Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözləriniz gözəl sözlər oxusun...

• Allah (c.c) Sonsuz Gözəldir. Bütün gözəlliklər Onun, bütün gözəlliklər Ondadır. Peyğımbər Əfəndimiz (s.a.v) isə yaradılmışların ən gözəlidir.

• Kainat Allah`ın bir fabrikidir. Allah (c.c) insanları yesinlər, yatsınlar, əylənsinlər deyə yaratmamışdır.

• Allah (c.c) mülkündə Onun verdikləri ilə yaşayan insanın Rəbbini tanımağa, dininə xidmət etməyə vaxtınının olmadığını deməsi əbəsdir.

• İbadət Allah`ın (c.c) bizə verdiyi sonsuz sayda nemətlərə görə kiçik bir təşəkkürdür.

• İnsan hər nəfəs alıb-verişində ölümdən xilas olduğu üçün şükür etsə və səcdəyə getsə,yenə də bunun əvəzini ödəyə bilməz.

• Namaz Allah`ın bizə sonsuz sayda hədiyyələr vermək üçün bəhanəsidir. Namaz qılmaqla bu hədiyyələrə layiq olur, Onun sarayına girməzdən əvvəl paklanırıq.

• Əslində heç kimin başqasından hörmət və minnət gözləməyə haqqı yoxdur. Çünki hər kəs vəzifəsini Allah`ın verdikləri vasitəsilə yerinə yetirir.

• Bizim vəzifəmiz "ola bilmədik, amma yolundayıq" deyə düşünmək, yoxdan var edən Rəbbimizin böyük mərhəmətinə sığınmaqdır.

• Allah (c.c) dünya və axirət səadətini dinin yaşanmasına və təbliğinə bağılayıb. Deməli "işim var, elə şeylərlə məşğul ola bilmərəm" deyən adam dünyada da axirətdə də rəzil-rüsvay olmağı gözə alıb və ən səfeh məntiqə məhkum qalıb.

• Ən şərəfli məxluq olan insan, yüksək səviyyəyə həddini aşmayaraq, buyrulanı edərək qalxa bilər.

• Dünyada var-dövlətə sahib olanlar hərisliklə və acgözlüklə qazanca dalınca qaçanlar deyil, Allah`ın istədiyi və ona təvəkkül edən qullardır.

• Bəzi insanlar Allah`ın (c.c) hər an onları gördüyünü və eşitdiyini unudur, insanların düşüncələrinə həddindən çox fikir verirlər.

• İnsan zəif və çarəsizdir, onun bütün sərmayəsi Rəbbinə sığınmaqdır.

• Həzrəti Əli`nin (r.a) "Allah (c.c) məni yaradarkən atamdan icazə almadı ki, mən Ona iman etmək üçün atamdan icazə alım!" sözləri necə gözəldir.


Tarix: 08.06.2013 / 14:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 86 Bölmə: Maraqlı melumatlar
loading...