Peyğəmbərin
, sahabələrinin, ənsarların arasında Əbu Muallək adlı bir kişi var idi.
O ticarətlə məşğul olurdu, özünün və başqalarının malları ilə uzaq
ölkələrə səfər edərək onları satardı. O dinpərəst və təqvalı insan idi.
Bir dəfə səfərdə ona təpədən dırnağa kimi silahlanmış quldur rast gəlir.
O ona dedi:
-Nəyin varsa qoy və mən səni öldürəcəyəm.
- Qanımı nəyə görə tökürsən? Axı sənə yalnız mənim malım lazımdır
–sahabə cavab verdi.
- O onsuzda artıq mənimdir, lakin mən səni öldürmək istəyirəm.
- Bu halda icazə ver dörd rükət namaz qılım.
- İstədiyin qədər qıl! –quldur dedi.
O dəstəmaz alıb dörd rükətli namaz qıldı. Sonuncu səcdədə Allaha dua
edərək dedi: “Ey Sevgilim! Ey Sevgilim! Ey şanlı Ərşin Sahibi! Ey
İstədiyini edən! Zəifləməyən qudrətinə görə, ədalətsizliyə yol verməyən
mülkünə görə və Ərşinin dayaqlarını dolduran Nuruna görə məni bu
quldurun şərindən qoru! Məni xilas et Ey Xilas edən!”. O bunu üç dəfə
təkrar etdi və bu an əlində nizə ilə atlı peyda oldu. O nizəni atının
qulaqlarının arasında yerləşdirdi, quldur onu gördükdə isə o ona hücüm
edərək nizə ilə onu vurub öldürdü. Sonra o sahabənin yanına yaxınlaşaraq
dedi:
-Dur!
-Atam anam sənə fəda olsun! Sən kimsən? Bu gün Allah sənin əllərinlə
məni xilas etdi - o dedi.
- Mən səmanın dördüncü qatından olan mələyəm. Sən dua ilə birinci dəfə
müraciət etdikdə mən səma qapılarının guruldamasını eşitdim. Sonra sən
ikinci dəfə dua etdin və mən səma əhlinin səs küyünü eşitdim. Sonra sən
üçüncü dəfə dua etdin və mənə deyildi: “Məzlumun duası!”- və Allahdan
onu öldürməyi mənə tapşırmağı xahiş etdim.
Əl-Həsən dedi: “Əgər insan dəstəmaz alıb dörd rükət namaz qılsa və belə
dua ilə (Allaha) müraciət etsə onun məzlum olub olmamasından asılı
olmayaraq duası qəbul olar”.
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Maraqlı melumatlar