Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Quranı təhqir edənlərlə bir yerdə oturmayın”

BİSMİLLAHİR REHMANİR REHİM!!!
Müqəddəs Kitabımızı təhqir edənlərlə necə davranmalı? Bu sualın cavabı Quranın “Nisa” surəsinin 140-cı ayəsində bəyan edilmişdir. İbni Abbas bu ayənin nazil olması haqqında belə buyurur: “Yəhudilərin məclisində münafiqlər dəstəsi əyləşmişdi. Burada Quran ayələri təhqir edildi və bu zaman bu ayə nazil oldu və bu alçaq əməlin aqibətini aydın etdi. “Həqiqətən Allah sizə bu kitabda nazil edib ki, Allahın ayələrinin və nişanələrinin inkar və məsxərə edildiyini eşitdiyiniz zaman, onlar başqa bir söhbətə girişənə qədər onlarla bir yerdə oturmayın, əks halda siz də onlar kimisiniz. Şübhəsiz, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır.” (“Nisa” 140).

Qurani-Kərimin başqa ayəsində belə bəyan edilir: “Bizim ayə və nişanələrimiz barəsində boşboğazlıq edənləri görən zaman (İslamın ilk çağlarındakı şəraitin tələbinə əsasən sən də həmin məclislərdə iştirak edirsənsə) onlardan üz döndər ki, başqa söhbətə başlasınlar. Əgər Şeytan (bunu) sənin yadından çıxarsa, yadına düşəndən sonra zalımların dəstəsi ilə oturma”. (“Ənam” 68).

Aydındır ki, bu əmr təkcə Peyğəmbərə (s) aid deyildi. Fəlsəfəsi də aydındır. Bu mənfi bir əməl ilə mübarizə yoludur. Bu ayədə zikr edilən bəzi nöqtələrə işarə edək:

1. Bu cür məclislərdə əyləşmək günahdır. Əgər məclisdəkilər sakit oturublarsa, bu, bir növ razılıq əlamətidir.

2. Nəhy-əz-munkər. Əgər müsbət şəkildə edə bilmirsinizsə, mənfi şəkildə edin. İnsan bu cür mühitdən uzaq olmalıdır.

3. O kəslər ki, bu cür məclislərdə iştirak edir və susur, əməli cəhətdən günahkarları həvəsləndirmiş olar. Cəzası günahkarlarınkı kimi olar.

4. Əgər bir müsəlman bu cür məclislərdə iştirak edərsə və onlara etiraz edə bilmirsə, ən azı o məclisi tərk etməlidir.

5. Quran ayələrini təhqir etməyən münafiqlərlə oturub-durmağın günahı yoxdur.


Tarix: 06.06.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 100 Bölmə: Maraqlı melumatlar
loading...