Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İSTİXARƏ ETMİŞ GƏNCİN HADİSƏSİ

Gənc bir oğlan öz həmyaşıdı bir qızla evlənmək istəyir. İstixarə namazı qılaraq bu işdə Allahdan xeyirli olan nədirsə, onu istəyir. Qızın “Hə”sini almaq üçün ona elçi göndərmək istədikdə böyük qardaşı onun bu qızla evlənməsinə qarşı çıxır və ona başqa bir ailədən qız tapmağı məsləhət görür.

Oğlan hey çalışır ki, qardaşını yola gətirsin, onu razı salsın, lakin onun bu cəhdləri tam uğursuzluqla nəticələnir. Düşdüyü çıxılmaz vəziyyətlə barışaraq təslim olmağa məcbur olur və başqa bir ailədən gənc bir qızla ailə həyatı qurur. Toyundan bir neçə gün sonra isə sevib evlənə bilmədiyi qız vəfat edir. Beləliklə, məlum olur ki, qardaşının həmin qızı almasına etiraz etməsi bir növ onun daha xeyirli olanı seçməsinə səbəb olmuşdur.


Tarix: 14.04.2013 / 14:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 68 Bölmə: Maraqlı melumatlar
loading...