Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RƏSULULLAHIN ÜMMƏTİ ÜZƏRİNDƏKİ HAQLARI (Altıncı),Rəsulullaha (s.a.v.) salavat gətirməkdir

Altıncı, rəsulullaha (s.a.v.) salavat gətirməkdir ki, Allah taala bu barədə buyurur: “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın!”

(əl-Əhzab, 56) Peyğəmbər (s.a.v.) buyurur ki, “Kim mənə bir salam göndərsə, Allah ona on qatını göndərər!” Hədisi müslim rəvayət etmişdir. Başqa bir hədisdə peyğəmbər (s.a.v.) belə buyurur: “Evlərinizi qəbir¬lərə çevirməyin! Qəbrimi məbədə çevirməyin! Mənə salam göndərin! Harada olmağınızdan asılı olmayaraq salamınız mənə çatır”. Əbu Davud və Əhməd rəvayət etmişlər. Həmçinin, Allah rəsulu (s.a.v.) buyurur ki, “Xatırlandığım zaman mənə salam göndərməyən paxıldır”. Hədisi Tirmizi və Əhməd rəvayət etmişlər. Bir hədisdə rəsulullah buyurur: “”. Hədisi Tirmizi və Əhməd rəvayət etmişlər. Həmçinin, rəsulullah (s.a.v.) buyurur ki, “Yanında xatır¬lan¬dığım zaman mənə salam göndər¬məyənin burnu ovulsun!” Bu hədisi də Tirmizi və Əhməd rəvayət etmişlər.
Rəsulullaha (s.a.v.) salam göndər¬məyin vaxtları:
Peyğəmbərə (s.a.v.) bir çox məqam¬¬larda salam göndərmək olar. İmam İbn Qeyyim (Allah ona rəhmət eləsin!) “Cəlaul əfhəm fis-salət və vas-sələmi alə xeyril ənəm” adlı kitabında qırx bir məqam qeyd etmişdir. Onlardan:
Məscidə daxil olarkən, Məsciddən çıxarkən, əzandan sonra, iqamə vaxtı, dua edərkən, namazda təşəhhüd deyərkən, cənazə namazında, səhər və axşam, Cümə günü, camaat dağılışmamışdan əvvəl, xütbədə, adını yazarkən, bayram namazlarında təkbirlər arasında, Qunut duasının axırında, Səfa və Mərva üzərində, qəbrinin yanında olarkən, qəm-kədər və sıxıntı anında və bağışlanma diləyərkən, günahdan uzaqlaşmaq istədikdə və sair məqamlarda Ona salam göndərmək müstəhəbdir. Əgər peyğəmbərə (s.a.v.) salavat göndərməyin fəziləti haqda yalnız aşağıdakı bu hədis varid olsaydı, yenə də kifayət edərdi. Belə ki, Allah rəsulu buyurur ki, “Kim mənə bir salavat göndərsə, Allah ona on qatını göndərər. Və onun on xətası silinər, dərəcəsi on qat yüksələr”. Hədisi Nəsai və Əhməd rəvayət etmişlər.

Səid bin Əli bin Vahf əl-Qahtani


Tarix: 17.04.2013 / 16:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 119 Bölmə: Maraqlı melumatlar
loading...