Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oz Zamanesinin Imamin Tanimadan Olen Cahil Oler.

Haqq" yoludur
Ey Sahibəz-zaman, fəryada çat!

İmam Məhdi (əc.) ilə tanışlıq Allahı tanımaq üçün ən gözəl vasitə və ən etibarlı yoldur. "Allahı istəyən sizdən başlayar, onun birliyinə inanan yalnız sizin sözlərinizi qəbul edər, ona dоğru getmək istəyən sizə üz tutar” .
İmam Zamanla (əc.) tanışlıq onu sevməyin, onu sevmək isə Allahı sevməyin başlanğıcıdır.
"Sizi sevən Allahı sevmişdir" .

Hәzrәt Məhdiylə (əc.) tanışlıq cahiliyyət boyunduruğundan­qurtuluş yoludur. Dini, Quranı və bütün ilahi təlimləri yalnız onu tanımaqla öyrənmək olar. Onu tanımadan dini öyrənmək, Quranı başa düşmək, İslam maarifini anlamaq və cahiliyyətdən xilas olmaq mümkün deyil.
Məhəmməd peyğəmbər (s) buyurmuşdur:

"Zamanın imamını tanımadan ölən şəxs, cahiliyyət zamanının ölümü kimi ölmüşdür" .
İmam Məhdiylə (əc) tanışlıq hidayət olunmaq və haqdanazmadan qurtulmaq üçün ən möhkəm vasitədir.
"İlahi, öz höccətini mənə tanıtdır. Əgər tanıtdırmasan, dinin yolunu azaram" .

İmam Zamanı (əc) tanımadan onun yolunu tanımaq, onun yolunu tanımadan şəriəti tanımaq, şəriəti tanımadan isə dünya və axirət səadətinə nail olmaq mümkünsüzdür. İmam Məhdini (əc.) tanımaq, onun məqsəd və amallarını öyrənmək və ona köməkçi olmağa hazırlaşmaq lazımdır.

Çünki o, zamanın yeganə imamı və bəşəriyyətin nəzarətçisidir.O, Allahın yer üzündə saxladığı yeganə höccəti, peyğəmbərlər sülaləsinin pak gövhəri və məsum imamlar nəslinin bircə yadigarıdır.

Onun qəribə həyatı, sirlə dolu qeybolması, möcüzəli uzun ömrü və aləmə yeni həyat bəxş edəcək nurlu zühuru, hamılıqla, nəinki bəşər tarixinin ən səmərəli və misilsiz dövrünün, həm də bütün yaranış tarixinin ən uca və əhəmiyyətli hissəsinin, yəni "Ümumdünya Tövhid hakimiyyətinin"müqəddiməsidirl­ər. O günün ümidiylə!

Tural


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 87 Bölmə: Maraqlı melumatlar
loading...