik. Həqiqətdə isə, necə
ki, İmam Hüseyn(ə) mübarizəyə qalxmasaydı, özü
dediyi kimi: “İslamın fatihəsi verilməliydi, İslamla
vidalaşmalıydıq,” - Xanım Fatimeyi-Zəhranın(s.ə)
da qiyamı İslam tarixində belə bir əhəmiyyətə
malikdir. Əgər bu mübarizə olmasaydı İslam bir
din kimi aradan getmişdi.
Xanım Zəhranın(s.ə) məqsədi o qədər böyük idi
ki, o məqsəd yolunda öz şəxsiyyətini xərclədi.
Xanım Zəhra(s.ə) da təsadüfi şəxsiyyət deyildi.
Xanım Zəhranın(s.ə) şəxsiyyəti o qədər
əzəmətlidir ki, Hz.Cəbrayıl(ə) onun evinə nazil
olur, onu ziyarət edirdi. Necə Hz.Məryəmlə(s.ə)
Allah danışırdı, o cür də Allah Xanım Zəhra(s.ə)
ilə də danışırdı. Xanım Zəhra(s.ə) o qədər
əzəmətli şəxsiyyət idi ki, Peyğəmbər(s) onun
dünyaya gəlməsi üçün 40 gün Allahın əmriylə
dünyadan uzaqlaşıb 40 gün ibadətlə məşğul
oldu. Sonra Allah Cənnətdən meyvə göndərdi,
Peyğəmbər(s) o meyvədən yedi və o gecə xanım
Zəhranın(s.ə) nütfəsi bağlandı. Onun şəninə
“Təthir” ayəsi, “Kövsər” surəsi nazil olmuşdur.
Hər zaman Hz.Fatimə(s.ə) otağa daxil olanda
Peyğəmbər(s) ayağa qalxıb onu qarşılayırdı. Bu
öz qızına hörmətə görə deyildi. Bu Xanım
Zəhranın(s) əzəmətinə və Allah yanıında
məqamına görə idi. Peyğəmbər(s) həm özü ona
təzim edirdi həm də dərs verirdi ki, görün Zəhra
(s.ə) kimdir ki, ən üstün insan onun ayağına durur
və ona ehtiram edir. Xanım Zəhranın(s.ə) tarixi
rolu o qədər mühümdür ki, bu rolu ifa etmək
üçünXanım Zəhra(s.ə) bu cür əzəməti xərclədi.
Şəxsiyyəti xərcləmək nə deməkdir? Bəzi
insanlara Allah hörmət, ehtiram verir, əzəmət
verir, deyir ki, həmin əzəmətdən din üçün
istifadə etsin. Sənin şəxsiyyətinin cəmiyyətə təsiri
olduğundan, elə bir söz denən insanlar sənin
sözünlə haqqa hidayət olsun. Əzəmətli insanlar
hər yerdə öz şəxsiyyıtini xərcləməzlər.
Başqalarının deyə biləcəyi sözləri onlar
deməzlər. Xanım Zəhranın(s.ə) məqsədi, məramı
o qədər böyük idi ki, o bu məqsəd üçün bütün
şəxsiyyətini xərclədi. Hz. Zəhranın(s.ə)
mübarizəsi simvolik bir etiraz deyil, onun tarixi
hadisələrin inkişafında çox ciddi rolu var idi.
Xanım Fatimeyi-Zəhranın(s.ə) qəbri gizli olduğu
kimi, məqamı da gizlidir. O gizlinliklərin bir-birilə
əlaqəsi var. Hansı səbəbdən Xanım Zəhranın(s.ə)
qəbri gizlin idisə, o səbəbdən də fəaliyyəti gizli
idi. İnsanlar elə başa düşür ki, 4-5 adam gəldi
Xanım Zəhra(s.ə) ilə pis davrandı, ona zülm etdi
və Xanım(s.ə) bir neçə aydan sonra ağlayaraq
dünyadan getdi. Qətiyyən belə olmayıb. Bu elə
bir iş idi ki, o işi görmək üçün gərək Fatimeyi-
Zəhra(s.ə) olasan. İş o qədər böyükdür ki, onu
icra etmək üçün belə məqama sahib olan adam
lazım idi. Bir çox hallarda bizim işlərimizin
mənəviyyatımızla əlaqəsi var. Bəzi işlər o qədər
böyükdür ki, gərək onları böyük mənəviyyatlı
adamlar yerinə yetirsinlər. Xanım Zəhranın (s)
missiyasının böyüklüyü bunda idi ki, bu işi Xanım
Zəhra(s.ə) görməli idi. /ahlibeyt.az/
Material Hacı Şahin Həsənlinin 2009-cu ildə
Əyyami-Fatimiyyədə etdiyi xütbə əsasında
hazırlanıb
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 187 Bölmə: Maraqlı melumatlar