ÖMƏR İBN ABDUL-ƏZİZİN XÜTBƏLƏRİNDƏN
Abdullah bin Bəkr bin Həbib əl-Səhmi rəvayət edir: Əl-Cunaabiz məscidində bir kişi bizə dedi ki, Ömər bin Abdul-Əziz Xunəsirədə camaata bir xütbə verdi və dedi:
Ey insanlar! Siz əbəs yerə xəlq olunmamısınız, nə də öz başınıza tərk olunmayacaqsınız. Allah təala buyurur:Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?! (Əl-Qiyamə, 36).
Əksinə, siz elə bir məkana dönəcəksiniz ki, Allah təala sizin aranızda hökm vermək və sizin aranızı ayırmaq üçün gələcəkdir. Məhrum olanlar və xüsrana uğrayanlar o kəslərdir ki, Allahın hər bir şeyi əhatə edən rəhmətindən məhrum olmuşdurlar və cənnətdən uzaqlaşdırılacaqlar. O cənnət ki, onun sərhədləri göylər və yer qədər genişdir. Məgər bilmirsiniz ki, sabah sığınacaq yalnız bu gün Allahdan qorxanlar və müvəqqəti, keçici olanı əbədi olan, kiçik bir şeyi böyük bir şey, qorxunu isə əmin amanlıq qarşılığında satanlar ilə məhdudlaşacaqdır? Məgər dərk etmirsiniz ki, sizlər həlak olanların, məhv olanların nəsillərisiniz, sizdən sonra dünyada sağ qalanlar isə onların yerini tutacaqlar və hamınız Allaha qayıdana kimi bu belə davam edəcəkdir. Hər gün siz Allaha tərəf yollanırsınız, günün bütün anlarında, ölən bir kəsin ömrü sona çatmışdır. Siz onu torpaqda bir çüxura basdırırsınız, sonra onu yastıqsız və yaxud çarpayısız tərk edirsiniz. Ölən kəs sevgililərindən ayrılmışdır, canlılar ilə əlaqəsini kəsmişdir, yerdə (torpaqda) məskən salmışdır, orada isə o haqq-hesab ilə üz-üzə gəlməkdədir. Əməlləri ilə girov alınmışdır: Onun dünyada tərk etdiyi maddi əşyalara deyil, yalnız uğurlarına(yaxşı əməllərinə) ehtiyacı var,.
Ona görə də, ölüm gəlməmişdən və təqdir olunan əcəl başa çatmamışdan əvvəl Allahdan qorxun. Allaha and olsun ki, mən bu sözləri sizlərə deyirəm, lakin bilirəm ki, mən sizlərin hər birindən daha çox günah işləmişəm. Ona görə də Allahdan bağışlanma istəyirəm və tövbə edirəm. Sizlərdən birinin bir şeyə ehtiyacı olduğunu nə zaman eşitsək, bacardığım qədər onun ehtiyacını yerinə yetirməyə cəhd edirəm. Öz mülkümdən sizlərin birinin ehtiyacını qarşılayanda, ona özüm və öz yaxınlarım kimi davranmağa çalışıram ki, mənim və onu həyatı eyni dəyərə malik olsun. Allaha and olsun ki, mən başqa bir şey, yəni var-dövlət istəsəydim o zaman söz söyləmək mənim üçün asan olardı və mən bunu daha yaxşı bacarardım, çünki mən (rəhbər olmam həqiqəti) buna nail olmaq üçün vasitələrdən biriyəm. Lakin Allah öz bəlağətli kitabında ədalətli misallar çəkmişdir, onların vasitəsilə bizləri itaətə hidayət edir və asiliyi məzəmmət edir.
O əbasnın kənarını qaldırdı və ağlamağa, hönkürməyə başladı, ətrafında olanların hönkür-hönkür ağlamağına səbəb oldu. Sonra aşağı düşdü. Bu ölümündən qabaq verdiyi son xütbə idi. Rahiməhullah.
Bu xütbənin fərqli versiyaları üçün, İbn Abdul-Hakimin, Sira 43-45,132-133; İbn Kəsirin, Bidayə, IX, 199 baxın. Bu tərcümə Təbərinin Tarix (Cild, XXIV) əsərindən götürülmüşdür.
Eyni kitabda həmçinin rəvayət olunur: Abdullah-atası-əl-Fudayl Abdullahdan rəvayət edir: Ömər ibn Abdul-Əzizin Suriya ordusuna aşağıdakı məktubu yazdığını rəvayət etmişdirlər:
Əs-səlaamu aleykum və rahmətullah. Və sonra:
Kim ölüm haqqında tez-tez düşünərsə az danışar, eynilə ölümün haqq olduğunu bilən kəs az olan ilə qənaətlənir.
Mənsur bin Muzahim Şueyb, yəni, İbn Safvaan-İbn Abdul-Həmid rəvayət edir: Ömər ibn Abdul-Əziz dedi:
Dini məsələlərdə qardaşına səmimi nəsihət edən və qardaşının gündəlik işlərinin yaxşı olmasını istəyən kəs, üzərinə düşən öz qardaşlıq borcunu yerinə yetirmişdir. Allahdan qorxun. Bu sözlərimi qəbul edin, çünki bu sözlər dininiz barəsində sizlərə ərz edilən səmimi nəsihətdir. Və onlardan möhkəm tutun, çünki onlar xəbərdarlıqdan ibarətdir, sizi axirətdə xilas edəcəkdir. Ruzi artıq bölünmüşdür: ona görə də mömin kəs onun üçün təqdir olunandan artığını istəməsin və xeyiri tələb etməkdə birləşin. Qənaətçilikdə zənginlik, bolluq və kifayətlənmək var. Bu dünyanın ömrü sizin boynunuzdadır və cəhənnəm sizin qarşınızdadır. Sizin gördükləriniz yoxa çıxacadır (məhv olacaqdır), olanlar sanki olmamış kimi olacaqdır, tezliklə hər bir şey məhv olacaqdır. Siz can verməkdə olan insanın ölüm mərhələlərinə şahid olmusunuz, həm ölümün şiddəti anında, həm də ölüm fəlakətini daddıqdan sonra, onun ətrafında olan insanlar isə: O artıq öldü. Allah Rəhmət etsin” deyirlər. Onun üzü solanda, yaddaşı itəndə, evinin yolu tərk ediləndə siz onun sürətlə aparıldığına, malının bölünməsinə şahid olmusunuz. Sanki onun barəsində danışanlar ilə o heç vaxt iç-içə olmamışdır, nə də torpaqlara varis olmamışdır.
Abdur-Rəhman bin Mehdi-Sufyan rəvayət edir: Ömər bin Abdul-Əziz dedi:
Elmsiz əməl edən kəs xeyirdən daha çox fəsad yaradır və o kəs ki, sözlərinin əməllərindən bir hissə olmadığını düşünürsə o kəs təkrar-təkrar günah edir. Qənaətçilik nadir haldır, həqiqi mömin səbrə güvənməlidir. Allah qullarından birinə bir nemət bəxş etsə və ondan bu neməti götürərək, götürdüyü şeyin əvəzində ona səbr versə, əvəz etdiyi şey ondan götürüləndən daha yaxşı olmuşdur. Sonra o aşağıdakı ayəni oxudu: Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!” (Zumər, 10).
ÖMƏR İBN ABDUL-ƏZİZİN XÜTBƏLƏRİNDƏN
Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.
Tarix: 15.04.2013 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 253 Bölmə: Maraqlı melumatlar