Islam Peyğəmbəri (s.ə.v.v.) buyurur: hər kim (istər kişi, istərsə də qadın) səhlənkarlıq edib namaz qılmamaq fıkrində olsa, Allah-Təala ona 17 bəla verər: 5-i dünyada, 3-ü ölən vaxt, 3-ü qəbirdə, 3-ü Qiyamətdə və 3-ü Sirat körpüsündən keçəndə.
Dünyada: 1. Yaşayışında ruzi və bərəkət çəkilər. 2. Üzündən nur çəkilər. 3. İslam dinindən ona bəhrə çatmaz. 4. Saleh şəxslərin onun barəsində etdiyi duaları qəbul olunmaz. 5. Duası qəbul olunmaz.
Qiyamətdə: 1. Heyvan surətində məşhur olar. 2. Əməl məktubu sol əlinə verilər. 3. Hesabı uzun çəkər.
Sirat körpüsündə: 1. Allah, rəhmət nəzərini ona salmaz və (günahdan) paklanmaz. 2. Günahından əvəz qəbul olunmaz. 3. Hesabına görə min il saxlanılar sonra onu Cəhənnəmə daxil edərlər, Allah Quranda buyurur: (Cəhənnəm əhlindən soruşdular) Sizi Cəhənnəmə salan nədir? Cavab verərlər: Biz namaz qılanlardan deyildik! (Müdəssir sur. 42-ci ayə).
Ölən vaxtda: 1. Zillətlə can verər. Özündə elə ağırlıq hiss edər ki, sanki dağ altında qalıb və elə zəifləyər ki, sanki ona şallaq vurarlar. 2. Elə teşnə olar ki, əgər dünyanın bütün suyunu içsə yenə doymaz. 3. Elə acar ki, əgər dünyanın bütün yeməklərini yesə yenə doymaz.
Qəbrdə: 1. Şiddətli qəm və qaranlıq. 2. Qəbr sıxıntısı və Qiyamətə qədər əzab. 3. Rəhmət mələklərinin müjdəsindən məhrumluq.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 71 Bölmə: Maraqlı melumatlar