Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Öldürülməsi Qadağan Olunan Hər Bir Şeyin Yeyilməsi Də Qadağanır

İbn Abbas – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qarışqanın, arının, şanapipik (hop-hop, hüd-hüd, şinəbub), hörümçək quşu (sərçə fəsiləsindən bir quş) öldürülməsini qadağan etmişdir”. Əhməd 1/332, Əbu Davud 5267, əl-Albani səhih.

Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “(Ağac altında dincələn) Peyğəmbərlərdən birini bir qarışqa dişlədi və o, qarışqa yuvasının yandırılmasını əmr etdi. Allah Peyğəmbərə: “Bir qarışqanın səni dişləməsindən ötrü Allahı təsbih edən ümmətlərdən bir ümməti həlak etdin?” deyə vəhy etdi. Müslim 2241. Qadağndır öldürmək: Şanapipiyi, Hörmüçək quşu, Arı, Qarışqa, Quru və su qurbağasını.
İmam Beyhəqi – rahmətullahi aleyhi - deyir ki: “Bu hədis açıq-aydın dəlildir ki, öldürülməsi qadağan olunan heyvanların yeyilməsi qadağandır. Əgər bunların yeyilməsinə icazə verilsəydi Peyğəmbər – sallallahu aleyhi və səlləm – onların öldürülməsini qadağan etməzdi”. “Subus Salam” 4/107. AbdurRahman b. Osman rəvayət edir ki, bir Təbib Allahın Rəsulu – sallallahu aleyhi və səlləm – dən qurbağanı öldürərək ondan dərman hazırlanması barədə soruşduqda o: “Qurbağanı öldürməyi qadağan etdi”. Əhməd 15197, Darimi 1998. Abdullah b. Amr – radıyallahu anhu – deyir ki: “Qurbağaları öldürməyin. Çünki onların vaqqıltısı (qurultusu) Allahı mədh etmələridir”. Beyhəqi “Sunənul Kubra” 19166.


Nəcasət Yeyən Heyvanın Yeyilməsi Qadağandır

İbn Ömər – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – nəcasət yeyən heyvanların ətini yeməyi və südünü içməyi nəhy (qadağan) etmişdir”. Əbu Dvaud 3719, Tirmizi 1825, Həkim. İbn Ömər – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – pis (təmiz olmayan) bir şeyi yeyən dəvəyə minməyi belə qadağan etmişdir”. Əbu Davud 2558,3769, Nəsəi 4337.
Bura həmçinin yeyilməsi halal olan digər heyvanlar: Dəvə, İnək, At, toyuq, qoyun və s. aiddir. Bu cür nəcis yeyən heyvanları minikdə istifadə etmək, yemək, satmaq olmaz onlar təmiz yem yeyib təmizlənənə qədər. Toyuğun təmizlənməsi üç gün toyuq hinində saxlanmaqla olur. Necə ki, bunu İbn Ömər – radıyallahu anhu – edirdi. İbn Əbi Şeybə 4660. Böyük mal-qara heyvanlarına gəldikdə isə onların təmizlənməsi qırx gün ərzində olur. “Səhih Fiqh Sunnə” 2/344.

Satılması Qadağan Olunan Hər Bir Şeyin Yeyilməsi Də Qadağandır

Əbu Zubeyr – radıyallahu anhu – deyir ki, Cabir – radıyallahu anhu – dan it və pişiyin satışı barəsində soruşdum”. O: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunu qəti olaraq qadağan etdi”.Müslim 1569.
Cabir b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki, Məkkənin fəthi günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – Məkkədə idi və o buyurdu: “Həqiqətən Allah və Rəsulu içkini, murdar (ölmüş) heyvanın (leşini), donuzun və bütlərin satışını haram etmişdir”. Buxari 2236, Müslim 3/71, Səhih Əbu Davud 977. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah bir şeyi haram etdikdə (onun satışını) ondan gələn gəliri də haram edir”. Səhih Əbu Davud 3488, Daraqutni 3/7.

Açıq-Aydın Bədənə Ziyanı Olan Hər Bir Şeyin Istifadə Edilməsi Də Qadağandır

“Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!”. (ən-Nisa 29). Ubadə, İbn Abbas, Abu Səid, Aişə, Əbu Hureyrə və Cabir – Allah onlardan razı olsun – rəvayət edirlər ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Özünə və başqalarına zərər vurma”. Əhməd 5/326, İbn Məcə 2340, Təbərani 1/163, əl-Albani səhih.
İmam İbn Həzm – rahmətullahi aleyhi - deyir ki: “Nə ki, açıq-aydın sağlamlığa zərərdi qadağandır və nə ki, sağlamlığa zərəri yoxdur istifadəsi icazəlidir”. “Muhəllə” 7/430.

Nəcis Sayılan Hər Bir Şeyin Istifadəsi Qadağandır

İbn Həzm – rahmətullahi aleyhi - deyir ki: “Alimlər ittifaq ediblər ki, nəcis olan hər bir şeyin yeyilməsi və içilməsi qadağandır”. “Maratibul İcma” 39. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Nəcis olan hər bir şeyin yeyilməsi qadağandır, lakin nə ki, qadağan olunmuşsa onların hamısı nəcis deyildir”. “Məcmuu Fətava” 21/542.

Heyvanla Yaxınlıq Edən

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim heyvanla yaxınlıq edərsə onu da, heyvanı da öldürün”. Buluq əl-Məram 1214, Əbu Davud 4464, Tirmizi 1455, İbn Məcə 2564, Həkim 4/355, Beyhəqi 8/274, Musnəd 1/269.

Zərurət Halında (Ehtiyaci Ödəyənə Qədər) Haram Olan Şeylərin Yeyilməsinə icazə Verilməsi

“O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!”. (əl-Bəqərə 173). Bu və digər ayələrdən belə nəticə çıxır: əd-Darura Tubihul Mahzurat – zərurət qadağanı icazə verilən edir. Lakin hər bir zərurət də ehtiyac sayılmır. İbn Munzir – rahmətullahi aleyhi - deyir ki: “Alimlər ittifaq ediblər ki, zərurət halında ölü (leş) heyvanı yemək belə icazəlidir”. “İcma” 102.
AbdurRahman əs-Sədi – rahmətullahi aleyhi - bu ayəsinin təfsirində deyir ki: “Allah bu ayədə haram olan şeyləri sadalıyaraq insanlığa rəhmətini göstərmiş və onları zərərdən qorumuşdur. Lakin buna baxmayaraq insan zərurət halında (yemək olmadığı) halda aclıq zamanı, məcburiyyət qarşısında qalaraq bu şeyləri yeyərsə bunda günah yoxdur. Lakin bu halda o, haramı arzu etməməli, zəruri ehtiyacını ödədiyindən artıq yeməməli, israf etməməlidir. Buna görə də insana qadağan edilmişdir özünü aclığa məruz qoyaraq əziyyət verməsi və həlak etməsi. Vacibdir ki, aclığını ödəsin. Əgər özünü aclıqla ölüm həddinə çatdırarsa bu zaman özünə qəsd etmiş sayılar...”. “Taysirul Kərimul Rahmən” 68.


Səbəbsiz Yerə Heyvanları Öldürmək Qadağan Edilmişdir

İbn Ömər – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İnsanlardan bir kimsə haqqı olmadığı halda bir sərçəni belə öldürərsə mütləq Qiyamət günü bu haqda soruşulacaqdır”. Onlar: “Ya Rəsulallah! Onun haqqı nədir?” deyə soruşdular. Peyğəmbər: “Kəsib yemək, başını kəsib tullamamaq”. Nəsəi 7/239, Əhməd 4/389, əl-Albani “Səhih Tərğib” 1/631.

Qurbanlıq Heyvanlarına Qarşı Mərhəmətli Olmaq

İbn Abbas – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – (ona baxdığı halda) ayağını qoyunun üzünə qoyaraq bıçağını itləyən bir kimsənin yanından keçirdi. Peyğəmbər: “Nə üçün sən öz bıçaqını heyvanı yerə yıxmamışdan öncə itləməmişdin. Məgər sən onu iki dəfə öldürmək istəyirsən”. Təbərani “Kəbir” 3/140, “Əvsat” 1/31, əl-Albani səhih.
Əbu Yəla Şəddad b. Əus – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Şübhəsiz ki, Allah hər bir şeydə ehsanı yazmışdır. Bu baxımdan da öldürdüyüünüz zaman gözəl şəkildə öldürün. Kəsdiyiniz zaman gözəl bir şəkildə kəsin. Sizdən (heyvanı kəsən şəxs) bıçağını yaxşıca itləsin və kəsəcəyi heyvanı rahatlasın”. Müslim 1955. Bəra b. Azim – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ayağa qalxaraq buyurdu: “Dörd cür heyvandan qurban kəsmək olmaz: Bir gözü kor, xəstə, axsaq və qoca olan heyvanı...”. “Buluq əl-Məram” 1351. Əli – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə onun qurbanlıq heyvanlarına baxmağımı və bu heyvanların ətlərini, dərilərini kasıblara paylamağı və qəssablara bu heyvanlardan heç bir şey verməməyi əmr etdi”. “Buluq əl-Məram” 1354. Əbu Umamə – radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim bir qurbanlıq heyvanına rəhm edərsə Allah da Qiyamət günü ona rəhm edər”. Buxari “Ədəbul Mufrad” 381.

Ümumiyyətlə Heyvanlara Qarşı Mərhəmətli Olmaq

İbn Ömər – radıyallahu anhu - bir gün canlı bir quşu (toyuğu) hədəf edərək ox atan Qureyşli cavanların yanından keçirdi. Hədəfə dəyməyən hər bir ox qarşılığında quşun sahibinə bir ox verirdilər. Cavanlar İbn Ömər – radıyallahu anhu - nu gördükdə dağılışdılar. İbn Ömər: “Kim bunu edib? Allah bunu edənə lənət etsin. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – canlı bir heyvanı hədəf edəni lənət edib”. Buxari 5515, Müslim 1958. Ənəs – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – heyvanları hədəf edib öldürmək üçün saxlamağı qadağan etmişdir”. Buxari 5513, Müslim 1956. İbn Ömər – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Bir qadın evində həps etdiyi pişiyə görə Cəhənnəmə düşdü. Pişiyi həps edərək nə yemək vermiş, nə də onun özü üçün ov etməsinə izn vermişdir (Başqa rəvayətdə: “Fahişə bir qadın isti bir gündə quyunun ətrafında fırlanan və süsüzlüqdan dilini çıxarmış bir köpək gördü. Qadın ayaqqabısını çıxarıb (quyudan su götürərək) köpəyə verdi. Bu səbəblə qadın bağışlandı”. Müslim 2242, 2245. Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Bir kişi yolla gedərkən susadı. O, bir quyu tapıb içinə güşdü. Doyunca su içib bayıra çıxdıqda bir itin ləhlədiyini, susuzluqdan yaş torpaq yaladığını görüb öz-özünə: “Mən susadığım kimi bu it də susamışdır – deyib quyuya düşüb ayaqqabılarını su ilə doldurdu. Sonra onu ağzı ilə tutub (quyunun divarlarından yapışaraq yuxarı qalxıb) itə su verdi”. Allah onu (bu əməlinə görə) bağışladı. Səhabələr: “Ey Allahın Rəsulu! Heyvanlara görə də bizə savab vardır?” deyə soruşdular. Peyğəmbər: “Hər bir canlıya edilən yaxşılığa görə savab vardır” deyə buyurdu. Buxari 5515, Müslim 1958. Buxari “Ədəbul Mufrad” 379. Abdullah – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir yerə qonaq gəlmişdi. Bir nəfər sərçənin yumurtasını götürmüşdü. Sərçə gəlib Peyğəmbər – sallallahu aleyhi və səlləm – in başı üzərində qanad çalmağa başladı. Peyğəmbər: “Hansınız bu quşun yumurtasını götürməklə ona əziyyət vermisiniz?” deyə buyurdu. Bir nəfər: “Ey Allahın Rəsulu! Onun yumurtasını mən götürmüşəm” dedi. Peyğəmbər: “Quşa rəhm etmək üçün (yumurtanı) yerinə qoy” deyə buyurdu. Buxari “Ədəbul Mufrad” 382. İbn Məsud – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə səfərlərin birində idik. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ehtiyacı üzündən bizdən ayrıldı. İki balası olan bir quş gördük. Quşun balalarını götürdük. Anası başımızın üzərində dolaşmağa başladı. Geri qayıdan Peyğəmbər – sallallahu aleyhi və səlləm –: “Balalarını götürərək bu heyvana əziyyət verən kimdir? Balalrını ona qaytarın” deyə buyurdu. (yenə bir səfərdə) Peyğəmbər – sallallahu aleyhi və səlləm – yandırdığımız qarışqa yuvasını gördü. Peyğəmbər: “Bu yuvanı kim yandırmışdır” deyə buyurdu. Biz yandırdıq – dedik. Peyğəmbər: “Heç kimsənin atəşlə əzab verməsi düzgün deyildir. Atəşlə yalnız atəşin Rəbbi Allah əzab edir” deyə buyurdu. Əbu Davud 2675. Cabir – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bağlı olan heyvanı daşqalaq edərək öldürməyi qadağan etmişdir”. “Buluq əl-Məram” 1328.


Tarix: 13.04.2013 / 16:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 400 Bölmə: Maraqlı melumatlar
loading...