Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XƏBƏRDARLIQ

ƏHDİ POZMAQ VƏ AĞZINLIĞIN TƏHLÜKƏSİ
Ey camaat! İblis paxıllıqdan Cənnətdən xaric oldu. Onda, məbada ona qarşı paxıllıq edəsiniz, yoxsa əməlləriniz hamısı məhv olar və ayaqlarmız azğınlıqda büdrəyər. Agah olun, bədbəxt insandan başqa, kimsə Əliyə ədavət bəsləməz. Təqvalı (Allahdan qorxan) insandan başqa, kimsə (onun) imamlığını qəbul etməz və xalis möminlərdən başqa, kimsə ona iman gətirməz. And olsun Allaha, Əlinin şənində «Vəl-əsr» surəsi nazil olmuşdur. Ey camaat! Allah və onun peyğəmbərinə və həmçinin onunla nazil olmuş bir nura iman gətirin. Bu nur Allah tərəfindən məndə və sonra Əlidə və onun nəslində Qaim Mehdiyə (əc.f.) qədər olacaqdır. O, Mehdi ki, Allahın haqqını və haqqımızı alacaq.
XƏBƏRDARLIQ
Ey camaat! Bilin, tezliklə məndən sonra camaatı Cəhənnəm atəşinə sarı çağıracaq bəzi rəhbərlər üzə çıxacaq və bu dəstəyə Qiyamət günü kömək edilməyəcək. Həqiqətən, Allah və mən bunlardan bezarıq. Onlar və onların köməkçi və ardıcılları hamılıqla Cəhənnəm atəşinin ən alçaq yerində giriftar olacaqlar və təkəbbür edənlərin yeri necə də pis məkandır. Agah olun ki, bunlar «həmin səhifənin köməkçiləri»dir. Onda sizin hər biriniz öz əməl dəftərinə baxmalıdır. Ey camaat! Mən imamlıqla bağlı göstərişləri çatdırdım ki, burada olan və olmayan hər kəsə və şahid olan və olmayana, doğulub, yaxud doğulmayana - hamıya dəlil olsun. Bu günün xəbərini bütün burada iştirak edənlər etməyənlərə və bütün atalar öz övladlarma Qiyamət gününə qədər çatdırmalıdırlar, baxmayaraq ki, bir dəstə bu əmri qəs- bkarcasına özünə məxsus edəcəklər! Agah olun ki, qəsbkarlar və onlara bu işdə köməklik edənlər Allahın rəhmətindən uzaq olacaqlar. Ey camaat! Allah sizi pak narakdan ayrılana qədər öz halınıza buraxmayacaq. Və bu Əli sizin vəliniz və imamınızdır ki, Allah-Taala onun barəsində təhdidlər vermiş və öz vədələrinə sadiq qalacaqdır.
DOĞRU YOL
Ey camaat! Allahın doğru yolu mənəm və siz ona riayət etməyə əmr olunubsunuz və məndən sonra Əli və onun sülbündən olan övladlarım sizin vəlinizdir. (Peyğəmbər «həmd» surəsini qiraət etdi). Və buyurdu: Ey camaat! Bu surə mən, Əli və övladlarmın şənində nazil olmuş və onlara məxsusdur. Ey camaat! Bu Qurandır ki, Əlidən sonrakı imamları tanıtdırıb və mən də sizə tanıtdırıram ki, onlar məndən və mən onlardanam. Hamısı bir nurdur. Allah Quranda buyurub: «Allah imaməti onun nəslində sabit etdi» (Zuxruf, 28). Mən də dedim: Bu iki əmanətdən möhkəm yapışdığmıza qədər heç zaman azğınlığa düşməyəcəksiniz.
DOST VƏ DÜŞMƏNLƏRİ TANITDIRMAQ
Ey camaat! Əlinin dostları möminlərdir. Allah onlar barədə bu cür xatırladır. Heç vaxt Allaha və Qiyamət gününə iman gətirənlərin Allah və onun peyğəmbərinə düşmən olan şəxslərlə dost olduğunu görməzsiniz. Əgər bu insanlar ataları, yaxud oğulları, qardaşları, yaxud qohumlarından olsa belə. Allah qəlblərində imanı sabit və möhkəm etmişdir və bir mələyin vasitəsi ilə onlara daim yardım edir. Bunun müqabilində Əlinin düşmənləri təfriqə salan, ədavət bəsləyən, təcavüzkar və şeytanın qardaşlarıdır ki, daim şüursuz, riyakarlıqla qarışmış, hiylə məqsədi ilə bir-biri ilə gizlicə söhbət edirlər. Həqiqətən, onlarm düşmənləri, Cəhənnəm atəşinin şölələrinin çıqqıltısını eşidərlər. Və Allah buyurur: «Hər vaxt bir dəstə oda atıldıqda Cəhənnəmin gözətçiləri onlardan soruşarlar ki, təhlükədən xəbərdar edən və sizi qorxudan, sizin üçün Allah tərəfindən göndərilən peyğəmbər yox idimi? Deyərlər: Niyə, Allahın bizi qorxudan peyğəmbəri göndərildi, lakin onun təkzib etdik və dedik: Allah bir şey nazil etməyib, və siz azğınlıqdan başqa, bir yolda addımlamırsınız» (Mülk 8-9).


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 130 Bölmə: Maraqlı melumatlar
loading...