Rəhimli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
Bildiyiniz kimi müşriklərin bir neçə bayramları vardır ki, bunların təsiri müsəlmanlardan da yan keçmir. O bayramlardan biri də Novruzdur. Allaha həmd olsun ki, Allah Təalə bizə dinini yetərincə çatdırıb. Allah Təalə buyurur:
“Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim….” (Əl-Maidə.3)
Allahı və Onun Rəsulunu (Allahın ona salavat və salamı olsun) sevən hər bir mömin qadın və kişi tərəddüd etmədən Allahın dediyinə boyun əyməli, o əmrə qarşı çıxmamalıdır. Necə ki Allah buyurur:
“Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür.” (əl-Əhzəb,36)
İndi isə Novruzun tarixinə nəzər salaq:
Novruz: mənşəcə fars sözüdür. Ərəbcələşdirmiş şəkli, Neyruzdur. Novruzun mənası; yeni gün deməkdir.
Novruz bayramı, Farsların bayramlarından biridir və onların ən böyük bayramı sayılır. Bu günü bayram olaraq ilk dəfə qeyd edən adam Farsların ilk krallarından olan Cəmşiddir.
Misirdəki Kıptiler də (Misirin xristian ərəbləri) Novruzu qeyd etməkdədirlər. Kıptilere görə Novruz, ilin ilk günü olub Şem Nəsim (Meltem Qoxusu) Bayramı olaraq bilinməkdədir.
İmam Zəhəbi — Allah ona rəhmət etsin — belə demişdir:
«Novruza gəlincə, Misir xalqı, həddindən artığa gedərək bu günü qeyd etməkdədirlər. Novruz, Kıbtilerin ilinin ilk günü olub onlar bu günü bayram olaraq qeyd etməkdədirlər. Müsəlmanlar da bu mövzuda onlara bənzəməkdədirlər.» (Təşəbbuhu’l-Xasis bi Əhli’l-Xamis»; s: 46)
Müsəlmanların, Ramazan bayramı ilə Qurban bayramının xaricində qeyd edəcəkləri başqa heç bir bayramları yoxdur. Bu iki bayramın xaricindəki bayramlar, sonradan çıxarılmış bidət bayramlardır və bu bayramları qeyd etmək, caiz deyil.
Necə ki Ənəs bin Malikdən (Allah ondan razı olsun) rəvayət olunduğuna görə o belə demişdir: «Rəsulullah (Allahın ona salavat və salamı olsun) (hicrətdən sonra Məkkədən) Mədinəyə gəldiklərində, Mədinəlilərin (Novruz günü ilə Mihrecan günü deyə) oynayıb-əyləndikləri iki günləri vardı. Rəsulullah (Allahın ona salavat və salamı olsun): Bu günlər nədir? deyə soruşdu. Mədinəlilər: Biz (İslamdan əvvəl), cahiliyyət dövründən bəri bu günlərdə əylənərik, dedilər. Bunun üzərinə Rəsulullah (Allahın ona salavat və salamı olsun) belə buyurdu: Şübhəsiz Allah sizə, o iki günün yerinə (dünya və axirətdə) daha xeyirli olan iki bayramı: Qurban bayramı ilə Ramazan bayramını vermişdir». (Əbu Davud; hədis nömrə: 1134. Nəsai; hədis nömrə: 1556. Albani də; «Silsilətu’l-Əhadisi’s-Sahiha»; hədis nömrə: 2021də hədisin səhih olduğunu ifadə etmişdir.)
Dinə sonradan qatılan bayramlara, Novruz bayramı, Analar günü bayramı, Ad günü, Rəsulullah (Allahın ona salavat və salamı olsun) və s. bayramlar aiddir . Əgər qeyd olunan bayram Novruz bayramı kimi, təməldə kafirlərin qeyd etdikləri bayramlardan isə, bu təqdirdə haramlılığı daha da şiddətli və böyük olar.
Novruz bayramı, cahilliyə dovrünün bir bayramdır. Farslar, İslamdan əvvəl bu bayramı qeyd etdikləri kimi, xristianlar da bu bayramı qeyd edirdilər. Farslara və xristianlara bənzəmək haqqında danışılan olduğundan ötəri Novruz bayramını qeyd etmənin haram olması, daha çox qətilik qazanmaqdadır.
İmam Zəhəbi (Allah ona rəhmət etsin) belə demişdir: «Ad günü, Cümə axşamı və Novruz kimi bayramlarda küfr əhlinə bənzəmək, çirkin bir bidətdir. Bir müsəlman, bu gün və bayramları bilmədən din sayaraq etsə (qeyd etsə), tənqid edilər və özünə İslamın bu mövzudakı hökmü öyrədilər. Əgər tərəf əhlinə sevgi bəsləyərək və onların bayramlarına sevinc duyaraq bu bayramı qeyd etsə, bu davranışı da tənqid edilər. Yox əgər bir ənənə və əyləncə olsun deyə və ailəsini məmnun edib uşaqlarının təsəlli etmək üçün etsə, bu təqdirdə onun vəziyyətinə baxılar. Əməllər, ancaq niyyətlərə görə qiymətləndirilir. Cahil kimsə bu mövzuda bəhanəlidir və İslamın bu mövzudakı hökmü özünə yumşaq bir şəkildə açıqlanar. Allah Təala ən yaxşı biləndir». (et-Temessuk bi’s-Sunen ve’t-Tehzîr mine’l-Bide’ /Sünnete Sarılmak ve Bid’atlardan Sakınmak» risâlesi).
Çərşənbə axşamı: Xristianların bayramlarından biridir. Onlar bu günü «Böyük Çərşənbə axşamı» deyə adlandırmaqdadırlar.
Fiqh Ensiklopediyası; c: 12, s: 7də belə deyilməkdədir:
Bayramlarında Kafirlərə Bənzəmək:
Rəsulullahdan (Allahın ona salavat və salamı olsun) gələn bu hədislərə görə, kafirlərin bayramını qeyd etmək düzgün deyil. «Hər kim, bir qövmə bənzəyərsə (onların geyindiyi kimi geyinsə, getdiyi yolda gedərsə və onların işlədiyi hərəkətləri işlərsə, günah və savab baxımından) o da onlardandır». (Əbu Davud və Əhməd) Digər hədisdə buyurur: «Müşriklərə zidd hərəkət edin…» (Muslim; 1/222, hədis no: 259)
Abdullah bin. Amrdan (Allah ondan razı olsun )rəvayət olunduğuna görə, o belə demişdir: «Hər kim, qeyri-müsalman ölkəsindən keçsə (başqa bir rəvayətdə: Müşriklərin torpağında), onlarla birlikdə onların Novruz və Mihrecan bayramlarını qeyd edər və ölənə qədər bu hal üzrə onlara bənzərsə, qiyamət günü onlarla birlikdə həşr olunar». ( Avnu’l-Ma’bud ve Fəydu’l-Qadîr)
Çünki bayramlar, şəriət və mənhəcin göstəricilərindən biridir.
Necə ki, Allah Təala bu mövzuda belə buyurmuşdur: «Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət müəyyən etdik. Qoy onlar bu işdə səninlə höcətləşməsinlər. Sən onları Rəbbinə ibadət etməyə dəvət et. Həqiqətən, sən ən doğru bir yoldasan». (Həcc 67)
Eynilə qiblə, namaz və oruc kimi…
Bu səbəblə onların bayramlarında iştirak etməklə, onların üzləmiş olduqları digər yollarda iştirak etmək arasında heç bir fərq yoxdur. Çünki bayramın hamısını qəbul etmək, onların küfrünü qəbul etmək deməkdir. Onların bayramlarından bir qismini qəbul etmək, onların küfrlərindən bir qismini qəbul etmək deməkdir. Hətta bayramlar, şəriətləri (dinləri) bir-birindən ayıran ən diqqətə çarpan xüsusiyyətlərdən və ən açıq simvollardan biridir. Bu səbəbdən bayramı qəbul etmək, küfrün ən diqqətə çarpan xüsusiyyətini və onun ən açıq simvolunu qəbul etmək deməkdir. Bunu qəbul etməyin küfrlə sona çatan bir davranış olduğunda da şübhə yoxdur.
Novruz bayramı ibadət etmək və Allah Təalaya yaxınlaşmaq və ya o gündə savab qazanmaq məqsədini daşıyırsa və yaxud da, o gündə kafirlərdən olan cahiliyyə birliklərinə bənzəmək məqsədini daşıyırsa, bu təqdirdə bu davranış, dinə sonradan gətirilən və dinimizdə qadağan edilmiş bir bidət sayılır. Dövrümüzün görkəmli alimi Abdullah bin. Cibrin ( Allah onu qorusun ) bu mövzuda belə demişdir: «Xristianların yeni il bayramı ilə (Atəşpərəstlərin) Novruz və Mihrəcan bayramları kimi bidət olan bayramları qeyd etmək, caiz deyil. Eyni şəkildə müsəlmanların, dində sonradan çıxardıqları Rəbiu’l-ƏvvƏl ayındakı Mövludu Nəbəvi ilə Rəcəb ayındakı Mirac Şamını qeyd etmələri də caiz deyil. Bu bayramları qeyd etmək üçün etdikləri dəvətə razılıq etmək də caiz deyil. Çünki onların dəvətinə razılıq etmək, onları bu mövzuda təşviq etmək, onları cəsarətləndirmək və onların bu bidətlərini qəbul etmək deməkdir. Ayrıca bu davranış, xalqdan cahil kəslərin aldadılmalarına və kafirlərin bu hərəkət və davranışlarında hər hansı bir qorxunun olmadığına inanmalarına səbəb olar. Allah Təala ən yaxşı biləndir». (el-Lu’lu’ul-Mekîn Min Fetâvâ İbn-i Cibrîn; s: 27.)
Hazırladı: İsrafil İsmayılov
Yerləşdirdi:Ehli_Muslim_Selefi
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Xeyirin səbəbkarlarından ol, dostlarınla paylaş!
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 212 Bölmə: Maraqlı melumatlar