Sual 115115 : Rukudan qalxarkən Səmi Allahu limən həmidəh yerinə Allahu Əkbar demişəm. Bu halda nə etməliyəm?
Cavab: Həmd Allaha məxsusdur.
Səhih rəyə görə həm imam, həm də tək namaz qılan şəxs üçün Səmi Allahu limən həmidəh namazın vaciblərindən biridir.
Bir kəs bunu söyləməyi unudarsa və heç bir şey söyləməzsə və yaxud bunun əvəzinə Allahu Əkbar deyərsə, hələ də namazda ikən yadına düşərsə salamdan əvvəl iki rəkət “səhv səcdə” etməlidir.
Burada əsas qayda belədir: Kim namazın vaciblərindən birini unudarsa və yaxud xəta edərək (bunun yerinə) şəriətdə olan-Allahu Əkbar-kimi kəlimələr söyləyərsə, o zaman səhv səcdə etməlidir.
Dəlil əl-Talib əsərində deyilir: Səhv səcdəsi aşağıdakı hallarda tələb olunur:
• Əlavə ruku və yaxud səcdə etdikdə
• Əlavə qiyam və oturuş yerinə yetirdikdə
• Hətta iki səcdə arasında oturmaq kimi bu cür şeylər əlavə etdikdə
• Namazı tamamlamışdan əvvəl salam verdikdə
• (Qurandan surə və ya ayələr oxuduqda) mənasını dəyişən səhv etdikdə
• Namazın vaciblərindən birini buraxdıqda
Sitatın sonu. Allah daha yaxşı bilir.
Tarix: 05.04.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 148 Bölmə: Maraqlı melumatlar