Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərkani Din - İslam Nədir?

Ərkani din 2 yerə ayrılır.
I.Usuliddin
II.Furuuddin

I.Usuliddin
Usuliddin dinin əsası və köküdür. O, 5 qola ayrılır:
1) Tauhid, 2) Adl, 3)Mi´ad 4)Nubuvvət 5)İmamət
1.Tauhid, yəni: Allah birdir, şəriki yoxdur.
Əgər Allahtaala iki olsaydı dünya finə-fəsad olardı.
Allahın təkliyi ancaq buna sübutdur.

2.Adl. yəni Allahtaala adildir, zalım deyil, bu dünyada hamıya, axirətdə isə mö´minlərə rəhmlidir.
3.Mi´ad, yəni: Ölmək, dirilmək, cənnət, cəhənnəm, mizan-tərəzisi, sorğu-sual haqdır və vardır.Qıl (Sirat) körpüsündən keçməyə inanmaq cənnət və cəhənnəm olmasını haqq ilə bilmək deməkdir.
4.Nubuvvət. yəni:12400 Peyğəmbər bu dünyaya gəlib-gedib.
İlk Peyğəmbərimiz Adəm, axırıncı isə Məhəmməd Salavatullahdır. Peyğəmbərimizin dediyi sözlər axirətə qədər yaşayacaqdır.
5.Imamət, yəni:Həzrət Əli Əleyhissəlam 11 övladı bərhəqq imamdır.
Usuluddin 5 qolu da 2 qismə ayrılır:
1) Tauhid, adl, mi”ad.
Bunlara usuli islam deyilir.

2) Nubuvvət. imamət.
Bunlara usuli imam deyilir.

II. Furuuddin
Furuuddin dinin şaxələri və budaqları deməkdir.
10 hissəyə ayrılır:
1)Xüms, 2)Zəkat, 3)Həcc, 4)Cihad, 5)Əmr və mə´ruf,
6)Nəhyi- munkər, 7)Təvalla, 8)Təbərra 9)Namaz 10)Oruc
Furuuddinə əməl etmək əxlaqın pakizə olmasına, dinin təravətinə və davamiyyətinə səbəbdir, bunlara əməl etmədikcə dinin əmri zəif və növraqsız olur.

Xums
Xums ərəbcə beşdə bir deməkdir.
Bir il ərzində dolanıb güzəranını başa vurmuş şəxs hicrinin axırıncı ayı olan zilhiccədə artıq qalan sərmayəsinin beşdə bir hissəsini seyid-peyğəmbər övladlarına verməlidir.

Zəkat
Zəkat yoxsullar və gəliri az olanlar arasında bölüşdürülmək üçün əmlakdan və gəlirdən verilən icbari vergidir.
Zəkat vermək üçün zəkat ölçüsünə sahib olmaq şərtdir.
Bu ölçüyə malik olan müsəlman hər il malının 40-da birini zəkat verir. Bundan əlavə, hər bir müsəlman sədəqə-könüllü surətdə ianə və ya pay verməlidir. Orucluq bayramında ailədəki adamların sayına və evdəki təzə əşyalara görə sədəqə (fitrə) verilir. Şəriətcə bu da məcburi sayılır.

Həcc
Həccə (ərəbcə ziyarət etmək deməkdir), yəni İslamın müqəddəs şəhəri Məkkəyə (Səudiyyə Ərəbistanındadır) gedib Kə´bəni və onun qara daşını ziyarət etmək hər bir müsəlmanın arzusudur.
Rəvayətə görə, Kə´bəni Allahın əmri ilə Adəm tikmiş, lakin tufan







( Nuhun tufanı) onu dağıtmışdır. Sonra İbrahim və onun oğlu İsmayıl Kə´bəni yenidən tikmişlər. Allahın Adəmə göndərdiyi qara daş Kə´bənin cənub-qərb küncündə divara hörülmüşdür.
Kə´bənin qapısı isə üzbəüz müqəddəs Zəmzəm çeşməsi yerləşir.
İbrahimin hicazda qoyub getdiyi körpə İsmayıl və onun anası Həcər susuzluqdan əziyyət çəkərkən möcüzə baş vermiş, körpənin ayaqları altından su fəvvarə vurmuşdur.
İkinci dəfə Çeşməni Məhəmmədin babası Əbd-al Muttalib kəşf etmişdir. Çeşmənin suyu şəfaverici sayıldığı üçün zəvvarlar çox vaxt onu zəmzəmiyyə adlanan xüsusi qablarda özləri ilə vətənlərinə aparırlar. Zəvvarlar Məkkədə zulhiccə ayının 7-ci günündə olmalıdırlar. Burada onlar təmizlənəndən, dəstəmaz alandan, bədənlərinə ətirli yağ sürtəndən sonra müqəddəs ibadət libası-ihram geyirlər. İhramın heç bir tikişi olmur. İki ağ parça qırığından ibarətdir: birini bellərinə sarıyır, o birini isə çiyinlərinə salırlar. Həcc vaxtı saçlarını qırxdırmır, dırnaqlarını tutmurlar. Qadınlar mütləq başlarına iri yaylıq örtməlidirlər. Bundan sonra müsəlman heç bir işlə məşğul ola bilməz, ağacdan meyvə dərə bilməz və ümumən, heç bir dünya neməti haqda fikirləşə bilməz. Əsas ziyarət Kəbəni yeddi dəfə dolanmaq, qara daşı öpmək, dua oxumaq, müqədəs Səfa və Mərvə təpələri arasında qaçmaq, Zəmzəm quyusundan su içməklə başlanır. Həccə gedənlən Hacı adlanır, başlarına yaşıl çalma qoyurlar. Xorasana (İrandadır) keçib, Səkkizinci İmam Rzanın məbqərəsini ziyarət edən zəvvarlar məşədi, Kərbəlaya (İraqdadır) keçib gələnlərə isə kərbəlayı adı verilir.

Cihad

İslam dini, Peyğəmbər, Allahtaala yolunda vuruşmağa və şəhid olmağa cihad deyilir.







Əmr və mə´ruf
Allahtaalanın bütün qanunlarına düzgün əməl etməyə çağıran yola əmr və mə´ruf deyilir.

Nəhyi-munkər

Allahtaalanın qadağan etdiyi bütün pis əməllərdən çəkindirməyə
nəhyi-munkər deyilir.

Təbərra

Allahtaalanın dostları ilə dost olmağa təbərra deyilir.

Namaz

Rəbbimiz demişdir: “Namaz insanı gözəgörünən və gözəgörünməyən bütün pisliklərdən uzaqlaşdırır”
Namaz (farscadır, ərəbcə salər deyilir) insanın Allaha itaətinin ifadəsidir. Hər bir müsəlman namaz qılmalıdır. Şəriətə görə, müsəlman gündə 5 dəfə - sübh (dan yeri söküləndən gün çıxana qədər), günorta, (nahar çağından gün batana qədər), axşamdan keçmiş (gün batandan gecə yarısına qədər) namaz qılmalıdır.
Namazı istənilən yerdə-evdə, məsciddə, çöldə qılmaq olar.
Cümə günü (jaum əl-cüm´ə) hamılıqla namaz qılınan gündür.
Həmin gün bütün müsəlmanlar kəndin, mahalın, məhəllənin və ya şəhərin baş məscidində birlikdə namaz qılmağa cəm olmalıdırlar.
Bu ibadətə imam rəhbərlik edir. Bəzi adamlar əlavə olaraq gecə və ya gündüz bir dəfə də namaz qılırlar. Namaz rak´ətlərdən ibarətdir.
Rak´ət (ərəbcədir) – dini ifadələrin və bədənin vəziyyətinin kompleksinə deyilir. Rak´ət icra edərkən adamlar sanki Allahın qarşısında alınları yerə toxunanadək əyilməklə onun qarşısında səcdə edir, bu zaman Allahı alqışlayan sözlər məs: (Əlləhu əkbər) deyir, Kəlmeyi-şəhadətlərini, Qur´anın 1-ci surəsini və s.söyləyirlər.
Sübh namazı 2, günorta (zöhr), günortadan sonra (əsr), gecə (xiftə) namazları 4, şam namazı 3 (cəmi 17) rak´ətdən ibarətdir.






Oruc

Ramazan-müsəlman təqviminin 9-cu ayı, orucluq ayıdır. Adətən, belə hesab edilir ki, həmin ay Məhəmmədə ilk vəhy nazil olmuşdur. Ramazan ayında oruc tutmaq hər bir dindarın borcudur. Bütün gün ərzində yemək, içmək, ənnik-kirşan çəkmək, əylənmək qadağandır.
Gündüz ibadətə, Qur´an oxumağa, mö´minlik düşüncələrinə həsr edilməlidir. Yeməyə və içməyə gün batandan sonra və gün çıxmazdan əvvəl icazə verilir. Xəstələr, uşaqlar, səfərdə olanlar, hərbi əməliyyatlarda iştirak edən döyüşçülər və başqa bu kimi adamlar oruc tutmaqdan azaddırlar. Ramazan ayında oruc tuta bilməyənlər bunu başqa vaxt etməlidirlər. Ramazan ayının və orucluğun qurtarması müsəlmanların əsas bayramlarından biri olan “İyd-əl-fitr”, yəni fitrə bayramı ilə qeyd edilir. Bayram axşamı gün batandan sonra, bayram namazına qədər kasıblara fitrə (sədəqə) verilməlidir.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 282 Bölmə: Maraqlı melumatlar
loading...