(“Təfsiri-nümunə”yə istinadən)
Quran dəfələrlə ölüm və insanın can verməsini xüsusi vurğulayır. İnsanlara xəbərdarlıq edir ki, bu cür anlar bütün insanlar üçün vardır. Bəzən bu andan ölümün məstliyi, bəzən ölümün şiddəti, bəzən də ruhun hülquma çatması kimi bəhs edilmişdir.
Ölüm - çox ağır və ağrılı andır. Belə ki, insanın bu dünyadan başqa dünyaya keçməsi deməkdir. Necə ki, körpənin ana bətnindən dünyaya gəlişi ağrılı-acılı olur, insanın başqa dünyaya keçməsi də ağrılı olacaqdır.
Ancaq hədislərdə oxuyuruq ki, bu an möminlər üçün asan olacaqdır. Halbuki imansız insanlar üçün çox ağır olacaqdır. Möminlər bu anı ona görə ağrı hiss etmirlər ki, Allaha, onun rəhmətinə və nemətlərinə çatmaq istəyi güclü olur. Halbuki ikinci qrupda olan insanların cəzanın dəhşətindən və ürəklərini bağladıqları dünyadan ayrılmaqları üçün ağrı və acıları çoxalır.
İmam Zeynəlabidindən (ə) ölüm anı haqqında soruşanda buyurub: “Ölüm möminlər üçün həşəratla dolu paltarı yırtmaq kimidir. Xoş iyli ətir, iti gedən minik və ən sərvətli evlərdir. Kafir üçün isə fəxr edilən paltarı yırtmaq kimidir. Eyni zamanda məkanının sərvətli mənzildən ən çirkli mənzilə dəyişməsi, ən kobud paltarlar geyinməyi, ən dəhşətli mənzildə yaşamağı və böyük əzab deməkdir”.
Bir nəfər İmam Sadiqdən (ə) ölüm haqqında soruşur. Həzrət (ə) cavab verir: “Mömin üçün ən xoş ətirli ətirdir ki, onu iyləyər. Sanki yuxuya gedər. Ağrı və acısı qət olar. Kafir üçün isə əqrəbin sancması və ya ondan da şiddətli ağrı kimidir”.
Hər bir halda ölüm axirətə açılan pəncərədir. Belə ki, Həzrət Əlidən (ə) gələn hədisdə deyilir: “Hər bir evin qapısı vardır və axirət evinin qapısı ölümdür”.
Ölümü yada salmağın faydaları vardır. Belə ki, İmam Sadiq (ə) buyurur: “Ölümü yada salmaq insan batinində olan şəhvəti öldürər. Qəflət köklərini ürəkdən qoparar. İlahi vədələrə güc bağışlayar. İnsan xasiyyətinə yumşaqlıq və lətafət verər. Havapərəstliyin nişanələrini aradan aparar. Qəzəb atəşini söndürər. Dünyanı insanın nəzərində kiçildər. Bax budur Peyğəmbərin (s) sözlərinin mənası: Bir saat fikirləşmək bir il ibadətdən yaxşıdır”.
Yaxşı olar ki, insan gündəlik həyatında bir anlıq da olsa bu haqda fikirləşsin. Çünki hamımız faniyik və bu müvəqqəti dünyada imtahan olunuruq. Allah bizə bu imtahandan yüksək qiymətlə çıxmaq tofiqi nəsib etsin.
Hazırladı: Məşhədi Xanım,
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 140 Bölmə: Maraqlı melumatlar