Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əgər sənə fikir gəlsə...

Əgər şeytan sənə Cənnətə getməyəcəyin barədə fikir gətirsə, dünyaya başını qatıb Cənnəti sənə unutdursa Allahdan bağışlanma istə, Allaha tövbə et, Allaha doğru yaxınlaşmaq üçün cəhd elə, o düşməndən Allaha sığın, bunun yollarını axtar! Tap! Rəbbinə tövbə et! Allaha tərəf yönəlməyə başla. Allahdan bağışlanmağını çox-çox istə. Çox-çox "Əstəğfirullahə və ətubu ileyhi" - Allahım! Bütün günahlarıma görə sənə tövbə edir və səndan bağışlanmağımı istəyirəm - sözlərini de!.. Bunun yollarını axtar tap... Hələ həyatdasan, nəfəsin gedib-gəlir. Tövbə qapıları açıqdır! Tövbə et!...

Əgər şeytan sənə heç vaxt günahlarının bağışlanmayacağı fikrini gətirsə, təqsirlərindən heç vaxt əfv olunmayacaqsan, günahların heç vaxt bağışlanmayacaq, qurtuluş və nicat yolun yoxdur fikrini sənə gətirsə dərhal Allahın fəzilətini, sənə kömək edəcəyini, bütün günahlarının bağışlayacağını, sənə kömək edəcəyini, səni üstün edəcəyini yadına sal!..
Əgər şeytan sənə xəstəliyinin heç vaxt sağalmayacağını, əgər xəstəsənsə elə bu vəziyyətdə qalcağını, heç vaxt sağalmayacağını, xəstlikdən xilas olmayacağını fikrini gətirsə, Allahın rəhmətini, Allahın mərhəmətini, Allahın lütfünü, Allahın səni sevməsini, seni sevdiyi üçün yaratmasını, səni bu xəstəlikdən xilas edəcəyini xatırla. Allahın rəhmətini dərhal yadına sal!..
Əgər şeytan sənə başına gələn hansısa bir bəladan xilas olmayacağını, bu ağır imtahanlardan səni xilas etməyəcəyi fikrini gətirsə, yəni ağlına belə fikirlər gəlsə dərhal Allahın vədini xatırla!..
Gəlin birlikdə bu sözü deyək: "Hasbiyəllahu və niməl vəkil", yəni Allah bizə kifayətdir, O necədə gözəl Vəkildir. Allah bizə ən gözəl vəkildir. Allaha həmd olsun...

Hazırladı: Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)...


Tarix: 10.04.2013 / 20:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 160 Bölmə: Maraqlı melumatlar
loading...