Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quranın Nəzərində ən Yaxşı Həyat Yoldaşı

Allah Təala Quranda bizlərə kimin ən
yaxşı həyat yoldaşı olmasını bəyan
edir. Ərlə arvad arasında olan İlahi rəhmət.
“Onların yanında aramlıq tapasınız
deyə sizin üçün (mələklərdən,
cinlərdən və başqa məxluqlardan
deyil) öz cinsinizdən zövcələr
yaratmağı və sizin aranızda (ər- arvadın, yaxud insanların arasında)
dostluq əlaqəsi, batini mehr-məhəbbət
yaratması onun nişanələrindəndir,
həqiqətən, bunda düşünən bir qövm
üçün (Allahın tovhidi, qüdrəti və
hikmətinə dair) nişanələr vardır”. (“Rum” 21). Ərlə arvad bir-birinin libasıdır.
“Onlar sizin üçün libasdırlar və siz
onlar üçün libassınız” (“Bəqərə” 187). Ailənin hidayət olması. “Ey iman gətirənlər, özünüzü və
ailənizi yanacağı insanlardan və
daşlardan ibarət olan oddan
qoruyun”. (“Təhrim” 6).
“Və öz ailənə namazı əmr et və özün
(də) var gücünlə ona (riayət etməyə) səbir et”. (“Taha” 132).
“O, öz ailəsinə həmişə namaz (qılmağı)
və zəkatı (zəkat verməyi) buyurardı və
Rəbbinin yanında bəyənilən idi”.
(“Məryəm” 55). Qadağan edilənlərə riayət etmək. “Və dedik: «Ey Adəm, sən və zövcən
bu bağda məskunlaşın, onun (meyvə
və nemətlərinin) istədiyiniz yerindən
bolluca yeyin və bu ağaca (buğda,
üzüm, ya əncir ağacına) yaxınlaşmayın
ki, zalımlardan olarsınız». (“Bəqərə” 35). Allah və Peyğəmbərin (s) sevgisinin
başqa sevgilərdən üstün olması. “De: «Əgər atalarınız, oğullarınız,
qardaşlarınız, arvadlarınız, (insan
cəmiyyətinin əsasını təşkil edən)
qohumlarınız, topladığınız mallar,
kasadlaşmasından qorxduğunuz
ticarət və (cəmiyyətin maddi cəhətdən möhkəmlənməsinin əsasını təşkil
edən) razı olduğunuz yaşayış yerləri
sizin üçün Allahdan, Onun
Peyğəmbərindən və Onun yolunda
cihad etməkdən daha sevimlidirsə,
onda Allahın Öz əmrini (sizə əzab etmək əmrini) verməsini gözləyin.
Allah itaətsizlərin dəstəsini hidayət
etməz». (“Tövbə” 24). Evdəki düşmənlər. “Ey iman gətirənlər, zövcələrinizdən
və övladlarınızdan bəzisi sizin
düşməninizdir (imanınıza görə sizinlə
düşmən kimi rəftar edirlər). Onlardan
özünüzü gözləyin (ki, sizi
azdırmasınlar) və əgər (onların pisliklərini və verdikləri əziyyəti) əfv
etsəniz və göz yumsanız və
bağışlasanız (Allah da sizi bağışlayar)
ki, şübhəsiz, Allah bağışlayan və rəhm
edəndir”. (“Təğabun” 14). Allahla müxalif olan qohumlara
əlaqəsiz olmaq. “Allaha və axirət gününə iman gətirən
qövmün, Allah və Onun Rəsulu ilə
düşmənçilik edənlərlə – hətta öz
ataları, övladları (oğulları), qardaşları
və qohumları olsalar belə – dostluq
etdiyini görməzsən. Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində
imanı sabit etmişdir və Öz tərəfindən
olan bir ruhla (məxsus bir nurla,
yaxud Qur’an maarifi ilə, ya qeybi
uğurlarla) onları qüvvətləndirmişdir”.
(“Mücadilə” 22). Həyat yoldaşı ilə xoş rəftar olar. “Onlarla yaxşı rəftar edin və əgər
onları xoşlamırsınızsa, (yenə də
onlarla keçinin, çünki) çox vaxt siz bir
şeyi xoşlamırsınız və Allah onda çoxlu
xeyir qoyur”. (“Nisa” 19). Həyatda qənaət edər. “Və o kəslər ki, (Allah yolunda)
xərcləyən zaman nə israf edərək
həddi aşar, nə də simiclik göstərərək
həddən aşağı enərlər, (onların əməli)
bu iki yolun arasında orta həddə və
ədalətli olar”. (“Furqan” 67). Dünya malından uzaq olar. “Qadınlar və övladlar, qızıl və gümüş
kimi toplanılan çoxlu mallar, nişan
qoyulmuş atlar, dördayaqlılar və əkin
yerləri kimi istənilən və arzu edilən
şeylərin (dünya mallarının) məhəbbəti
insanlar üçün zinətləndirilmişdir. Halbuki, bunlar dünya həyatından
faydalanmaq vasitəsidir. Gözəl qayıdış
yeri isə Allahın yanındadır”. (“Ali-
İmran” 14). Mehriyyə verər . “Onu necə geri alırsınız, halbuki, siz
(cismi və ruhi cəhətdən əlaqədə
olaraq) bir-birinizə yetişmisiniz və
onlar sizdən (nikah vasitəsi ilə)
möhkəm bir əhd-peyman
alıblar!” (“Nisa” 21). “Bir arvadın (əvvəlki arvadınızın) yerinə başqa bir
arvad almaq istəsəniz və onlardan
birinə (boşamaq istədiyinizə, mehriyyə
olaraq) çoxlu mal vermisinizsə, ondan
heç nəyi geri almayın”. (“Nisa” 20). Ailə münaqişəsi. “Və (siz, ey şəriət hakimləri, yaxud ey
qövmün ağıllıları) əgər o ikisinin (ər ilə
arvadın) arasındakı çəkişmə və
ziddiyyətdən qorxsanız, onda bir
hakim kişinin ailəsindən və bir hakim
qadının ailəsindən göndərin ki, əgər (aranı) düzəltmək qəsdləri olsa, Allah
o ikisinin arasında uyğunluq yaradar.
Həqiqətən Allah bilən və xəbərdardır”.
(“Nisa” 35). Layiqli qadın. “(Həmin o) əbədi Cənnətlər ki, onların
özləri və atalarından, zövcələrindən və
övladlarından (əqidə baxımından)
layiq olanlar (əməlləri naqis olsa da,
onlara görə) ora daxil olarlar. Və
mələklər hər bir qapıdan onların yanına daxil olarlar”. (“Rəd” 23).
“Həqiqətən, Cənnət əhli o gün xoş bir
əhval-ruhiyyədə, şadlıq və ləzzət
içərisindədirlər. Onlar və zövcələri
(ağacların və qəsrlərin) kölgələr(i)
altında öz bəzənmiş taxtlarına söykənərlər”. (“Yasin” 55-56). Nalayiq qadın. «Onun (nicat tapacaq ailə üzvlərindən
də) zövcəsi müstəsnadır ki, onun
(imansızlığına görə) mütləq (Lut
qövmünün əzabda) qalanlar(ın)dan
olmasını qərara almışıq». (“Hicr” 60).
“(Mələklər) dedilər: «Ey Lut, biz sənin Rəbbinin elçiləriyik. Onlar səni əsla ələ
keçirə bilməzlər. Buna görə də,
gecədən bir qədər keçmiş ailənlə birgə
(məntəqədən çölə) yola düş, sizdən
heç kəs yerdə qalmasın və heç kim
arxasına dönüb baxmasın – zövcəndən başqa ki, şübhəsiz sənin
qövmünə yetişəcək şey ona da
yetişəcəkdir. Əlbəttə onların
(əzablarının) vədə vaxtı səhərdir.
Məgər səhər yaxın deyilmi?!” (“Hud”
81).


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 120 Bölmə: Maraqlı melumatlar
loading...