Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Padşahın tikdirdiyi məscid

Bir padşah məscid tikdirir.Məscidin üzərinə lövhə vurdurur və lövhədə bu məscidi özü tərəfindən tikdirdiyini yazdırır. Məscid hazır olarkən, padşah cümə günü məscidin açılışını etmək qərarına gəlir. Lakin gecə ilə padaşahın qardaşı gəlib gözəltçilərə tapşırıq verir ki, o lövhəni çıxarıb yerinə özünün gətirdiyi lövhəni vursunlar. Öz gətirdiyi lövhənin üzərində isə padşahın deyil, öz adı yazılmışdı. Səhər padşah açılış etmək üçün məscidə gəldikdə məscidin üzərinə vurulmuş lövhədə onun adı deyil qardaşının adı yazıldığını görür və təəccüblənərək gözəltçilərə:
-Bunu kim etmişdir?-deyə soruşur. Gözətçilər:
-Qardaşın gəldi və göstəriş verdi. Bizdə dəyişdik!-deyə cavab verirlər.
Padşah qardaşını çağırtdırır və deyir:
-Niyə belə etmisən?
Dövrünün böyük alimlərindən olan padşahın qardaşı deyir:
-Axı fərqi nədir? Kimin adı yazılıb.Sənin və ya mənim...
Padşah deyir:
-Axı məscidi mən tikdirmişəm və lövhədə mənim adım yazılmalıydı.
Padşahın qardaşı buyurur:
-Axı bu cümlən ilə nə söyləmək istədin? Yəni Allahu təalə çaşıb, savabı sənə deyil mənə yazacaqmı?


Tarix: 09.05.2013 / 13:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 90 Bölmə: Maraqlı melumatlar
loading...